"Azəriqaz" 280 şagirdi soyuqda saxlayır

Şrift : |
Tarix :19-12-2018, 03:46
Bölmə : Özəl
Kömək :    
Baxılıb : 214 dəfə
Like :
Like :

    Bir müddət əvvəl Rusiyalı milyarder Fərhad Əhmədov Göyçay rayon Potu kənd tam orta məktəbini əsaslı təmir etdirmiş, ora artezan su çəkdirmiş, eləcə də məktəbə gedən yola yeni asfalt örtüyü vurdurmuşdur. Fərhad Əhmədov Rusiya vətəndaşı olmasına baxmayaraq əvvəllər yaşadığı rayonda ara sıra xeyriyyə işləri görməklə rayon sakinlərinin həyat şəraitinə köməklik göstərir. Bəs bizim yerli təşkilatlar nə edir, onları qeyd edəcəyəm...

    7GUN.az xəbər verir ki, bu sözləri tanınmış hüquq müdafiəçisi Taleh Xasmmәmәdovun özünün feysbuk səhifəsində yazıb

    "Hal-hazırda sözügedən məktəbə qaz təchizatının verilməsinə görə "Azəriqaz" İB-nin Ağsu Regional Qaz İstismar İdarəsi "texniki şərt" altında 15 000 manat pul tələb edir. Əks halda şagirdlər təhsildən yayınmalı olsalar da, qaz təchizatı verilməyəcək. Məhz bu səbəbdən bu gündən kənd əhalisi etiraza qalxıb və uşaqları məktəbə göndərməyəcəklərini bəyan ediblər. Məktəbə verilən elektrik enerjisi zəif naqillərlə olduğundan tab gətirmir və elektrik peçi vasitəsilə də sinif otaqlarını isitmək mümkün olmur. Bu barədə "Azərişıq" ASC-yə də edilən müraciətlərə məhəl qoyulmayıb. Daha sonra Göyçay rayon İcra Hakimiyyətinə də rəsmi müraciət ünvanlanıb ki, dərhal yaranmış problemin həlli istiqamətində köməklik göstərilsin. Oradan da cavab gəlib ki, "bizlik deyil, biz işıq-qaz işinə qarışmırıq". Bax beləcə 280 şagird, müəllimlər heyəti və valideynlər giriftar vəziyyətdə küçələrə çıxıblar. Etiraza hazırlaşan valideynlər bu gün üçün ARB TV-nin və digər media orqanlarının gələcəyinə və problemlərinin ictimailəşdiriləcəyinə arxayındılar. Etiraz edən valideynləri ən çox qıcıqlandıran məsələ onların övladlarına göstərilən ögey münasibətdir. Necə olur ki, Rusiya vətəndaşı xeyriyyə işləri aparır, yerli orqanlar isə düşmənçilik?"-deyə Taleh Xasmmәmәdov yazıb.


Təqvim

«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 300-17-96
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!