Mirmahmud Mirəlioğlunu Qurban Məmmədovla bağlayan nədir?

Şrift : |
Tarix :6-10-2018, 20:29
Bölmə : Özəl
Kömək :    
Baxılıb : 161 dəfə
Like :
Like :

    Mühacirətdə olan hüquqşünas Qurban Məmmədovun əsil kimliyi və mühacirətə göndərilməsinin səbəbləri aydınlaşdırıldıqdan sonra sosial şəbəkələrdə ona qarşı ciddi ittihamlar səsləndirilməyə başlandı. Bəzi ictimai fəallar maraqlı yazılar paylaşmağa başladılar.

    Milli Şuranın sədri, Professor Cəmil Həsənlidən tutmuş, tanınmış ictimai fəallar Qurban Məmmədovun həqiqi simasını açıb cəmiyyətə göstərdikləri bir zaman da, KXCP sədri mirmahmud Mirəlioğlunun yaxın ətrafının Qurban Məmmədovun müdafiəsinə qalxaraq, onu bir qəhraman kimi təqdim etməyə çalışmaları haqlı suallar yaradır, ƏCABA, QURBAN MƏMMƏDOVLA MİRMAHMUD MİRƏLİOĞLUNU BAĞLAYAN GÜC NƏDİR??

    Milli Şuranın sədri, Professor Cəmil Həsənli Qurban Məmmədov haqqında yazaraq bildirib ki, əslində onun qurban Məmmədovun kimliyi haqqında çoxdan məlumatı olubdur:

    "Qurban Məmmədov Milli Şuradan çıxması və ya çıxarılması barədə şahidləri debata çağırır. Lakin onun Milli Şuraya gətirilməsinin də, çıxarılmasının təşəbbüsçüsü mənəm. Burada ayrı bir şahid axtarmağa eytiyac yoxdur. O, həbsdən çıxandan sonra mən onun Milli Şuranın Koordinasiya Mərkəzinə gətirilməsi təşəbbüsünü qaldırdım. Çox sağ olsunlar dostlar da etiraz etmədilər. Yalnız bir nəfər ciddi səhvə yol verdiyimi təklikdə mənə dedi. O, haqlı imiş. Çünki Qurban bəy həbsdən çıxanda “dövlətçilik” məsələlərində hökumətlə əməkdaşlıq öhdəliklini gizli saxladığından mən onu səmimi əzabkeş kimi qəbul edirdim. Amma KM-da olanda mən onun bəzi hərəkətlərini müşahidə etdim və Qurban bəyin MŞ-nın rəhbər heyətindən uzaqlaşdırılmasını təklif etdim. Naxçıvan səfərləri, Fuad Ələsgərov haqqında və s. yazılar mühüm deyildi. Mühüm olan o idi ki, hakimiyyətin düzüb-qoşduğu Nardaran ssenarisindən sonra Qurban bəy KM-nin toplantısında Azərbaycanda “ən ədalətli” idarəçilik kimi "şəriət dövləti2 yaratmaq fikrin irəli sürüb əsaslandırmağa cəhd etdi.

    Deməli, hökumət televiziyaları Nardaranda Əli Kərimli və mənim iştirakımla "islam radikallarının ölkənin konsitusiya quruluşunu devirməyə cəhd edildiyini" gecə-gündüz üfürür, Qurban Məmmədov da MŞ-nın toplantısında bizi “şəriət dövələti” qurmağa yönəldir. Halbuki MŞ-nı keçirdiyi mitinqlərdə Azərbaycan bayrağından başqa yalnız Avropa Birliyinin bayrağı qaldırılırdı. Bundan sonra mən təklif etdim ki, onu çıxarmaq lazımdır. Lakin bəzi dostlar bunu səssiz-küysüz etməyi məsləhət bildi və Əli bəy Kərimli ilə ikilikdə görüşdən sonra Qurban bəy “özü” MŞ-dan getmiş oldu.

    Qurban bəy bu ilin mart ayının 31-də Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyevlə görüşüb, ondan iki gün sonra apelin 2-də Lndona hicrət edib.

