Müxalifət təlaş içində

Şrift : |
Tarix :13-12-2011, 21:29
Bölmə : Siyasət
Kömək :    
Baxılıb : 286 dəfə
Like :
Like :

    “Siyasi partiyalar haqqında” Qanunla bağlı Venesiya Komissiyasına çağırış edildi

    Hakimiyyət “Siyasi partiyalar haqqında” Qanuna əlavə və dəyişiklikləri qəbul etməyə hazırlaşır. Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib ki, dekabrın 17-də Avropa Şurasının Venesiya Komissiyasında qanun layihəsinin son ekspertizası keçiriləcək. Ondan sonra layihə müzakirə üçün parlamentə təqdim olunacaq.

    Şöbə müdirinin sözlərinə görə, layihədə həm siyasi partiya təmsilçilərinin indiyə qədər mətbuatda səsləndirilən mülahizə və fikirləri, həm də Venesiya Komissiyasının tövsiyələri nəzərə alınıb. Bu barədə Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) isə “Siyasi partiyalar haqqında” Qanuna əlavə və dəyişikliklər layihəsini araşdıraraq sənədə rəy verib. Rəydə nələrin əksini tapdığı barədə ötən saylarımızın birində ətraflı məlumat vermişik.
    Rəydə qanuna partiyalar üçün ciddi problemlər yaradan maddələrin daxil edildiyi əksini tapıb. Müxalifət isə bildirir ki, antidemokratik dəyişiklikləri qəbul etməyəcəklər.
    Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı bildirdi ki, hakimiyyət “Siyasi partiyalar haqqında” Qanuna hansı dəyişiklikləri təklif etdiyini siyasi partiyalardan, cəmiyyətdən gizli saxlayır, heç bir müzakirələr təşkil eləmir. Bunun özü iqtidarın qaranlıq niyyətlərinin olduğunu göstərir: “Hakimiyyətdən bu gözləniləndir. Amma Avropa Şurasının Venesiya Komissiyasının da ona təqdim olunmuş layihəni gizli saxlaması, Azərbaycanda olan siyasi partiyaların təmsilçilərini müzakirəyə cəlb etməməsi anlaşılan deyil. Belə çıxır ki, Venesiya Komissiyası Azərbaycanda siyasi partiyalarla əlaqə qurmaq barədə fikirləşmir və ancaq hakimiyyətlə işləyir və hakimiyyətin istəkləri həyata keçir. Bu, Avropa Şurasının, Venesiya Komissiyasının fəlsəfəsinə ziddir”.
    G.Aslanlı bildirdi ki, siyasi partiyaların yenidən qeydiyyatdan keçirilməsi və bunun üçün imzaların sayının mindən 5 minə qaldırılması, hər bir partiya üzvünün şəxsiyyət vəsiqələrinin surətlərinin bir ay müddətində təqdim olunması tələbinin qanuna daxil edilməsi qətiyyən qəbul edilən deyil: “Bu, siyasi partiyalara olan təzyiqin ən yüksək forması ola bilər. Bu o deməkdir ki, partiya üzvü olan bütün şəxslər hakimiyyətin nəzarətində olmalıdır və seçkilər zamanı həmin siyahılar seçki komissiyalarına göndərilərək onların adlarının seçici siyahılarına düşməsinin qarşısı alınacaq. Partiyaların maliyyələşməsi ilə bağlı göstərilən kriteriyalar da real müxalifət partiyalarının zərərinədir. Qanuna o cür əlavə və dəyişikliklər qəbul edilməzdir və ciddi etirazlar yaradacaq”.
    KXCP sədrinin müavini Ədalət Yusibov bildirdi ki, demokratiya dalğasının Azərbaycan sərhədlərinə yaxınlaşdığı bir vaxtda hakimiyyətin siyasi partiyaların fəaliyyətinə zərbə vuran addımlar atmaq istəməsi sonda iqtidarın özünün zərərinə işləyəcək: “Hakimiyyətin Venesiya Komissiyasına göndərdiyi qanun layihəsi mətbuatda son günlərdə açıqlanan kimidirsə, biz qanuna o cür dəyişiklikləri və əlavələri qəbul etməyəcəyik. Venesiya Komissiyası belə bir layihə ilə razılaşıbsa, Azərbaycan müxalifət qüvvələri, ictimaiyyəti bunu hakimiyyətlə alver predmeti kimi qəbul edəcək. Biz Venesiya Komissiyasını siyasi partiyalara əlavə problemlər yaradacaq və Azərbaycanda təkpartiyalı sistemin bərqərar olmasına təkan verəcək qanun layihəsi ilə razılaşmamağa çağırırıq”.
    AMİP katibi Əli Orucov bildirdi ki, hakimiyyət elə variant işləyib ki, real müxalifət partiyaları qanunun bəhrəsindən kənarda qalır, hətta əlavə təzyiq rıçaqları ilə üzləşirlər: “Hakimiyyət həm əsas rəqibi olan partiyalara qeydiyyat problemi yaratmaq istəyir, həm də özünün cib müxalifətinə ayırdığı qeyri-leqal maliyyəni yeni qanunla leqallaşdırmaq fikrindədir. Real müxalifət partiyaları hakimiyyətin marağına xidmət edəcək qanunun qəbuluna ciddi etiraz edəcəklər. Venesiya Komissiyası hakimiyyətin Azərbaycanda müxalifət partiyalarını tamamilə sıradan çıxarmaq planına dəstək verməməlidir”.

