 |
Şrift : |
|
 |
Tarix : | 7-10-2011, 10:42 |
Bölmə : |
Siyasət |
Kömək : |
|
Baxılıb :
| 382 dəfə |
Like : |
|
Like : |
|
|
Səfər çərçivəsində Cənubi Qafqazdakı münaqişələr müzakirə olunacaq
Fransa prezidenti Nikola Sarkozi Cənubi Qafqaz bölgəsinə səfəri çərçivəsində Bakıya gələcək. Səfər zamanı Cənubi Qafqaz ölkələrinin dövlət başçıları ilə ikitərəfli əlaqələrin inkişafı və regional təhlükəsizlik məsələlərinin müzakirə ediləcəyi gözlənilir. Cənubi Qafqazdakı münaqişələrin nizamlanması da Fransa prezidentinin səfəri zamanı diqqət mərkəzində olacaq. Sarkozinin Bakıya səfəri çərçivəsində Azərbaycanda fransız dili məktəbinin yaradılması ilə bağlı sazişin imzalanacağı gözlənilir. Yeni yaradılacaq təhsil müəssisəsində uşaq baxçasından başlayaraq, litseyədək tam fransız dili təhsili verilməlidir. Azərbaycan və Fransa Təhsil nazirliklərinin birgə layihəsində Azərbaycan Dövlət Neft Şirkəti də iştirak edir. Bakıda Azərbaycan və Fransa dövlət başçılarının əvvəlcə təkbətək danışıqlar aparacağı, sonra isə geniş tərkibdə görüşün keçirilməsi gözlənilir. Görüşdə ikitərəfli əlaqələr, regional məsələlər, eləcə də, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması müzakrə ediləcək. ATƏT-in Minsk qrupunun həmsədrlərindən olan Fransanın prezidenti danışıqlar prosesinin perspektivləri ilə bağlı mövqeyini açıqlayacaq. Fransa prezidentini səfərdə Azərbaycanda fəaliyyət göstərən bir sıra Fransa şirkətlərinin nümayəndələri və bir neçə nazir müşayiət edəcək. Qeyd edək ki, Sarkozi Bakıdan Tiflisə yollanacaq və bununla da Fransa prezidentinin Cənubi Qafqaz bölgəsinə səfəri başa çatacaq.
7GUN.AZ
|