    Təhlükəsizlik orqanları ilə Qurban bəyin siçan-pişik oyunu yeni deyil. Səhv etmirəmsə 1997-ci ildə MTN yalan məlumat verməyə görə həbs etmişdilər. Adamdan soruşarlar, birincisi sən niyə MTN məlumat verirsən, ikincisi niyə yalan məlumat verirsən. Buna görə deyəsən, Qurban bəy 5 il iş almışdı. İndi martın 31-də DTX görüşü barədə özünün nə dediyi barədi bəzi şeylər deyir, bəs Mədət Quliyev sənə nə dedi? Axı buna da aydınlıq gətirmək lazımdır".

    Elnur Yusibov adlı ictimai fəal diqqət çəkən fikir bildirib: "Əslində Qurban Məmmədov olayına siyasi prizmadan baxanda Hacı Məmmədov, Eldar Mahmudov olayı qədər ciddi mövzudur. Uzun illər müxalifət içinə salınmış bir iqtidar şəbəkəsinin bir elementidir. İndi şəxsən məni bir sual düşündürür: hökumətin "göstəbək şəbəkəsi " təkcə Milli Şuradamı ya digər müxalif təşkilatlardamı çoxdur?".

    Bundan başqa Mirmamud Mirəlioğlunun tərəfdarlarından olan, əsasən Mirmahmud Mirəlioğlunun çıxışlarını sosial şəbəkədə paylaşmağa vəzifələndirilmiş Elşən Həşimov, Firuz İbrahimov, Azad Məmmədli və bunlarla birlikdə ,sanki siyasi fəallara hücum etmək vəzifəsi ilə görəvləndirilmiş bir neçə KXCP üzvləri tanınmış hüquq müdafiəçisi Oqtay Gülalıyevə qarşı olan hücumlarında əsas yayıcıları və təbliğatçılarına çevriliblər.

    Maraqlıdır, Gələcək Azərbaycan Partiyasının (GAP) sədri Ağasif Şakiroğlunun özünün feysbuk səhifəsində DTX sədrinin doğum gününü təbrik etməsindən dərhal sonra KXCP sədri Mirmahmud Mirəlioğlunun onun süfrəsinin kənarında oturması, ardınca da Ağasif Şakiroğlunun olduğu deyilən AnTv kanalında Oqtay Gülalıyevə qarşı hücumlara start verilməsi bütün bu olanların eyni "katyol"da hazırlandığından xəbər vermir ki?
    Mirmahmud Mirəlioğlunu Qurban Məmmədovla bağlayan nədir?




























    Çox böyük ehtimalla KXCP sədri Elşən Həşimovun onun sözcusu olmadığını və KXCP sıralarından istefa verdiyini deməklə özünü sğortalamağa çalışacaq. Ancaq Elşən Həşimovun Mirmahmud Mirəlioğlu səhifəsinin və KXCP Gənclər Təşkilatı səhifəsinin yönəticisi olması, onun siyasi fəallar haqqında yazdığı böhtançı statusları , o cümlədən, onun Qurban Məmmədovu müdafiə etdiyi yazılarını bəyənənlərin məhs KXCP üzvləri və Mirmahmud Mirəlioğlunun yaxın ətrafı hesab edilən şəxsələr, ən əsas da KXCP -nin İdarə Heyyətinin Hacı Gülağa adlı üzvünün bəyənməsi həqiqətləri açıq şəkildə ortaya qoyur.

    Bildiyiniz kimi, son zamanlar hakimiyyət siyasi fəallara və monolit təşkilatlara qarşı kəskin hücumlara start verib. Bununla bərabər, bu gün mübarizənin ən əsas ruporu olan Avropada olan mühacir təşkilatların sıralarına Qurban Məmmədov kimi agentləri yerləşdirməklə , həm Avropada mühacirlər arasında qarşıdurmalar yaradır, həm də, Avropada təbliğ edərək müxalifətçi kimi sırıdıqları adamlar vasitəsi ilə siyasi liderlərə qarşı hücumlar təşkil etməklə insanların müxalifətə olan ümidlərini sarsıtmağa çalışırlar. Belə bir zamanda Mirmahmud Mirəlioğlunun demokratik düşərgədə yox, qarşı cəbhədə görünməsi doğurdan da haqlı suallar yaratmaya bilmir....

