İlham Əliyev və Dmitri Medvedev görüşüblər

Şrift : |
Tarix :23-01-2012, 14:16
Bölmə : Siyasət
Kömək :    
Baxılıb : 151 dəfə
Like :
Like :

    Tərəflər regiondakı vəziyyəti, ikitərəfli münasibətləri və Qarabağı müzakirə ediblər

    Azərbaycan prezidenti İlham Əliyev və Rusiya prezidenti Dmitri Medvedev arasında Soçi şəhərində görüş baş tutub. ANS PRESS RİA Novosti agentliyinə istinadən xəbər verir ki, tərəflər regiondakı vəziyyəti və ikitərəfli münasibətləri müzakirə ediblər.

    "Biz regiondakı vəziyyətin necə inkişaf etməsini müzakirə edəcəyik", deyə Rusiya dövlət başçısı Dmitri Medvedev bildirib.

    "Biz Qafqazla sıx bağlıyıq və burada nə baş verirsə bizim üçün əhəmiyyətsiz deyil", deyə o qeyd edib.

    Dmitri Medvedev həmçinin qarşıdakı Ermənistan prezidentinin iştirakı ilə Dağlıq Qarabağ münaqişəsinin həllinə həsr olunmuş üçtərəfli görüşün vacibliyini qeyd edib.

    "Bu görüşlər mütəmadi olaraq keçirilir, haradasa irəliyə hərəkət var, haradasa problem var. Amma bu dialoq faydalıdır və mən ümid edirəm ki, belə əlaqələr davam edəcək", deyə Medvedev qeyd edib.

    Rusiya prezidenti həmçinin "Rusiya-Azərbaycan əməkdaşlığının necə inkişaf etməsi, ötən il nə baş verməsi" barədə müzakirə etməyi təklif edib. Bununla yanaşı, Rusiya dövlət başçısı 2011-ci ildəki əməkdaşlığın nəticələrini yaxşı qiymətləndirib.

    Öz növbəsində İlham Əliyev intensiv münasibətlərin bütün istiqamətlərdə qarşılıqlı əməkdaşlığı gücləndirməyə imkan verməsi ilə razılaşıb.

    "Ötən il çox uğurlu oldu, biz qarşılıqlı əməkdaşlığımızı gücləndirdik, mal mübadiləsinin artımı isə bir neçə on faizlə hesablanır", deyə o xatırladıb.

    Azərbaycan prezidenti rusiyalı həmkarına "Dağlıq Qarabağ münaqişəsinin həlli yollarının axtarılmasındakı səylərini davam etdirməsinə görə" minnətdarlığını bildirib.

    "Siz düzgün qeyd etdiniz ki, ümidverici anlar olub, pessimizm hisslərinin gücləndiyi anlar da olub, amma sizin bu səyləri davam etdirməyiniz optimizm yaradır", deyə İlham Əliyev əlavə edib. Dövlət başçısı Azərbaycanın münaqişənin həllində və regionun stabilliyində maraqlı olduğunu da qeyd edib

    İlham Əliyev həmçinin Dmitri Medvedevə Azərbaycanın BMT Təhlükəsizlik Şurasında qeyri-daimi üzvlüyünə namizədliyində dəstəklədiyinə görə təşəkkür edib.

    "Qarşıdakı iki ildə biz sizinlə Təhlükəsizlik Şurasında sıx əməkdaşlıq edəcəyik və bizi dəstəkləyən həmin 155 ölkənin ümidlərini doğrultmağa çalışacağıq", deyə Azərbaycan Respublikasının prezidenti bəyan edib.


Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed
 

Axtarış...

DİQQƏT!

Xəbər lenti

23.05.2012 ~ BAKI DƏMİRYOL XƏSTƏXANASINDA RƏZALƏT

23.05.2012 ~ NEFTÇALA YAP-çıları ACLIQ AKSİYASINA BAŞLADI

23.05.2012 ~ Azəri qızı Günelə 9 ay həbs verildi ŞOK

22.05.2012 ~ İsa Qəmbər xarici telekanala müsahibə verdi – FOTOLAR

22.05.2012 ~ Səfər Əbiyevdən növbəti məğlubiyyət

22.05.2012 ~ Təhsil şöbəsində “yaz yığımı”

22.05.2012 ~ Zeynəb Xanlarovadan önəmli açıqlamalar

22.05.2012 ~ Keçmiş “first lady“nin eşq macəraları

22.05.2012 ~ Medvedyev yeni hökumətini açıqladı

22.05.2012 ~ Azərbaycana yeni beynəlxalq aviareys açılır

22.05.2012 ~ Bu gün külək və yağış gözlənilir

22.05.2012 ~ 30 yaşlı gənc qətlə yetirilib

22.05.2012 ~ Azərbaycan prezidenti Britaniya baş naziri ilə görüşüb

22.05.2012 ~ Dünyanın aparıcı KİV-ləri rəsmi Bakının "Eurovision"la bağlı səsləndirdiyi fikirlərə geniş yer ayırıb

22.05.2012 ~ Yeni futbol mövsümü avqustda başlaya bilər

22.05.2012 ~ “Camaat “Eurovision”a yox, mənə baxır, məni gözləyir”

21.05.2012 ~ Dinozavr skeleti hərracda fantastik məbləğə satıldı

21.05.2012 ~ Qardaş bacısını ərsiz qoydu

21.05.2012 ~ “Euro” və “Vision” dovşanları

20.05.2012 ~ Vicdan məhbusunu karserə saldılar

20.05.2012 ~ Günay Musayevanın oğlunun şəkli yayıldı

20.05.2012 ~ Kürdəmirdə ağır yol qəzası baş verib

20.05.2012 ~ Azərbaycanlı iş adamı Bodrumda otel tikəcək

20.05.2012 ~ Azərbaycan tələbə kartının təqdimatı olub

20.05.2012 ~ II Yelizaveta hakimiyyətə gəlməsinin 60 illiyini qeyd edir

20.05.2012 ~ 73 yaşlı nənə Everesti fəth etdi

20.05.2012 ~ “Dağılmış evlərin sökülməsi istiqamətində artıq işlər başlayıb”

20.05.2012 ~ Avropanın ən güclüsü “Çelsi” oldu

20.05.2012 ~ Prezident İlham Əliyev Abdullah Güllə görüşüb

20.05.2012 ~ Baş redaktor oxuculardan üzr istədi

19.05.2012 ~ Yunanıstandan “Neftçi”yə məktub gəldi

19.05.2012 ~ Əcnəbi jurnalistlərin məxməri girovluğu

19.05.2012 ~ İcra başçısı Razim Məmmədov insanlara zülm edir

19.05.2012 ~ Bakıda turistlər üçün kazinolar açılıb

19.05.2012 ~ Zaqataladan zəlzələ ilə bağlı açıqlama gəldi

Təqvim

«    May 2012    »
BeÇaÇəCaŞəBa
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31