“Washington Post” Brayzanın namizədliyini təsdiqləməyən Senat Komitəsini tənqid edib

Şrift : |
Tarix :20-12-2011, 13:18
Bölmə : Siyasət
Kömək :    
Baxılıb : 142 dəfə
Like :
Like :

    “Onun namizədliyinə qoyulan vetonu görən Azərbaycan növbəti səfirin neytrallığına çətin etibar edə”

    “Washington Post” qəzetinin redaktoru Fred Hayat ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayzanı vəzifəsinə təsdiqləməyən ABŞ Senatı Komitəsinin mövqeyini tənqid edib. O, yazısında bildirib ki, Prezident Obamanın təyinatı olan peşəkar diplomat, Senat Komitəsi tərəfindən namizədliyi səsverməyə çıxarılmadığına görə, geri dönməlidir. Vaşinqtonun siyasi həyatında bu, kiçik bir hadisə olsa da, ABŞ milli maraqlarının xüsusi maraq qruplarının qurbanına çevrilməsini aydın nümayiş etdirən misaldır.
    Məqalədə qeyd olunur ki, Brayzaya qarşı kampaniyanın məğzi onun namizədliyinin Amerikanın Erməni Milli Komitəsi və erməni mənşəli seçici dairələrini təmsil edən Senator Barbara Bokserə və Senator Robert Menendezə yaramamasıdır. Diplomatın öz işində səmərəliliyini heç nəzərə almayan bu dairələrin qarşı arqumentləri isə bundan ibarətdir ki, Metyu Brayza Menendezə görə, ABŞ tərəfindən “erməni soyqırımı”nın tanınmasını istəmir, Bokserə görə, Azərbaycanın Ermənistana qarşı təcavüzünü kifayət qədər pisləmir, Erməni Milli Komitəsinə görə isə, həyat yoldaşı türk mənşəlidir. “Washington Post” bildirir ki, bu şübhələr başqaları tərəfindən qəbul edilmir. Əksinə, 36 xarici siyasət xadimi, o cümlədən dövlət katibinin sabiq müavinləri Tomas Pikerinq və Nikolas Börns ötən həftə məktub yazaraq Brayzənin strateji uzaqgörənlik, etimad, liderlik kimi qabiliyyətə malik nümunəvi səfir adlandırmışlar. Peşəkar diplomatın namizədliyinin təsdiqlənməməsi mühüm bölgədə ABŞ-ın maraqlarına ziyan vuracaq.
    “Washington Post” onu da qeyd edir ki, Metyu Brayza ABŞ səfiri kimi Azərbaycanda hakimiyyətlə vətəndaş cəmiyyəti arasında dialoqun qurulması, Ermənistanla münasibətlərin yaxşılaşdırılmasını dəstəkləyir. İndi isə, erməni lobbisi və 100 nəfər senatordan ikisinin səyi nəticəsində onun namizədliyinə qoyulan vetonu görən Azərbaycan növbəti səfirin neytrallığına çətin etibar edə.
    Fred Hayat hesab edir ki, bunların hamısında uduzan isə, amerikalılar və ya azərbaycanlılar deyil, kasıb, təcrid olunmuş və yenə də nüfuz oyunlarının qurbanına çevrilən ermənilər olacaqlar.


Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed
 

Axtarış...

DİQQƏT!

Xəbər lenti

23.05.2012 ~ BAKI DƏMİRYOL XƏSTƏXANASINDA RƏZALƏT

23.05.2012 ~ NEFTÇALA YAP-çıları ACLIQ AKSİYASINA BAŞLADI

23.05.2012 ~ Azəri qızı Günelə 9 ay həbs verildi ŞOK

22.05.2012 ~ İsa Qəmbər xarici telekanala müsahibə verdi – FOTOLAR

22.05.2012 ~ Səfər Əbiyevdən növbəti məğlubiyyət

22.05.2012 ~ Təhsil şöbəsində “yaz yığımı”

22.05.2012 ~ Zeynəb Xanlarovadan önəmli açıqlamalar

22.05.2012 ~ Keçmiş “first lady“nin eşq macəraları

22.05.2012 ~ Medvedyev yeni hökumətini açıqladı

22.05.2012 ~ Azərbaycana yeni beynəlxalq aviareys açılır

22.05.2012 ~ Bu gün külək və yağış gözlənilir

22.05.2012 ~ 30 yaşlı gənc qətlə yetirilib

22.05.2012 ~ Azərbaycan prezidenti Britaniya baş naziri ilə görüşüb

22.05.2012 ~ Dünyanın aparıcı KİV-ləri rəsmi Bakının "Eurovision"la bağlı səsləndirdiyi fikirlərə geniş yer ayırıb

22.05.2012 ~ Yeni futbol mövsümü avqustda başlaya bilər

22.05.2012 ~ “Camaat “Eurovision”a yox, mənə baxır, məni gözləyir”

21.05.2012 ~ Dinozavr skeleti hərracda fantastik məbləğə satıldı

21.05.2012 ~ Qardaş bacısını ərsiz qoydu

21.05.2012 ~ “Euro” və “Vision” dovşanları

20.05.2012 ~ Vicdan məhbusunu karserə saldılar

20.05.2012 ~ Günay Musayevanın oğlunun şəkli yayıldı

20.05.2012 ~ Kürdəmirdə ağır yol qəzası baş verib

20.05.2012 ~ Azərbaycanlı iş adamı Bodrumda otel tikəcək

20.05.2012 ~ Azərbaycan tələbə kartının təqdimatı olub

20.05.2012 ~ II Yelizaveta hakimiyyətə gəlməsinin 60 illiyini qeyd edir

20.05.2012 ~ 73 yaşlı nənə Everesti fəth etdi

20.05.2012 ~ “Dağılmış evlərin sökülməsi istiqamətində artıq işlər başlayıb”

20.05.2012 ~ Avropanın ən güclüsü “Çelsi” oldu

20.05.2012 ~ Prezident İlham Əliyev Abdullah Güllə görüşüb

20.05.2012 ~ Baş redaktor oxuculardan üzr istədi

19.05.2012 ~ Yunanıstandan “Neftçi”yə məktub gəldi

19.05.2012 ~ Əcnəbi jurnalistlərin məxməri girovluğu

19.05.2012 ~ İcra başçısı Razim Məmmədov insanlara zülm edir

19.05.2012 ~ Bakıda turistlər üçün kazinolar açılıb

19.05.2012 ~ Zaqataladan zəlzələ ilə bağlı açıqlama gəldi

Təqvim

«    May 2012    »
BeÇaÇəCaŞəBa
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31