“Ya Qarabağ, ya ölüm” səsləndirən partiya sədrinin şüarının saxta olduğunu biz bilmirikmi?

Şrift : |
Tarix :5-10-2018, 22:08
Bölmə : Özəl
Kömək :    
Baxılıb : 33 dəfə
Like :
Like :

    Son günlər Qarabağ Azadlıq Təşklatı adlı qurumun Bakıdakı Məhsul stadionunda keçirtdiyi mitinq cəmiyyət arasında birmənalı qarşılanmadı.Çünki mitinqə yığılanların böyük əksəriyyəti hakimiyyət tərəfindən gətirilən şəxslərin olması cəmiyyətdə şübhə yaratmağa başlayıb. 7GUN/az saytının apardığı araşdırmalardan da belə məlum oldu xalqımızın rifahi üçün mübarizə aparan siyası xadimlərdə bu mitinqə əhalinin az gəlməsinin səbəbini sosial şəbəkələr vasitəsilə xalqa çatdırmışdır.

    Tanınmış hüquq müdafiəçisi Oktay Gülaliyev öz feysbuk səhifəsində bu mitinqin təşkili haqda status yazmışdır.Həmin statusu sizə təqdim edirik

    “Ya Qarabağ, ya ölüm”  səsləndirən partiya sədrinin şüarının saxta olduğunu biz bilmirikmi?
















    “Qarabağ mitinqinə niyə az adam gəldi” deyə bəzi dostlar sual edirlər. 20- yə yaxın təşkilatın, bir çox tanınmış şəxslərin bir neçə aydır hazırladığı mitinqə mənim düşüncəmə görə gözlənildiyindən çox adam gəldi…

    Mitinqin yaxşı alınması təşkilatçıların kimliyindən çox asılıdır. İndiyə qədər Qarabağın azadlığı üçün heç bir iş görməyən, lazımi anda gərəkən mövqe göstərməyən insanların bu mövzuda mitinq təşkil etməsi absurddur…
    2013- cü ilin yanvarında Bakıda Fəvvarəlar meydanında “Əsgər ölümlərinə son” aksiyasında iştirak edən gənclərə divan tutulmasına, narkotika ilə şərlənib həbs olunmasına göz yumanlar, onların məhkəməsinə gəlməyən, ailəsinə baş çəkməyən, aksiyanın təşkilatçılarından olduğuna görə ötən 5 ildə həbsdə olan İlkin Rüstəmzadənin adını bir dəfə də olsun çəkməyənlərin Qarabağ sevdasından dəm vurması ikrah doğurur…

    Ailəsinə çörək apara bilmədiyinə görə özünə od vurub yandıran Qarabağ qazisinin ölümünə susan, digər Qarabağ qaziləri Asif Yusiflinin, Saleh Rüstəmovun, Babək Həsənovun, Əfqan Muxtarlının şərlənərək həbs olunmasına göz yuman “liderlər”- in təşkil etdiyi Qarabağ mitinqinə nə qədər adam gəlməli idi?

    Əsgərimizin boğazından, geymindən kəsib ofşarlara milyonlar daşıyan, Ordumuza Rusyanın yararsız silahlarını alıb, silah alverindən “otkat” qazanan hakimiyyətə etiraz etmək əvəzinə onunla yalançı dialoq oyununa gedənlərin təşkil etdiyi Qarabağ mitinqinə nə qədər adam gəlməli idi ki?

    Özü talançı, saxtakar hakimiyyətlə iş birliyində, övladı, qardaşı isə vəzifədə olan, aylıq paket alanların Qarabağ sevdasına elə bilirsiniz xalq inanırmı? Azərbaycanı təslimçi sülhə sürükləyib Rusiyanın diktəsi ilə oturub duran hakimiyyəti məsuliyyətdən kənarda saxlayıb “əsas hədəfimiz beynəlxalq birlik olmalıdır” deyənlərin Qarabağ sevgisinin saxta olduğunu doğurdanmı hesab edirsiniz heç kim bilmir?

    Bir dəfə də olsun bir şəhid ailəsinin qapısını açmayan, şəhid yasında iştirak etməyən, şəhid övladını rəhbərlik etdiyi təşkilatdan dışlayan, ona böhtan atıb aşağılayan partiya sədrinin “Ya Qarabağ, ya ölüm” şüarının saxta olduğunu biz bilmirikmi?

    Hamıya aid olmasa da DTX- yə, “qorotdel”- ə agentlik edənlərin, prezident aparatına danos yazanların, DTX rəhbərini, satılmış yazarları, dindarları təbrik etməyi özünə şərəf sayanların yer aldığı Mitinq Komitəsinin çağırışına nə qədər adamın gələcəyini gözləyirdiniz? İndi də istəyirlər ki, bizi də sıralarına qoşsunlar. Özlərinin qeyri- səmimi, qeyri- dürüst, İlham Əliyev hökümətininsə Qarabağı işğaldan azad etmək istəyində və gücündə olmadığını bildiyimiz halda onlarla bir yerdə dayanıb niyə məsuliyyətlərinə şərik olmalıyıq? Qarabağa azadlıq tələb etmək, mitinq keçirmək üçün də mənəvi haqq lazımdır…

    Öz təşkilatını doğru- dürüst idarə edə bilməyən, demokratik dəyərləri ayaqlar altına atıb haqq səsləri boğan, fədakar, mübariz insanları təşkilatdan didərgin salıb siyasi dəllalıqla məşğul olanların Qarabağa, Xocalıya ədalət istəməsi sadəcə ironiyadır, külüncdür.

