Cəmil Həsənli siyasi məhbuslara qarşı olan təxribatlardan yazdı: "Beş ildir bu gənc ailə başçısı körpə uşaqlarının üzünə həsrətdir"

Şrift : |
Tarix :3-11-2018, 23:43
Bölmə : Özəl
Kömək :    
Baxılıb : 55 dəfə
Like :
Like :

    "Siyasi məhbus Murad Adilovla bağlı cəzaçəkmə yerində baş verənlər son dərəcə dəhşətlidir. Adamı qardaşı Natiq Adilovun siyasi və mətbu fəaliyyətinə görə saxta bir ittihamla tutublar. Kənd yerində yaşadığı üçün cibine deyil, evinə narkotika atmışdılar. Sonra da bir yekə bölük polis alayı gedib narkotikanı "aşkarlamışdı".

    Bu sözləri Milli Şuranın sədri, Professor Cəmil Həsənli özünün feysbuk səhifəsində yazıb.

    7GUN.az-ın məlumatına görə, Cəmil Həsənli qeyd edib ki, Məhkəmə də, polisin qurub-qoşduğu, prokurorluğun israrla müdafiə etdiyi bu saxta ittihamı "hüuqi" cəhətdən rəsmiləşdirmişdi. Beş ildir Murad bəy cəfəng, qurama, saxta bir ittihamla həbsdə saxlanılır. Beş ildir bu gənc ailə başçısı körpə uşaqlarının üzünə həsrətdir. Xalq Cəbhəsinin üzvü olduğuna görə, AXCP-nin rəhbərliyində təmsil olunun, davamlı jurnalist, bloger fəaliyyəti ilə məşğul olan Natiq Adilovun qardaşı olduğuna görə adam Əliyev rejimi tərəfindən girov saxlanılır. Saxta cəza müddətinin başa çatmasına az qalmış Muradı həbs yerində intihar həddinə gətirirlər. Yəqin Məmməd İbrahim kimi ona da yeni saxta "cinayət" toru toxuyurlar. Azərbaycan cəmiyyətinə hüquqi dövlət vəd edən cənab İlham Əliyev siyasi məhbusluğun təkrar istehsalına başlayıb. Saxta ittihamlarla tutulmuş cəbhəçilərin, siyasilərin, jurnalistlərin, blogerlərin saxta həbs müddəti başa çatmamış onlara münasibətdə yeni cinayət toru toxunur. Kiminin yastiğının altından bıçaq "çıxır", kimisi yataqını "səliqəli" yığmır, kimisi icazə verilməmiş "resept" yazır və sair. Budur İlham Əliyevin vəd etdiyi "hüquqi" dövlətin gerçək mahiyyəti. Bütün bu məsələlərdə məşhur jurnalist Camal Kaşıkçının qətlinə fərman verib onu vəhşicəsinə icra etdirən Səudi Ərəbistan şahzadəsi Mühəmməd bin Salman hələ gəncdir və gərək Azərbaycana ov ovlamağa, quş quşlamağa deyil öz əleyhdarlarına: siyasilərə, jurnalistlərə, vətəndaş cəmiyyəti təmsilçilərinə, blogerlərə qarşı amansız mübarizənin 37 ənənələri və Şərq müstəbidliyinə dayanan sistemli kursunu keçmək üçün cənab Əliyevin yanına ixtisasartırma kursuna gəlsin. Məsələn, bin Salman tədbirli olub Kaşıkçını Tbilisidən Əfqan Muxtarlı oğurlanan kimi başına torba keçirib İstanbuldan Ər-Riyada sərhəd pozuçusu, qaçaqmalçı kimi gətirib eyni vəhşiliklə doğratsaydı səs-səmiri də çıxmayacaqdı. Bloger Mehman Qələndərovun istintaqda işgəncə altında öldürülüb gizlin dəfn edildiyi kimi.


Xəbər lenti

Fransa Dağlıq Qarabağ Respublikasını tanımır

17 noyabr Milli Dirçəliş Günüdür

Əli Kərimli və Cəmil Həsənli həbs edildi - VIDEO

Badamdar bələdiyyəsinin Həbib Əsədov problemi

Siyasi məhbuslara işgəncə verən vəzifəli şəxlərin qara siyahısı hazırlanır

"Azərbaycanda həlli tələb olunan əsas uzunmüddətli problemlərdən biri odur ki, ölkədə əhali üzrə adambaşına düşən vəkillərin nisbəti ən aşağıdır": K.Puarel

BDU rektorunun işdən çıxarılmasının səbəbi qalmaqal salmasıdır (yenilənib)

"Sədərək" ticarət mərkəzində yanğın

Zaur Rövşənlinin apellyasiya şikayəti təmin olunmayıb

Məmməd İbrahimin işi üzrə növbəti məhkəmə prosesi başlayır

Səhiyyə nazirinin qocalar evinə atılan xalası qızı müalicə oluna bilmir

"Arada olan bu insanlar məmur adına da ləkə gətirir”- Adil Əliyev

Azərbaycan Cümhuriyyəti müvəqqəti parlaman rəisindən Ənvər paşaya məktub

"Mən Mətbuat Şurasının üzvü olmaya-olmaya bunu niyə Mətbuat Şurası araşdırmalıdır? "- Dəyanət Babayev

" Yalnız cahillər və Azərbaycanın düşmənləri narahat olmaya bilər" Arif Hacılı

Gözəl Bayramlının cəzası 2 ay azaldılıb

Təhsil ocağında öz oduna yanan direktor kimdir?

Dindar məhbus hüquqlarının bərpa edilməyəcəyi təqdirdə aclıq aksiyasına başlayacaq

Zamirə Hacıyevanın növbəti məhkəmə iclasının tarixi müəyyənləşib

"Ukrayna səfirliyi kor-peşman şəkildə tədbiri noyabrın 15-də səfirlik binasında keçirəcək” Elxan Şahinoğlu

Şəhid ailələrinə yardım ödənilməməsi haqqında vəziyyətə aydınlıq gətirilməyib

AXCP üzvlərinin həbs müddəti uzadilib

“Gilan” holdinq işçilərin əmək haqlarını ödəyə bilmir

Təqvim

«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 315-08-08
E-mail: 7gunxeber@gmail.com
Ünvan: Bakı şəhəri. Nəsimi rayonu.
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!