"Digər ölkələr Xocalı soyqırımına biganə qalmamalıdırlar"

Şrift : |
Tarix :10-02-2012, 14:20
Bölmə : Siyasət
Kömək :    
Baxılıb : 170 dəfə
Like :
Like :

    Pakistan xarici əlaqələr komitəsinin sədri Azərbaycanın səfiri ilə görüşdə belə deyib

    Azərbaycanın Pakistandakı səfiri Daşqını Şikarov Pakistan senatının sədr müavini Mir Can Camali, senatın xarici əlaqələr komtəsi, informasiya və yayım komitəsi, qaydalar və imtiyazlar komitəsinin sədrləri, hakim Xalq Partiyasının baş katibi, habelə senatın digər komitələrinin nümayəndələrindən ibarət bir qrup senatorlarla görüşüb.

    Səfirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, görüşdə səfir D. Şikarov çıxış edərək, senat tərəfindən Azərbaycan torpaqlarının işğalı və Xocalı soyqırımını ittiham edən qətnaməni qəbul etdiklərinə görə həmsöhbətlərinə minnətdarlığını bildirib. Səfir Dağlıq Qarabağ məsələsi daxil olmaqla bütün məsələlərdə Pakistanın ölkəmizə indiyə kimi verdiyi dəstəyə görə tədbir iştirakçılarına təşəkkür edib.

    Senatın sədr müavini M.C.Camali qəbul edilmiş qətnamənin iki qardaş ölkə arasında mövcud olan münasibətlərin ruhuna cavab verdiyini və bunu özlərinə mənəvi borc bildiyini vurğulayıb.

    Senatın xarici əlaqələr komitəsinin sədri Səlim Seyfulla Xan Pakistanın daim Azərbaycanın yanında olduğunu və dəstəyini bundan sonra da davam etdirəcəyini vurğulayıb. Senatın qətnaməsindən söz açan natiq digər ölkələrin də Azərbaycan torpaqlarının işğalına və Xocalı soyqırımına biganə qalmayaraq, Pakistan senatının qətnaməsindən nümunə götürmələrinin vacibliyini ifadə edib.

    Qətnamənin təşəbbüskarlarından olan informasiya və yayım komitəsinin sədri senator Hacı Qulam Əli qəbul edilmiş qətnaməyə həm hökumət, həm də müxalifətdən olan senatorların yekdilliklə səs verməsini xüsusi qeyd edib, bunun Pakistan xalqının Azərbaycan xalqına olan qardaşlıq münasibətinin təzahürü kimi qiymətləndirib.

    Senatın qaydalar və imtiyazlar komitəsinin sədri senator Tahir Hüseyn Məşədi Azərbaycanı yaxından tanıdığını qeyd edib, ölkə prezidenti İlham Əliyevin apardığı iqtisadi islahatlardan və xarici siyasətdə əldə etdiyi nailiyyətlərdən söz açıb.

    Hakim Pakistan Xalq Partiyasının baş katibi senator Məhəmməd Cahangir Bader partiyasından olan senatorların qətnaməni tam dəstəklədiyini bildirib. O Xalq Partiyası və Yeni Azərbaycan Partiyası ilə əməkdaşlıq qurmaq və qarşılıqlı səfərlər etmək zəruriliyini vurğulayıb.

    Görüşdə senatorlar Xürşid Əhməd, Seid Suğra İmam, Nayyer Hüseyn, Abbas Xan Afridi çıxış edərək Azərbaycanın ədalətli mövqeyini bundan sonra da dəstəkləməkdə davam edəcəyini vurğulayıblar.


Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed
 

Axtarış...

DİQQƏT!

Xəbər lenti

23.05.2012 ~ BAKI DƏMİRYOL XƏSTƏXANASINDA RƏZALƏT

23.05.2012 ~ NEFTÇALA YAP-çıları ACLIQ AKSİYASINA BAŞLADI

23.05.2012 ~ Azəri qızı Günelə 9 ay həbs verildi ŞOK

22.05.2012 ~ İsa Qəmbər xarici telekanala müsahibə verdi – FOTOLAR

22.05.2012 ~ Səfər Əbiyevdən növbəti məğlubiyyət

22.05.2012 ~ Təhsil şöbəsində “yaz yığımı”

22.05.2012 ~ Zeynəb Xanlarovadan önəmli açıqlamalar

22.05.2012 ~ Keçmiş “first lady“nin eşq macəraları

22.05.2012 ~ Medvedyev yeni hökumətini açıqladı

22.05.2012 ~ Azərbaycana yeni beynəlxalq aviareys açılır

22.05.2012 ~ Bu gün külək və yağış gözlənilir

22.05.2012 ~ 30 yaşlı gənc qətlə yetirilib

22.05.2012 ~ Azərbaycan prezidenti Britaniya baş naziri ilə görüşüb

22.05.2012 ~ Dünyanın aparıcı KİV-ləri rəsmi Bakının "Eurovision"la bağlı səsləndirdiyi fikirlərə geniş yer ayırıb

22.05.2012 ~ Yeni futbol mövsümü avqustda başlaya bilər

22.05.2012 ~ “Camaat “Eurovision”a yox, mənə baxır, məni gözləyir”

21.05.2012 ~ Dinozavr skeleti hərracda fantastik məbləğə satıldı

21.05.2012 ~ Qardaş bacısını ərsiz qoydu

21.05.2012 ~ “Euro” və “Vision” dovşanları

20.05.2012 ~ Vicdan məhbusunu karserə saldılar

20.05.2012 ~ Günay Musayevanın oğlunun şəkli yayıldı

20.05.2012 ~ Kürdəmirdə ağır yol qəzası baş verib

20.05.2012 ~ Azərbaycanlı iş adamı Bodrumda otel tikəcək

20.05.2012 ~ Azərbaycan tələbə kartının təqdimatı olub

20.05.2012 ~ II Yelizaveta hakimiyyətə gəlməsinin 60 illiyini qeyd edir

20.05.2012 ~ 73 yaşlı nənə Everesti fəth etdi

20.05.2012 ~ “Dağılmış evlərin sökülməsi istiqamətində artıq işlər başlayıb”

20.05.2012 ~ Avropanın ən güclüsü “Çelsi” oldu

20.05.2012 ~ Prezident İlham Əliyev Abdullah Güllə görüşüb

20.05.2012 ~ Baş redaktor oxuculardan üzr istədi

19.05.2012 ~ Yunanıstandan “Neftçi”yə məktub gəldi

19.05.2012 ~ Əcnəbi jurnalistlərin məxməri girovluğu

19.05.2012 ~ İcra başçısı Razim Məmmədov insanlara zülm edir

19.05.2012 ~ Bakıda turistlər üçün kazinolar açılıb

19.05.2012 ~ Zaqataladan zəlzələ ilə bağlı açıqlama gəldi

Təqvim

«    May 2012    »
BeÇaÇəCaŞəBa
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31