    Musavat.com


Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed
 

Axtarış...

DİQQƏT!

Xəbər lenti

23.05.2012 ~ BAKI DƏMİRYOL XƏSTƏXANASINDA RƏZALƏT

23.05.2012 ~ NEFTÇALA YAP-çıları ACLIQ AKSİYASINA BAŞLADI

23.05.2012 ~ Azəri qızı Günelə 9 ay həbs verildi ŞOK

22.05.2012 ~ İsa Qəmbər xarici telekanala müsahibə verdi – FOTOLAR

22.05.2012 ~ Səfər Əbiyevdən növbəti məğlubiyyət

22.05.2012 ~ Təhsil şöbəsində “yaz yığımı”

22.05.2012 ~ Zeynəb Xanlarovadan önəmli açıqlamalar

22.05.2012 ~ Keçmiş “first lady“nin eşq macəraları

22.05.2012 ~ Medvedyev yeni hökumətini açıqladı

22.05.2012 ~ Azərbaycana yeni beynəlxalq aviareys açılır

22.05.2012 ~ Bu gün külək və yağış gözlənilir

22.05.2012 ~ 30 yaşlı gənc qətlə yetirilib

22.05.2012 ~ Azərbaycan prezidenti Britaniya baş naziri ilə görüşüb

22.05.2012 ~ Dünyanın aparıcı KİV-ləri rəsmi Bakının "Eurovision"la bağlı səsləndirdiyi fikirlərə geniş yer ayırıb

22.05.2012 ~ Yeni futbol mövsümü avqustda başlaya bilər

22.05.2012 ~ “Camaat “Eurovision”a yox, mənə baxır, məni gözləyir”

21.05.2012 ~ Dinozavr skeleti hərracda fantastik məbləğə satıldı

21.05.2012 ~ Qardaş bacısını ərsiz qoydu

21.05.2012 ~ “Euro” və “Vision” dovşanları

20.05.2012 ~ Vicdan məhbusunu karserə saldılar

20.05.2012 ~ Günay Musayevanın oğlunun şəkli yayıldı

20.05.2012 ~ Kürdəmirdə ağır yol qəzası baş verib

20.05.2012 ~ Azərbaycanlı iş adamı Bodrumda otel tikəcək

20.05.2012 ~ Azərbaycan tələbə kartının təqdimatı olub

20.05.2012 ~ II Yelizaveta hakimiyyətə gəlməsinin 60 illiyini qeyd edir

20.05.2012 ~ 73 yaşlı nənə Everesti fəth etdi

20.05.2012 ~ “Dağılmış evlərin sökülməsi istiqamətində artıq işlər başlayıb”

20.05.2012 ~ Avropanın ən güclüsü “Çelsi” oldu

20.05.2012 ~ Prezident İlham Əliyev Abdullah Güllə görüşüb

20.05.2012 ~ Baş redaktor oxuculardan üzr istədi

19.05.2012 ~ Yunanıstandan “Neftçi”yə məktub gəldi

19.05.2012 ~ Əcnəbi jurnalistlərin məxməri girovluğu

19.05.2012 ~ İcra başçısı Razim Məmmədov insanlara zülm edir

19.05.2012 ~ Bakıda turistlər üçün kazinolar açılıb

19.05.2012 ~ Zaqataladan zəlzələ ilə bağlı açıqlama gəldi

Təqvim

«    May 2012    »
BeÇaÇəCaŞəBa
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31