    Qarabağ mitinqinin təşkilatçıları arasında belə şəxslər olduğu halda mitinqə bir neçə min adamın gəlməsi böyük göstəricidir. Baxmayaraq ki, o insanların bir çoxu həmin təşkilatçılara görə deyil, bizim kimi Qarabağın adına görə mitinqə gəlmişdi. Bütün təşkilatçılara aid olmasa da sözü ilə əməli bir olmayan, gündüzlər müxalifət gecələr iqtidar olan, Qarabağın azadlığını hakimiyyətdən tələb edə bilməyən kəslərin Qarabağın azadlığı üçün şüar deməyə, mitinq keçirməyə mənəvi haqqı yoxdur.

    Biz Qarabağla bağlı mitinq keçirməyin əleyhinə deyilik və burda səslənən fikirlər də mitinq təşkilatçılarının hamısına aid deyil. Amma Qarabağa azadlıq tələb edən insanların ilk növbədə özləri daxilən, ruhən azad olmalıdır. Asılı, öhdəliyi olan, gözü kölgəli, nəfsinə qul, saxta, anti- demokratik insanların Qarabağın azadlığından danışması sadəcə riyakarlıqdır.
    Qarabağ sevərlər, mitinq təşkil edənlər, yalançı saxtakar adamlarla bir sırada dayanmayın, onların Qarabağ adı ilə imitasiya etməsinə imkan verməyin.
    Unutmayın 25 ildir onların meydanda olması səbəbidir ki, həm də biz Qarabağı işğaldan azad edə bilmirik.

    Ayrı- ayrı şəxslərin deyil, Qarabağın azadlığı ideyasının ətrafında birləşərək inanıram ki, xalqımızın gücü ilə torpaqlarımızı işğaldan azad edəcəyik! O gün uzaqda deyil!


Xəbər lenti

Masallı rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Nadir Abıyev rüşvət alaraq dələduzluq edib?!

Baş həkim Mehriban Abasquliyeva naziri niyə biabır edir?

“Bu gün məmləkətimizdə kasıbçılığın sürətlə inkşaf etdiyi bir vaxtda, məmur qohumları günbəgün varlanırlar

Hakimiyyətin siyasi məhbuslara qarşı kin- küdrəti, qisasçılıq hissi nə qədərdir?

Şəhid Ailələri və Qarabağ döyüşçülərinin torpağını qanunsuz ələ keçirən "Atlas" MMC-ni himayə edən kimdir? FOTO-VİDEO

Badamdardakı sürüşmə zonasında gərginlik qalmaqdadır.

“Nazmehr” quru yük gəmisində zəhərlənənlər xəstəxanadan buraxılıblar

"Qafqaz Sahil Hotel” bağlandı

Bakı Apellyasiya Məhkəməsi Azad Həsənovun həbsilə bağlı şikayəti təmin etməyib

"Hökumətlər arasında insan hüquqları üzrə dialoqun bərpası Azərbaycan hökumətinin insan hüquqlarının pisləşməkdə olan vəziyyətinin nizamlanmasına təşviq edilməsində mühüm addımdır"

Araz Ağalarovun hesabları qapadılıb

Prokurorluq MTN-in vəzifəli şəxslərinin vaxtından əvvəl azadlığa buraxılmalarnı "qəti şəkildə təkzib edib"

Hakimiyyət şərləyib həbs etdiyi siyasi məhbusları həbsdən buraxmaq istəmir

ABŞ səfirliyi Dövlət Müstəqilliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Nazirlər Kabinetində iki vəzifəli şəxsin dövlət qulluğuna xitam verilib.

MTN generalları yenidən hakim qarşısında

Badamdarda sürüşmə ilə əlaqədar ETSN tərəfindən Qərargah yaradılıb

Azərbaycan prezidenti ilə Türkmənistan XİN başçısının görüşündə əməkdaşlıq perspektivləri müzakirə edilib

Rəşid Meredov Azərbaycana səfərə gəlib

Azərbaycanda Dövlət Müstəqilliyi Gününün 27-ci ili qeyd edilir

Müsavat Partiyası A.Həsənovun siyasi motivlərlə təqib olunduğunu bildirir

Xətai rayonunda 24 yaşlı gənc intihar edib

7GUN.az Prezidentə və hüquq mühafizə orqanlarının rəhbərlərinə müraciət etdi

Təqvim

«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 315-08-08
E-mail: 7gunxeber@gmail.com
Ünvan: Bakı şəhəri. Nəsimi rayonu.
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!