Fikrət Məmmədov Baba Gülməmmədovun qanunsuz hərəkətlərinə niyə reaksiya vermir? (Audio)

Şrift : |
Tarix :11-01-2019, 00:14
Bölmə : Özəl / Video
Kömək :    
Baxılıb : 197 dəfə
Like :
Like :

    7GUN.az 9 saylı Cəzaçəkmə Müəssisəsində müəssisə rəhbərliyi tərəfindən cinayət xarakterli özfəaliyyət hərəkətlərinin həyata keçirilməsi barədə ciddi məlumatlar vermişdir.

    Həmin məlumatlarda müəssisənin rəisi ədliyyə polkovniki-leytenantı Baba Gülməmmədovun göstərişləriylə külli miqdarda pul qazanmaq məqsədilə Penitensiar Xidmətin layihələrindən kənar ticarət-iaşə obyektlərinin yaradılması, məhkumları şərləyərək müxtəlif işgəncələr tətbiq etməklə onlardan zorla rüşvət alınması, cəzalarının qalan hissəsindən azad edilmək üçün məhkumlara xasiyyətnamələrin 5.000 manatdan 10.000 manata qədər qiymətə satılması və sair faktlar ölkə ictimaiyyətinə çatdırılmışdır. Yaxın vaxtlarda 9 saylı Cəzaçəkmə Müəssisəsindən azadlığa buraxılmış məhkumlardan birinin verdiyi məlumata əsasən, vaxtilə Baş Prokurorluğ, Daxili İşlər Nazirliyi və Müdafiə Nazirliyinin rəhbər vəzifəli şəxsləri arasında dəllallıq missiyalarını icra etmiş Həsən Həsənov adlı məhkumun vasitəsilə müəssisə rəhbəri Baba Gülməmmədov ayrı-ayrı məhkhmları şərləyib onlardan küllü miqdarda rüşvət alır. Həsən Həsənov qeyri-rəsmi olaraq müəssisə rəhbərliyinin məhkumlar arasında vasitəçisi kimi tanınır. Həsən Həsənov Prezident Administrasiyasının əfv və bağışlama komissiyasına rüşvət olaraq verilməkdən ötrü ayrı-ayrı məhkumlardan külli miqdarda pul almış və müəssisə rəhbəri Baba Gülməmmədova çatdırmışdır. Aldanılmış məhkumlar hal-hazıra kimi pulkarını geri ala bilmirlər Və müxtəlif vasitələrlə işgəncələrə məruz qalırlar.

    Bir daha xatırladırıq ki, Baba Gülməmmədov Penitensiar Xidmətin Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsinin rəisi vəzifəsində işləyərkən yol verdiyi cinayət xarakterli əməllərinə görə Ədliyyə Naziri Fikrət Məmmədovun sərəncamı ilə ədliyyə orqanlarından xaric edilmişdir. Lakin sonralar iş adamı Şamil Gülməmmədovun Ədliyyə Naziri Fikrət Məmmədovla təmaslar qurması nəticəsində Penitensiar Xidmətin rəisi Ədliyyə general-leytenantı Ceyhun Həsənovun sərancamıyla 9 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi təyin olunub.

    Baba Gülməmmədov və yaxın ətrafı Ədliyyə Naziri Fikrət Məmmədovun himayəsində çalışdıqlarını, respublikada hər hansı bir hüquq mühafizə orqanının onların fəaliyyətini araşdırmağa yetərli gücə sahib olmadıqlarını açıq-aşkar bildirir. Penitensiar Xidmətin rəisi Ceyhun Həsənov məhz Şamil Gülməmmədovla Ədliyyə Naziri Fikrət Məmmədov arasında qurulmuş təmaslara görə Baba Gülməmmədovun cinayət əməllərinə göz yumur.

    Öıkə ictimaiyyəti cəzaçəkmə müəssisələrindəki dözülməz vəziyyət barədə məlumatlıdır. Lakin məhkumların şəxsi təhlükəsizliyi naminə onların yaxınları susurlar. 9 saylı Cəzaçəkmə Müəssisəsində cərəyan edən proseslər Avropa İnsan Haqları Konvensiyasına və Azərbaycan hakimiyyətinin Avropa Şurası qarşısında götürdüyü öhdəliklərə ziddir. Azərbaycan Respublikasının hakimiyyət orqanları irəli sürdüyümüz iradları nəzarətə götürüb təxirəsalınmaz təhqiqat tədbirlərini həyata keçirtməlidir.

    7GUN.az 9 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Baba Gülməmmədovun və yaxın ətrafının cinayət xarakterli fəaliyyətlərinin araşıdırılmasını davam etdirəcək.



Xəbər lenti

Hüquq müdafiəçisi KXCP üzvlərini 19 yanvar mitinqinə çağırdı

Avtomagistrallarda sürət həddi əvvəlki vəziyyətə qaytarıldı

“Sədr kimi vəzifədən getmişəmsə...” - Arif Alışanov

"Son illər autizm xəstəliyi çox təhlükləli bir hal alıb" - Q.Paşayeva

Rusiya XİN Azərbaycanla qalmaqalı qızışdırır

Ədliyyə Nazirliyində ixtisar olacaq?

Fəalların təzyiqə məruz qaldığını bildirilir

''Xəstəxananın direktoru işçiləri alçaldır''

''Bədənimə hərəsi 3 dəqiqə olmaqla 5 dəfə tok verdilər''

MİLLİ MƏCLİS ƏHLİ KEYF ELƏYİR! – Biri çəkir, biri içir, ağsaqqal da rəqs eləyir! (VİDEO)

DİN-də ciddi kadr dəyişikliyi baş verib

Bakı Nəqliyyat Agentliyi xüsusi rejimdə fəaliyyətini davam etdirir

"Mehman Hüseynova və digər siyasi məhbuslara azadlıq" tələbilə aclıq davam edir

Azərbaycan hakimiyyəti misli görünməmiş təzyiqə məruz qoyulub

"Ölkədə hər şeyi dəyişmək lazımdır. Həm siyasi sistemi, həm iqtisadi sistemi, həm sosial-təminat, təhsil, səhiyyə və s."-A.Qasımlı

"Yalnız güclü və israrlı beynəlxalq kampaniya Azərbaycan hökumətini Mehman Hüseynovu azad etməyə və ölkədə qalan sonuncu tənqidi jurnalistlərin təqibinə son qoymağa məcbur edə bilər"

Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalları məhkəmə qarşısına çıxarılıb

"Mehman Hüseynova və bütün siyasi məhbuslara azadlıq" tələbi ilə aclıq aksiyası davam etdirilir

Qırmızı Xaç Komitəsinin nümayəndələri 13 saylı koloniyada aclıq edən siyasi məhbuslara baş çəkiblər

Azərbaycanda 24 min 117 məhbus var

Elnur Cəfərov Vidadi Səmədovun mobil telefonlarını və pulunu niyə qaytarmır? (Audio)

Məhbus xanımı Litvada aksiya keçirib

"Meqa-Siti Holdinq" MMC-in qurbanının aqibəti necə olacaq? (Audio)

Təqvim

«    Yanvar 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 315-08-08
E-mail: 7gunxeber@gmail.com
Ünvan: Bakı şəhəri. Nəsimi rayonu.
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!