Hakim AXCP fəalının şikayətini təmin etməyib

Şrift : |
Tarix :30-10-2018, 22:55
Bölmə : Özəl
Kömək :    
Baxılıb : 51 dəfə
Like :
Like :

    Oktyabrın 30-da Nəsimi Rayon Məhkəməsində AXCP Gənclər Komitəsi Məclisinin həbsdə olan sədri Ruslan Nəsirlinin prokurorluğa qarşı şikayətinə baxılıb/

    Cəbhəçi gənc onun işi üzrə istintaqı aparan Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin 18 avqust 2018-ci il tarixli qərarının ləğvini istəyirdi.

    Sözügedən qərara əsasən, R.Nəsirli və onunla birlikdə eyni iş üzrə təqsirləndirilən digər şəxslərin ailə üzvləriylə görüş, telefon danışığı hüququ məhdudlaşdırılıb.

    Şikayətə R.Nəsirlinin iştirakı olmadan baxan hakim Şəlalə Həsənova onu təmin etməyib.

    7GUN.Az bildirir ki, bu barədə Azadlıq Radiosuna R.Nəsirlinin yaxınları məlumat verib. Ailə üzvləri bildirib ki, qərardan apellyasiya şikayəti veriləcək.

    "Ruslan və onunla birlikdə həbs olunan digər cəbhəçilər altıncı aydır ki, həbsdədir, onlara bir dəfə də olsun, ailə ilə danışmağa, görüşməyə imkan verilməyib. Əvvəl ümumiyyətlə, qadağa qoyulmasını üzərilərinə götürmürdülər, üç aydan sonra bir qərar yazıb rəsmiləşdirdilər. Yazırlar ki, «istintaq zərurətiylə əlaqədar qadağa qoyulub". Bu zərurət nə vaxt aradan qalxacaq? Hansı istintaq hərəkəti aparılır ki, zərurət də olsun", – R.Nəsirlinin yaxınları belə deyir.

    AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmli, Gənclər Komitəsi Məclisinin sədri Ruslan Nəsirli və Nərimanov şöbəsinin sədri, keçmiş Qarabağ döyüşçüsü, daha əvvəl də məhbus həyatı yaşamış Babək Həsənov mayın 25-də axşam saatlarında saxlanıblar.

    Onların saxlanmasıyla bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyi (DİN) birgə məlumat da yayıb. Həmin açıqlamaya görə, AXCP funksionerləri və mayın əvvəlində həbs edilmiş Gədəbəy rayonunun keçmiş icra başçısı Saleh Rüstəmli çirkli pul vəsaitlərini leqallaşdırmaqda ittiham olunurlar.

    Açıqlamada S.Rüstəmlinin Rusiyadan AXCP-yə pul göndərdiyi, həbs edilmiş cəbhəçilərin həmin vəsaitləri alıb partiya rəhbərinə çatdırdıqları bildirilir. İddialarda söhbət toplam 412 min dollardan (ortalama 700 min manatdan) gedir.

    Həmin şəxslərə Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1, 193-1.3.2 (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) maddələriylə ittiham irəli sürülüb.

    Bu maddələrdə 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

    AXCP sədri Əli Kərimli rəsmi ittihamı rədd edib, cinayət işinin və həbslərin rəhbərlik etdiyi partiyaya qarşı növbəti repressiya dalğası olduğunu bildirib.


Xəbər lenti

Fransa Dağlıq Qarabağ Respublikasını tanımır

17 noyabr Milli Dirçəliş Günüdür

Əli Kərimli və Cəmil Həsənli həbs edildi - VIDEO

Badamdar bələdiyyəsinin Həbib Əsədov problemi

Siyasi məhbuslara işgəncə verən vəzifəli şəxlərin qara siyahısı hazırlanır

"Azərbaycanda həlli tələb olunan əsas uzunmüddətli problemlərdən biri odur ki, ölkədə əhali üzrə adambaşına düşən vəkillərin nisbəti ən aşağıdır": K.Puarel

BDU rektorunun işdən çıxarılmasının səbəbi qalmaqal salmasıdır (yenilənib)

"Sədərək" ticarət mərkəzində yanğın

Zaur Rövşənlinin apellyasiya şikayəti təmin olunmayıb

Məmməd İbrahimin işi üzrə növbəti məhkəmə prosesi başlayır

Səhiyyə nazirinin qocalar evinə atılan xalası qızı müalicə oluna bilmir

"Arada olan bu insanlar məmur adına da ləkə gətirir”- Adil Əliyev

Azərbaycan Cümhuriyyəti müvəqqəti parlaman rəisindən Ənvər paşaya məktub

"Mən Mətbuat Şurasının üzvü olmaya-olmaya bunu niyə Mətbuat Şurası araşdırmalıdır? "- Dəyanət Babayev

" Yalnız cahillər və Azərbaycanın düşmənləri narahat olmaya bilər" Arif Hacılı

Gözəl Bayramlının cəzası 2 ay azaldılıb

Təhsil ocağında öz oduna yanan direktor kimdir?

Dindar məhbus hüquqlarının bərpa edilməyəcəyi təqdirdə aclıq aksiyasına başlayacaq

Zamirə Hacıyevanın növbəti məhkəmə iclasının tarixi müəyyənləşib

"Ukrayna səfirliyi kor-peşman şəkildə tədbiri noyabrın 15-də səfirlik binasında keçirəcək” Elxan Şahinoğlu

Şəhid ailələrinə yardım ödənilməməsi haqqında vəziyyətə aydınlıq gətirilməyib

AXCP üzvlərinin həbs müddəti uzadilib

“Gilan” holdinq işçilərin əmək haqlarını ödəyə bilmir

Təqvim

«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 315-08-08
E-mail: 7gunxeber@gmail.com
Ünvan: Bakı şəhəri. Nəsimi rayonu.
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!