"Azərbaycan hökuməti bütün hüquqşünasların peşə fəaliyyətlərini maneəsiz və repressiya qorxusu olmadan həyata keçirə bilmələrini təmin etməlidir"

Şrift : |
Tarix :11-06-2018, 22:07
Bölmə : Özəl
Kömək :    
Baxılıb : 176 dəfə
Like :
Like :

    "Azərbaycan hökuməti bütün hüquqşünasların peşə fəaliyyətlərini maneəsiz və repressiya qorxusu olmadan həyata keçirə bilmələrini təmin etməlidir"
    Vəkillər Kollegiyası Rəyasət Heyəti mayın 11-də Vəkillər Kollegiyasının üzvü, Bakı şəhərində fərdi qaydada fəaliyyət göstərən vəkil İradə Cavadovanın kollegiya üzvlüyünə xitam verilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi barədə qərar qəbul edib. Bu barədə Vəkillər Kollegiyası Rəyasət Heyəti məlumat yayıb.

    Məlumatda deyilir ki, K.M şərti adlı şəxs Vəkillər Kollegiyasına teleqram vuraraq İradə Cavadovadan şikayət edib.

    "Şikayətçi K.M. bildirib ki, vəkil İradə Cavadova şikayətçinin ona etibarnamə vermədiyi və onunla hüquqi yardım barədə müqavilə bağlamadığı halda vəkil şikayətçinin razılığı olmadan onun Daxili İşlər Nazilirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində qanunsuz saxlanılması barədə əsassız şikayətlər etdiyini və bu barədə kütləvi informasiya vasitələrində məlumatlar yaydığını göstərib. Şikayətçi həmin məlumatların həqiqəti əks etdirmədiyini, onun şərəf və ləyaqətinə toxunduğunu bildirib və Rəyasət Heyətindən xahiş edib ki, vəkil İradə Cavadovanın barəsində tədbir görülsün", - Rəyasət Heyətinin məlumatında deyilir.

    Məlumatda həmçinin bildirilir ki, şikayət Vəkillərin İntizam Komissiyasında araşdırılıb. Şikayətçi intizam araşdırması çərçivəsində izahat verib, habelə intizam icraatı zamanı vəkilin də izahatı alınıb.
    Rəyasət Heyətinin məlumatında deyilir ki, vəkil İradə Cavadova Komissyanın və Rəyasət Heyətinin iclaslarında şikayətçi barəsində kütləvi informasiya vasitələrində yayılan məlumatların həqiqiliyini və səbəbini tutarlı faktlarla əsaslandıra bilməyib.
    Komissiyanın rəyinə əsasən, vəkil şikayətçi barəsində məlumatları mətbuat vasitəsilə kütləvi şəkildə yaymaqla şikayətçinin icazəsi olmadan onun barəsində əsaslılığı şübhə doğuran və həqiqiliyi öz təsdiqini tapmayan məlumatları ictimailəşdirib, bu məlumatların yalan olduğunu bilməsinə baxmayaraq, öz bəyanatını təkzib etməyib.

    Beləliklə, vəkil İradə Cavadovanın kollegiya üzvlüyünə xitam verilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi barədə qərər qəbul olunub.

    İradə Cavadovadan Vəkillər Kollegiyası Rəyasət Heyətinin bu məlumatı ilə bağlı şərh almaq hələ mümkün olmayıb.
    Son illər Azərbaycanda hüquq müdafiəçiləri tərəfindən müstəqil vəkil kimi tanınan Namizəd Səfərov, Xalid Bağırov, Aslan İsmayılov, Əlaif Həsənov, Elçin Namazov, Yalçın İmanov, İntiqam Əliyev, Müzəffər Baxşəliyev, Ənnağı Hacıbəyli, Fərhad Mehdiyev və digərlərinin vəkillik fəaliyyətinə xitam verilib. Bir çox vəlillərin barəsində isə intizam tədbirləri görülüb.

    Vəkillər Kollegiyası isə vəkillərin fəaliyyətinə xitam verilməsini onların qanun və əsasnaməni pozması ilə izah edir.

    Azərbaycanda vəkillik institutunun neqativ durumu ilə bağlı beynəlxalq insan hüquqları təşkilatları çoxsaylı bəyanatlarla çıxış edib. Hökuməti bu sahədə islahatlar aparmağa və beynəlxalq öhdəliklərə əməl etməyə çağırıb.

    "Azərbaycan hökuməti bütün hüquqşünasların peşə fəaliyyətlərini maneəsiz və repressiya qorxusu olmadan həyata keçirə bilmələrini təmin etməlidir", - İnsan Haqları üzrə Beynəlxalq Tərəfdaşlıq (International Partnership for Human Rights -IPHR) təşkilatının Azərbaycanda insan haqları sahəsində çalışan vəkillərə basqılardan, onların vəkillik fəaliyyətlərinin dayandırılmasından narahatlıq ifadə edən bəyanatında deyilir. Turan.az


Xəbər lenti

“Bu sahə nifrət olunası bir sistemdir” Əli Əsgərov

Deputat sərxoş halda Bakının mərkəzində dava saldı

20 Yanvar Şəhidlər gününə qədər oğlumun “qan pulu” verilməsə, Şəhidlər Xiyabanında özümü oğlumun məzarı üstündə benzinlə yandıracam

Əli Kərimli Avropa Məhkəməsinə üz tutacaq

Əbülfəz Sadıqbəyliyə ailəsi ilə görüşə icazə verilmir

Azərbaycan jurnalistlərin həbsdə olduğu ölkələr sırasındadır

Müxalifət çirkli pulların yuyulması faktlarının araşdırılmasını tələb edir

Şəhid oğlunun həbs müddətini azaldıb

Hüseynqulu Bağırov jurnalisti həbs etdirmək istəyir

"Criminalaz.com” saytına açılmış cinayət işinin istintaqı başa çatıb

Daha bir icra başçısı vəzifəsindən azad edildi

AİHM Azərbaycandan çıxışın qadağan edilməsi haqqında işlər üzrə qərarlar qəbul edib

Sergey Lavrov XİN Şurasının toplantısının keçirilməsilə əlaqədar Bakıya gəlir

“ƏXLAQSIZ VERLİŞLƏRƏ SON QOYULMASI ÜÇÜN tədbir görülməlidir” Aqil Mahmudov

Şəhid övladı olan aksiya iştirakçısı Toğrul Qocayevə 30 sutka həbs cəzası verilib

Rəqsanə İsmayılovanın mənzilini əlindən alınır!?

Qarabağ düyünü"ndən də ağır və mürəkkəb şəraitlə üzləşəcəklərini ağıllarına belə gətirməmişdilər

Əfqan Muxtarlının telefon danışıqlarının dinlənildiyi bildirilir

Heydər Əliyevin vəfatının 15-ci ildönümü tamam olur

AXCP üzvlərinin istintaqı başa çatıb

Nazirlər Kabineti qəbiristanlıqların salınması və idarə olunması qaydalarını təsdiqləyb

Ölkə prezidenti Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisini qəbul edib

Polislə şəhid ailələri arasında insident yaşanıb

Təqvim

«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 315-08-08
E-mail: 7gunxeber@gmail.com
Ünvan: Bakı şəhəri. Nəsimi rayonu.
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!