 |
Şrift : |
|
 |
Tarix : | 7-10-2011, 11:43 |
Bölmə : |
Siyasət |
Kömək : |
|
Baxılıb :
| 746 dəfə |
Like : |
|
Like : |
|
|
Sarkozi Ermənistana “soyqırım” sözü verdi
Prezident seçkilərində erməni diasporasının səslərini əldə etmək üçün Ermənistanda səfərdə olan Fransa prezidenti Nikolya Sarkozi İrəvandan birbaşa Türkiyəyə “soyqırımı” tanımaq çağırışı etdi. 7GUN.AZ-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, prezident, “Türkiyə bu ilin sonuna qədər soyqırımı tanımazsa layihə yenidən Senatın müzakirəsinə çıxarılacaq” deyib. Hələ prezident səfərə başlamamışdan əvvəl erməni mətbuatına açıqlama verən Sarkozi “Türkiyə kimi böyük dövlət tarixi ilə barışmalı və soyqırımı tanımalıdır” demişdi. Dünən İrəvana gedən Fransa prezidenti səfərə başlayan kimi ilk olaraq “Soyqırım abidəsinə və muzeyinə” baş çəkib. Sarkisyan tərəfindən xüsusi mərasimlə qarşılanan Sarkozi “abidənin” qarşısına çələng qoyub və “soyqırım meşəsi”nə ağac əkib. Abidə qarşısında jurnalistlərin suallarını cavablayan Fransa prezidenti birbaşa Türkiyəni hədələyib. Soyqırımın bir həqiqət olduğunu deyən prezident Fransanın da bunu qanuni çəkildə tanıdığını söyləyib: “Türkiyə tarixinə yenidən baxmalı, yenidən nəzərdən keçirməlidir. Eynilə başqa ölkələr kimi. Almaniya, Fransa bunu etdi. Soyqırımın inkarı qəbulolunmazdır. Əgər Türkiyə bunu etməsə, o zaman daha da irəliyə getmək lazımdır”. Erməni diasporunun önəmli simalarından olan Aleksi Qovciyan sevincinin yerə-göyə sığmadığını və Sarkozinin onlara, “Əgər 2011-ci ilin sona qədər Türkiyə soyqırımı tanımazsa, məsələni yenidən parlamentə gətirəcəyik” sözünü verdiyini açıqlayıb.
7GUN.AZ
|