 |
Şrift : |
|
 |
Tarix : | 6-10-2011, 14:53 |
Bölmə : |
Siyasət |
Kömək : |
|
Baxılıb :
| 563 dəfə |
Like : |
|
Like : |
|
|
"Faciənin adını hər kəs cəsarətlə söyləməlidir. Bu bir soyqırımdır"
Fransa prezidenti Nikolya Sarkozi gələn il ölkədə keçiriləcək prezident seçkilərində Fransadakı erməni diasporasının dəstəyini qazanmaq üçün Ermənistana səfər edir. Səfər öncəsi erməni mətbuatına açıqlama verən Sarkozi soyqırım iddialarına toxunaraq, “Faciənin adını hər kəs cəsarətlə söyləməlidir. Bu bir soyqırımdır” deyib. Fransa prezidentini Ermənistana iki günlük səfəri çərçivəsində bir neçə nazir, erməni əsilli siyasətçi Patrik Dəvəçiyan, müğənni Şarl Aznavur, sənətçilər, futbol ulduzları və iş adamları müşayiət edəcək. Fransa prezidenti həmçinin erməni katalikosunu və İrəvandakı soyqırım muzeyinə də baş çəkəcək. İrəvanda keçiriləcək görüşdə Sarkozinin Türkiyə-Ermənistan münasibətlərinə toxunacağı gözlənilir. Ermənistanda iki gün qalacaq Sarkozi bundan sonra Bakıya enerji, xüsusilə NABUCCO kəmərini məsələlərini müzakirə etmək üçün gedəcək. Minsk Qrupunun üzvü olan Fransanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı rəsmi Bakı ilə müzakirələr aparmaq niyyətindədir. Azərbaycan səfərindən sonra Cənubi Qafqaz səfəri çərçivəsində Sarkozi Gürcüstana da baş çəkəcək. Qeyd edək ki, gələn keçiriləcək prezident seçkilərində erməni diasporunun dəstəyini əldə etmək üçün indidən Sarkozi ilə Sosialist partiyasının namizədi Fransua Holland yarışa giriblər. Holland prezident seçiləcəyi təqdirdə, “soyqırım” layihəsini yenidən Senatın müzakirəsinə göndərəcəyini açıqlamışdı. Sosialistlərin bu addımına Sarkozi Ermənistana səfər etməklə cavab verib.
7GUN.AZ
|