 |
Şrift : |
|
 |
Tarix : | 8-02-2012, 10:40 |
Bölmə : |
Siyasət |
Kömək : |
|
Baxılıb :
| 153 dəfə |
Like : |
|
Like : |
|
|
Müdafiə naziri Səfər Əbiyev Türkiyəli həmkarı ilə görüşündə belə deyib
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Nejdət Özəl Müdafiə Nazirliyində hərbi qaydalara uyğun qarşılanıb. Azərbaycan və Türkiyə hərbçilərinin geniş tərkibli görüşündə müdafiə naziri Səfər Əbiyev əsas diqqəti bölgədəki hərbi-siyasi vəziyyətə və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin yaratdığı problemlərə yönəldib. O, bildirib ki, Minsk Qrupunun münaqişənin həll etmək istiqamətində göstərdiyi səylər konkret nəticə vermədiyi üçün Azərbaycan işğal olunan torpaqlarını başqa vasitələrlə azad etmək məcburiyyətində qalır və buna görə də öz Silahlı Qüvvələrini getdikcə gücləndirir. Danışıqlar zamanı Türkiyə-Azərbaycan hərbi əməkdaşlıq məsələləri də geniş müzakirə edilib. Tərəflər əlaqələrin daha da dərinləşməsinin vacibliyi önə çəkərək, həm NATO çərçivəsində, həm də ikitərəfli qaydada Türkiyə-Azərbaycan hərbi əlaqələrinin verdiyi töhfəni xüsusi vurğulayıb. Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin baş qərargah rəisi, ordu generalı Nejdət Özel Azərbaycana rəsmi səfəri çərçivəsində Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, məzarı önünə əklili qoyub. Şəhidlər xiyabanına da gələn ordu generalı Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olanların xatirəsini yad edib. Türk Şəhidlərinin xatirəsinə ucaldılan abidəni də ziyarət endən Baş qərargah rəisi xatirə dəftərinə ürək sözlərini yazıb.
|