İsmayıl İslamoğlu azad buraxılıb

Şrift : |
Tarix :29-10-2018, 22:02
Bölmə : Özəl
Kömək :    
Baxılıb : 34 dəfə
Like :
Like :

    Kanal13.tv İnternet televiziyasının əməkdaşı İsmayıl İslamoğlu oktyabrın 29-da saat 23 radələrində azad buraxılıb. O, bu barədə oktyabrın 30-da gecə saatlarında facebook səhifəsində yaydığı videomüraciətində bildirib.

    (https://web.facebook.com/ismayil.islamoglu/videos/894714337404957/)

    Jurnalist bildirir ki, yuxusuzdur, ağrıları var, gözündə qançır olduğunu deyir.

    "Kifayət qədər təzyiqlərə məruz qalmışam", deyə o qeyd edir.

    İslamoğlu oktyabrın 26-da işdən çıxdıqdan sonra iki nəfər mülki geyimli şəxs tərəfindən saxlanıldığını bildiriir.

    "Mən Bakı şəhər Baş Polis İdarəsində saxlanılırdım. Ondan qabaq da başqa bir yerə apardılar. Azad buraxılmam ərəfəsində isə Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə gətirdilər", deyə o qeyd edib.

    İslamoğlunun dediyindən aydın olur ki, o, Bakı şəhər Baş Polis İdarəsində cinayət axtarış şöbəsində saxlanılıb.

    "Üç gün sizə az vaxt kimi görünə bilər. Amma, mənim üçün uzun bir müddətdir. Saatlarla ac, sussuz, ayaq üstə saxlanılmışam. Məni vurublar, təhqir ediblər, aşağılayıcı sözlər deyiblər. Tək özümlə deyil yaxınlarımla təhdid olunmuşam. Mənə şərt qoyuldu ki, danışsan başın ağrıyacaq", deyə o qeyd edib.

    Jurnalistin dediyindən aydın olur ki, o, sosial şəbəkələrdəki statuslarına görə sorğu-suala çəkilib.

    O, danışdığı videoda Bakı şəhər Baş Polis İdarəsində otağında sorğu-sual edildiyi iki vəzifəli şəxsin adını çəkib.

    Öz növbəsində, rəsmi qurumlar jurnalistin saxlanılmasının səbəbləri və yaydığı videoda dediklərinin doğru olub-olmaması ilə bağlı hələ məlumat yaymayıb.

    İslamoğluna sosial şəbəkələrdə sərt tənqidinə görə bu il iyulun 27-də də xəbərdarlıq edilib. O, Bakı Şəhər Baş Polis İdarəsinə aparılıb. Müğənni Zara Mqoyanın da dəvət olunduğu "Jara" festivalı ilə bağlı statusuna görə üç saat polisdə saxlanılıb, xəbərdarlıq edilərək azad buraxılıb.


Xəbər lenti

Fransa Dağlıq Qarabağ Respublikasını tanımır

17 noyabr Milli Dirçəliş Günüdür

Əli Kərimli və Cəmil Həsənli həbs edildi - VIDEO

Badamdar bələdiyyəsinin Həbib Əsədov problemi

Siyasi məhbuslara işgəncə verən vəzifəli şəxlərin qara siyahısı hazırlanır

"Azərbaycanda həlli tələb olunan əsas uzunmüddətli problemlərdən biri odur ki, ölkədə əhali üzrə adambaşına düşən vəkillərin nisbəti ən aşağıdır": K.Puarel

BDU rektorunun işdən çıxarılmasının səbəbi qalmaqal salmasıdır (yenilənib)

"Sədərək" ticarət mərkəzində yanğın

Zaur Rövşənlinin apellyasiya şikayəti təmin olunmayıb

Məmməd İbrahimin işi üzrə növbəti məhkəmə prosesi başlayır

Səhiyyə nazirinin qocalar evinə atılan xalası qızı müalicə oluna bilmir

"Arada olan bu insanlar məmur adına da ləkə gətirir”- Adil Əliyev

Azərbaycan Cümhuriyyəti müvəqqəti parlaman rəisindən Ənvər paşaya məktub

"Mən Mətbuat Şurasının üzvü olmaya-olmaya bunu niyə Mətbuat Şurası araşdırmalıdır? "- Dəyanət Babayev

" Yalnız cahillər və Azərbaycanın düşmənləri narahat olmaya bilər" Arif Hacılı

Gözəl Bayramlının cəzası 2 ay azaldılıb

Təhsil ocağında öz oduna yanan direktor kimdir?

Dindar məhbus hüquqlarının bərpa edilməyəcəyi təqdirdə aclıq aksiyasına başlayacaq

Zamirə Hacıyevanın növbəti məhkəmə iclasının tarixi müəyyənləşib

"Ukrayna səfirliyi kor-peşman şəkildə tədbiri noyabrın 15-də səfirlik binasında keçirəcək” Elxan Şahinoğlu

Şəhid ailələrinə yardım ödənilməməsi haqqında vəziyyətə aydınlıq gətirilməyib

AXCP üzvlərinin həbs müddəti uzadilib

“Gilan” holdinq işçilərin əmək haqlarını ödəyə bilmir

Təqvim

«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 315-08-08
E-mail: 7gunxeber@gmail.com
Ünvan: Bakı şəhəri. Nəsimi rayonu.
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!