 |
Şrift : |
|
 |
Tarix : | 11-01-2012, 18:48 |
Bölmə : |
Siyasət |
Kömək : |
|
Baxılıb :
| 175 dəfə |
Like : |
|
Like : |
|
|
Finlandiyanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvləri Ağdam rayonuna səfər ediblər
Nümayəndə heyətinin rəhbəri İkka Kanerva, qrupun üzvləri Hannu Takula, Yaakko Laakso və xanım Sirkka-Liza rayonda məcburi köçkünlər üçün salınmış şəhərcikdə erməni işğalı nəticəsində ev-eşiklərindən didərgin düşmüş azərbaycanlı ailələrinin yaşayış tərzi ilə yaxından tanış olublar.
İ. Kanerva bildirib ki, bölgəyə səfərlərində əsas məqsəd hər şeyin canlı şahidi olmaqdır: “Biz burada vəziyyətin ağrılı olduğunu hiss edirik. Bütün dünya, beynəlxalq aləm buradakı vəziyyətin bütün incəliklərini başa düşməlidir. Bizim bura gəlməkdə məqsədimiz odur ki, sadə insanların çəkdikləri əziyyətləri, üzləşdikləri çətinlikləri öz gözlərimizlə görək”.
ATƏT-in Minsk Qrupunun fəaliyyətinə münasibət bildirən İ. Kanerva qeyd edib ki, hamı Dağlıq Qarabağ münaqişəsinin ədalətli və sülh yolu tənzimlənməsi üçün əlindən gələni əsirgəməməlidir: “Təbii ki, biz bir dəqiqə içərisində hər şeyi dəyişə bilmərik. Amma Finlandiya olaraq mövcud olan imkanların dəyərləndirilməsi və problemin həlli istiqamətində addımların atılmasında səylərimizi əsirgəmirik. Onu da deyim ki, müharibənin sülh yolu ilə həlli təkcə ATƏT-in Minsk Qrupu tərəfindən deyil, həm də bütün tərəflər və beynəlxalq aləm tərəfindən axtarılmalıdır”.
Rəsmi görüşlərdən sonra qonaqlar Ağdam Dövlət Dram Teatrı aktyorlarının ifasında müharibəyə həsr olunmuş ədəbi-bədii kompozisiya-tamaşanı seyr ediblər.
|