İctimai Palata vəkilləri müdafiə etdi

Şrift : |
Tarix :6-10-2011, 18:36
Bölmə : Siyasət
Kömək :    
Baxılıb : 307 dəfə
Like :
Like :

    İP bununla bağlı bəyanat yayıb

    İctimai Palatanın Koordinasiya Şurası bu gün vəkillərə təzyiqlə bağlı bəyanat yayıb. Bu barədə İP KŞ-dən daxil olan press-prelizdə bildirilir.
    Bəyanatda son dövrlər hakimiyyətin cəmiyyətdə müstəqil, peşəkar vəkillər kimi tanınan Osman Kazımov, Aslan İsmayılov, Elçin Namazov və Xalid Bağırova qarşı təzyiqləri davamlı hal almasından narahatlıq ifadə edilir: “Bu təzyiqlər nəticəsində artıq iki vəkil – Elçin Namazov və Xalid Bağırovun Vəkillər Kollegiyasından uzaqlaşdırılması barədə qərar qəbul edilib. Təəssüfləndirici haldır ki, vəkillərə qarşı siyasi təzyiqlər onların üzv olduğu Vəkillər Kollegiyasının vasitəsilə həyata keçirilir.
    Bir müddət əvvəl Vəkillər Kollegiyası Yasamal rayon məhkəməsinin icraata götürmədiyi iddianı əsas gətirərək Xalid Bağırovun vəkillik fəaliyyətini 1 il müddətinə dayandırıb”.
    Bəyanatda daha sonra qeyd olunur: “Xalid Bağırov siyasi məhbus Vidadi İsgəndərlinin vəkili kimi onun məhkəmədə hüquqlarını müdafiə edib. V.İsgəndərlinin cinayət işi ilə bağlı ibtidai istintaqın qurama olduğunu məhkəmə prosesində ifşa etdiyi üçün ona qarşı təzyiqlərə start verilib.
    Eyni hal vəkil Elçin Namazovla bağlı da olub. Belə ki, Elçin Namazova qarşı təzyiqlər gənc fəal Bəxtiyar Hacıyev həbs edilən zaman hüquqlarını müdafiə etdiyi dövrə təsadüf edir. Bəxtiyar Hacıyevin müdafiəsindən imtina etmək üçün hüquq-mühafizə orqanlarının davamlı təzyiqlərinə məruz qalan Elçin Namazov həbs edilən dindarların və 2 aprel mitinqində həbs edilən müxalifət fəallarının da məhkəmədə müdafiəçisi olmuşdur. Dəfələrlə təzyiqlərə məruz qalan Elçin Namazova “siyasi əhəmiyyətli proseslər”dən çəkinməyəcəyi təqdirdə vəkillik səlahiyyətlərindən məhrum ediləcəyi xəbərdarlıq edilib.
    Bundan sonra isə Nəsimi rayon məhkəməsinin hakimi Şahin Abdullayev vəkilin məhkəməyə hörmətsizlik göstərməsi iddiası ilə qərar qəbul edərək, onun barəsində cinayət işinin başlanması və Vəkillər Kollegiyasından çıxarılması ilə bağlı qərarı Vəkillər Kollegiyasına göndərib. Öz növbəsində isə Vəkillər Kollegiyasının Rəyasət Heyəti E.Namazovun vəkillik səlahiyyətinə xitam verilməsi barədə qərar verib.
    Bütün bunları nəzərə alaraq bəyan edirik ki, vəkillərə qarşı başlanan təzyiqlər siyasi xarakter daşıyır və bunlar onsuz da ağır durumda olan vəkillik institutunun sıradan çıxarılmasına yönəlik addımlardır.
    Vəkillərə qarşı başlanan təzyiqlərin artıq beynəlxalq ictimaiyyətin diqqətini cəlb etdiyini nəzərə alsaq, o zaman baş verənlərin ölkənin beynəlxalq imici üçün yaxşı heç nə vəd etmədiyini görmüş olarıq. Ona görə də İctimai Palata Vəkillər Kollegiyasının rəhbərliyindən vəkillərə qarşı təzyiqlərin aradan qaldırılmasını, Elçin Namazov və Xalid Bağırovla bağlı qərarların ləğv edilməsini tələb edir". (musavat.com)


Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed
 

Axtarış...

DİQQƏT!

Xəbər lenti

23.05.2012 ~ BAKI DƏMİRYOL XƏSTƏXANASINDA RƏZALƏT

23.05.2012 ~ NEFTÇALA YAP-çıları ACLIQ AKSİYASINA BAŞLADI

23.05.2012 ~ Azəri qızı Günelə 9 ay həbs verildi ŞOK

22.05.2012 ~ İsa Qəmbər xarici telekanala müsahibə verdi – FOTOLAR

22.05.2012 ~ Səfər Əbiyevdən növbəti məğlubiyyət

22.05.2012 ~ Təhsil şöbəsində “yaz yığımı”

22.05.2012 ~ Zeynəb Xanlarovadan önəmli açıqlamalar

22.05.2012 ~ Keçmiş “first lady“nin eşq macəraları

22.05.2012 ~ Medvedyev yeni hökumətini açıqladı

22.05.2012 ~ Azərbaycana yeni beynəlxalq aviareys açılır

22.05.2012 ~ Bu gün külək və yağış gözlənilir

22.05.2012 ~ 30 yaşlı gənc qətlə yetirilib

22.05.2012 ~ Azərbaycan prezidenti Britaniya baş naziri ilə görüşüb

22.05.2012 ~ Dünyanın aparıcı KİV-ləri rəsmi Bakının "Eurovision"la bağlı səsləndirdiyi fikirlərə geniş yer ayırıb

22.05.2012 ~ Yeni futbol mövsümü avqustda başlaya bilər

22.05.2012 ~ “Camaat “Eurovision”a yox, mənə baxır, məni gözləyir”

21.05.2012 ~ Dinozavr skeleti hərracda fantastik məbləğə satıldı

21.05.2012 ~ Qardaş bacısını ərsiz qoydu

21.05.2012 ~ “Euro” və “Vision” dovşanları

20.05.2012 ~ Vicdan məhbusunu karserə saldılar

20.05.2012 ~ Günay Musayevanın oğlunun şəkli yayıldı

20.05.2012 ~ Kürdəmirdə ağır yol qəzası baş verib

20.05.2012 ~ Azərbaycanlı iş adamı Bodrumda otel tikəcək

20.05.2012 ~ Azərbaycan tələbə kartının təqdimatı olub

20.05.2012 ~ II Yelizaveta hakimiyyətə gəlməsinin 60 illiyini qeyd edir

20.05.2012 ~ 73 yaşlı nənə Everesti fəth etdi

20.05.2012 ~ “Dağılmış evlərin sökülməsi istiqamətində artıq işlər başlayıb”

20.05.2012 ~ Avropanın ən güclüsü “Çelsi” oldu

20.05.2012 ~ Prezident İlham Əliyev Abdullah Güllə görüşüb

20.05.2012 ~ Baş redaktor oxuculardan üzr istədi

19.05.2012 ~ Yunanıstandan “Neftçi”yə məktub gəldi

19.05.2012 ~ Əcnəbi jurnalistlərin məxməri girovluğu

19.05.2012 ~ İcra başçısı Razim Məmmədov insanlara zülm edir

19.05.2012 ~ Bakıda turistlər üçün kazinolar açılıb

19.05.2012 ~ Zaqataladan zəlzələ ilə bağlı açıqlama gəldi

Təqvim

«    May 2012    »
BeÇaÇəCaŞəBa
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31