    İstər-istəməz Mirmahmud Mirəlioğlunun ziddiyətlərlə dolu olan tərcümeyi halına diqqət yetirəndə, bəzi şeylərə aydınlıq gətirilmiş olur. Müxalifətin meydanda olduğu bir zamanda hakimiyyətlə "iqtidar-müxalifət dioloqu" görüntüsü yaradan, müxalifətçilərin şərlənərək həbsxanalara doldurulduğu bir zaman da xalqın boğazından gəsilərək, korrupsiya layihəsi olan Avropa Oyunlarında iştirak etməklə ona siyasi dəstək verən, ölkənin ən mübariz təşkilatlarından olan KXCP-ni dağıdaraq kiçik QHT halına gətirən bir siyasətçidən bəzi davranışları gözləməyin mümkün olması qənaətinə gəlirsən.

    P.S. Yaqin ki, yaxın zamanlarda Mirmahmud Mirəlioğlu özü məsələlərə aydınlıq gətirəcək.

    7GUN.az


Xəbər lenti

Masallı rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Nadir Abıyev rüşvət alaraq dələduzluq edib?!

Baş həkim Mehriban Abasquliyeva naziri niyə biabır edir?

“Bu gün məmləkətimizdə kasıbçılığın sürətlə inkşaf etdiyi bir vaxtda, məmur qohumları günbəgün varlanırlar

Hakimiyyətin siyasi məhbuslara qarşı kin- küdrəti, qisasçılıq hissi nə qədərdir?

Şəhid Ailələri və Qarabağ döyüşçülərinin torpağını qanunsuz ələ keçirən "Atlas" MMC-ni himayə edən kimdir? FOTO-VİDEO

Badamdardakı sürüşmə zonasında gərginlik qalmaqdadır.

“Nazmehr” quru yük gəmisində zəhərlənənlər xəstəxanadan buraxılıblar

"Qafqaz Sahil Hotel” bağlandı

Bakı Apellyasiya Məhkəməsi Azad Həsənovun həbsilə bağlı şikayəti təmin etməyib

"Hökumətlər arasında insan hüquqları üzrə dialoqun bərpası Azərbaycan hökumətinin insan hüquqlarının pisləşməkdə olan vəziyyətinin nizamlanmasına təşviq edilməsində mühüm addımdır"

Araz Ağalarovun hesabları qapadılıb

Prokurorluq MTN-in vəzifəli şəxslərinin vaxtından əvvəl azadlığa buraxılmalarnı "qəti şəkildə təkzib edib"

Hakimiyyət şərləyib həbs etdiyi siyasi məhbusları həbsdən buraxmaq istəmir

ABŞ səfirliyi Dövlət Müstəqilliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Nazirlər Kabinetində iki vəzifəli şəxsin dövlət qulluğuna xitam verilib.

MTN generalları yenidən hakim qarşısında

Badamdarda sürüşmə ilə əlaqədar ETSN tərəfindən Qərargah yaradılıb

Azərbaycan prezidenti ilə Türkmənistan XİN başçısının görüşündə əməkdaşlıq perspektivləri müzakirə edilib

Rəşid Meredov Azərbaycana səfərə gəlib

Azərbaycanda Dövlət Müstəqilliyi Gününün 27-ci ili qeyd edilir

Müsavat Partiyası A.Həsənovun siyasi motivlərlə təqib olunduğunu bildirir

Xətai rayonunda 24 yaşlı gənc intihar edib

7GUN.az Prezidentə və hüquq mühafizə orqanlarının rəhbərlərinə müraciət etdi

Təqvim

«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 315-08-08
E-mail: 7gunxeber@gmail.com
Ünvan: Bakı şəhəri. Nəsimi rayonu.
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!