 |
Şrift : |
|
 |
Tarix : | 10-01-2012, 13:55 |
Bölmə : |
Siyasət |
Kömək : |
|
Baxılıb :
| 173 dəfə |
Like : |
|
Like : |
|
|
Dövlət başçılarının üçtərəfli görüşü yanvarın 23-24-də Soçidə olacaq
Azərbaycan, Ermənistan və Rusiya prezidentləri İlham Əliyev, Serj Sarkisyan və Dmitri Medvedev arasında növbəti görüşün nə vaxt keçiriləcəyi məlum olub. ANS PRESS-in Ermənistanın "Armenia Today" saytına istinadən verdiyi məlumata görə, dövlət başçılarının üçtərəfli görüşü yanvarın 23-24-də Rusiyanın Soçi şəhərində baş tutacaq. Danışıqların əsas mövzusu Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi olacaq.
Xatırladaq ki, İlham Əliyev və Serj Sarkisyanın Rusiya prezidenti Dmitri Medvedevin vasitəçiliyilə sonuncu görüşü ötən il iyun ayının 24-də Kazan şəhərində olub.
|