İsmayıl İslamoğlu daxili işlər naziri Ramil Usubova və baş prokuror Zakir Qaralova müraciət edib

Şrift : |
Tarix :30-10-2018, 22:48
Bölmə : Özəl
Kömək :    
Baxılıb : 48 dəfə
Like :
Like :

    Jurnalist İsmayıl İslamoğlu daxili işlər naziri Ramil Usubova və baş prokuror Zakir Qaralova müraciət edib.

    İslamoğlu bildirir ki, tanımadığı şəxslər tərəfindən oğurlanıb, ardınca 3 gün müddətində mənəvi və fiziki işgəncələrə məruz qalıb.

    "26 oktyabrda işdən çıxıb evə gedərkən naməlum şəxslər qarşımı kəsib zorla maşına otuzdurub, naməlum istiqamətə aparıblar. Təzyiqlərə məruz qalmışam və sorğu-sual edildikdən sonra məni Bakı şəhər Baş Polis İdarəsinə gətirib, orada da müxtəlif mövzularda suallar veriblər. Burada adam oğurluğu baş verib və mənə qarşı cinayət tərkibli edilən hərəkətlərə görə məsul şəxslərin məsuliyyətə cəlb edilməsini sizdən xahiş edirəm", deyə müraciətdə qeyd edilir.

    Jurnalist bildirir ki, onun itkin düşüb, sonra yenidən tapılması haqqında verilən bəyanat həqiqəti əks etdirmir.

    "Bütün baş verənlər haqqında sosial şəbəkədə canlı yayınla çıxış etməyimə baxmayaraq, hüquq-mühafizə orqanları mənə qarşı törətdikləri faktları təkzib edir. Hörmətli nazir və hörmətli baş prokuror, məlumat üçün əlavə edim ki, mən başıma gələn hadisələr haqqında şəxsən sizinlə görüşməyə, lazımı orqanlara bu haqda məlumat verməyə hazıram. Məni qəbul edib, dinləməyinizi sizdən xahiş edirəm", deyə o qeyd edib.

    Oktyabrın 26-da yoxa çıxdığı bildirilən Kanal13.tv İnternet televiziyasının əməkdaşı İsmayıl İslamoğlu oktyabrın 29-da saat 23.00 radələrində azad buraxılıb. O, bu barədə oktyabrın 30-da gecə saatlarında Facebook səhifəsində yaydığı video müraciətində bildirib. (https://web.facebook.com/ismayil.islamoglu/videos/894714337404957/)

    Öz növbəsində, Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən Report agentliyinə bildiriblər ki, sosial şəbəkələrdə və bəzi elektron informasiya vasitələrində İsmayıl Nadirlinin (İsmayıl İslamoğlu - red.) polis tərəfindən tutularaq saxlanılması barədə söylədiyi fikirlər həqiqəti əks etdirmir.

    "Oktyabrın 26-da Şirvan rayon sakini İsmayıl İslam oğlu Nadirlinin itkin düşməsi ilə bağlı Yasamal Rayon Polis İdarəsinin (RPİ) 28-ci Polis Bölməsinə müraciət daxil olub. İ.Nadirlinin nişanlısı müraciətində vurğulayıb ki, İ.Nadirli oktyabrın 26-da saat 20 radələrində işdən evə getmək adı ilə çıxaraq ünvana çatmayıb.

    Daxil olan müraciət üzrə keçirilən əməliyyat-axtarış tədbirləri ilə itkin düşmə kimi qeydə alınan şəxsin yeri müəyyən edilərək Bakı Şəhər Baş Polis İdarəsinə dəvət edilib, onunla profilaktik söhbət aparılmaqla ərazi üzrə 28-ci Polis Bölməsinə təhvil verilib", deyə məlumatda bildirilir.

    İslamoğluna sosial şəbəkələrdə sərt tənqidinə görə bu il iyulun 27-də də xəbərdarlıq edilib. O, Bakı Şəhər Baş Polis İdarəsinə aparılıb. Müğənni Zara Mqoyanın da dəvət olunduğu "Jara" festivalı ilə bağlı statusuna görə üç saat polisdə saxlanılıb, xəbərdarlıq edilərək azad buraxılıb.

    Turan.az


Xəbər lenti

Fransa Dağlıq Qarabağ Respublikasını tanımır

17 noyabr Milli Dirçəliş Günüdür

Əli Kərimli və Cəmil Həsənli həbs edildi - VIDEO

Badamdar bələdiyyəsinin Həbib Əsədov problemi

Siyasi məhbuslara işgəncə verən vəzifəli şəxlərin qara siyahısı hazırlanır

"Azərbaycanda həlli tələb olunan əsas uzunmüddətli problemlərdən biri odur ki, ölkədə əhali üzrə adambaşına düşən vəkillərin nisbəti ən aşağıdır": K.Puarel

BDU rektorunun işdən çıxarılmasının səbəbi qalmaqal salmasıdır (yenilənib)

"Sədərək" ticarət mərkəzində yanğın

Zaur Rövşənlinin apellyasiya şikayəti təmin olunmayıb

Məmməd İbrahimin işi üzrə növbəti məhkəmə prosesi başlayır

Səhiyyə nazirinin qocalar evinə atılan xalası qızı müalicə oluna bilmir

"Arada olan bu insanlar məmur adına da ləkə gətirir”- Adil Əliyev

Azərbaycan Cümhuriyyəti müvəqqəti parlaman rəisindən Ənvər paşaya məktub

"Mən Mətbuat Şurasının üzvü olmaya-olmaya bunu niyə Mətbuat Şurası araşdırmalıdır? "- Dəyanət Babayev

" Yalnız cahillər və Azərbaycanın düşmənləri narahat olmaya bilər" Arif Hacılı

Gözəl Bayramlının cəzası 2 ay azaldılıb

Təhsil ocağında öz oduna yanan direktor kimdir?

Dindar məhbus hüquqlarının bərpa edilməyəcəyi təqdirdə aclıq aksiyasına başlayacaq

Zamirə Hacıyevanın növbəti məhkəmə iclasının tarixi müəyyənləşib

"Ukrayna səfirliyi kor-peşman şəkildə tədbiri noyabrın 15-də səfirlik binasında keçirəcək” Elxan Şahinoğlu

Şəhid ailələrinə yardım ödənilməməsi haqqında vəziyyətə aydınlıq gətirilməyib

AXCP üzvlərinin həbs müddəti uzadilib

“Gilan” holdinq işçilərin əmək haqlarını ödəyə bilmir

Təqvim

«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 315-08-08
E-mail: 7gunxeber@gmail.com
Ünvan: Bakı şəhəri. Nəsimi rayonu.
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!