 |
Şrift : |
|
 |
Tarix : | 4-01-2012, 15:00 |
Bölmə : |
Siyasət |
Kömək : |
|
Baxılıb :
| 167 dəfə |
Like : |
|
Like : |
|
|
Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü səlahiyyətlərinin icrasına başlayıb
Rusiya və ABŞ da daxil olmaqla, BMT-nin bir sıra üzvləri Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü qismində fəaliyyətə başlamasını rəsmi olaraq alqışlayıblar. BMT İnformasiya Mərkəzindən APA-ya verilən məlumata görə, Təhlükəsizlik Şurası yanvarın 4-də toplaşacaq.
Suriyadakı iğtişaşlar və İranın nüvə məsələsi Təhlükəsizlik Şurasının yaxın gələcəkdə əsas prioritetləridir. Azərbaycan BMT-dəki tərəfdarlarına əsas qlobal problemlərin həllində konstruktiv rol oynayacağını bildirib.
Yanvarın 1-dən etibarən Azərbaycan BMT Təhlükəsizlik Şurasının (TŞ) qeyri-daimi üzvü səlahiyyətlərinin icrasına başlayıb. Azərbaycan iki il müddətinə BMT TŞ-na qeyri-daimi üzv seçilmişdir. Ötən il oktyabrın 21-də keçirilən səsvermə nəticəsində Qvatemala, Mərakeş, Pakistan və Toqo BMT TŞ-na qeyri-daimi üzv seçilmişlər. Oktyabrın 24-də keçirilən səsvermə nəticəsində isə Azərbaycan 155 səs toplayaraq iki il müddətinə quruma qeyri-daimi üzv seçilib.
Azərbaycan bu postda səlahiyyət müddəti 2011-ci il dekabrın 31-də başa çatmış Bosniya və Herseqovinanı əvəzləyib.
|