Vəkillərə qarşı repressiya davam edir

Şrift : |
Tarix :8-10-2011, 13:17
Bölmə : Siyasət
Kömək :    
Baxılıb : 509 dəfə
Like :
Like :

    Xalid Bağırov: “Fərhad Nəcəfovun Aslan İsmayılovun ofisini araşdırmağa getməsi şübhəlidir”

    Ölkədə vəkillərə qarşı siyasi sifariş əsasında həyata keçirilən repressiyalar davam etdirilir. Bu siyasi və sifarişli oyunun başında isə səlahiyyət müddəti bitməsinə baxmayaraq Vəkillər Kollegiyasının (VK) Rəyasət Heyyətinin sədri postunu az qala özəlləşdirmiş və legitim olmayan bir təşkilatın rəhbəri kimi tanınan Azər Tağıyev durur. Əslində, Azər Tağıyev hüququn və ədalətin qorunması naminə vəkilləri müdafiə etməlidir. Ancaq vəzifəsininin özəl statusunu uzatmaq məqsədi ilə sifarişlər və öhdəliklər götürən VK sədri eyni zamanda üç vəkili hədəfə alıb. Məhz onun götürdüyü öhdəlik nəticəsində öncə vəkil Xalid Bağırovun vəkillik müddəti bir il müddətində donduruldu, daha sonra Elçin Namazov kollegiyadan xaric olunaraq vəkillik statusu ləğv edildi. Vəkillərə qarşı siyasi sifariş əsasında repressiya aparatını işə salan Tağıyev vəkil Aslan İsmayılovu da diqqətdən kənarda saxlamadı. Hədəfə alınan vəkilin bir neçə gün bundan öncə ofisinin basqına məruz qalması bir daha göstərdi ki, Azər Tağıyev “qılıncını yerə qoymaq” istəmir və bu “Domokl qılıncı” hələ çox başlara endiriləcək.
    Bildiyimiz kimi, vəkil Aslan İsmayılov xəstəxanada yatdığı bir vaxtda Azər Tağıyevin müavini Fərhad Nəcəfov himayəsində olan dəstəsi ilə onun ofisinə basqın edib. Vəkilin köməkçilərindən müəyyən sənədlər tələb edilib. Vəkilin köməkçiləri F.Nəcəfova izah edib ki, tələb etdikləri sənədləri onlara yalnız Aslan İsmayılov verə bilər. Lakin Nəcəfov kobudluq etməklə sənədləri israrla tələb edib. Ancaq Aslan İsmayılovun zəngindən sonra Nəcəfov ofisi tərk edib.
    Ötən gün Azər Tağıyev mediaya açıqlama verərək bildirib ki, bu araşdırmalar vəkilin öz xahişi əsasında həyata keçirilib. Vəkil Aslan İsmayılov isə açıqlamasında VK sədrini yalan danışmaqda ittiham edib. Vəkil vurğulayıb ki, onun bu basqından heç bir xəbəri olmayıb.
    Vəkillər Kollegiyası tərəfindən hər hansı bir vəkilin ofisinin araşdırılmasının nə dərəcədə hüquqi əsası olub-olmamasını dəqiqləşdirmik üçün vəkil Xalid Bağırovla əlaqə saxladıq. O, 7GUN.AZ xəbər portalına açıqlama verərək bildirdi ki, ofis istənilən halda şəxsi mülkdür və bu araşdırma şəxsi əmlaka müdaxilə kimi dəyərləndirilməlidir:
    “Əvvəla Aslan İsmayılov barəsində araşdırmanı Vəkillər Kollegiyasının İntizam Komissiyası aparır. Ona görə də, Rəyasət Heyətinin sədr müavini Fərhad Nəcəfovun həmin komissiyanın üzvü olmadığı halda Aslan İsmayılovun ofisini araşdırmağa getməsi şübhəlidir. Rəyasət Heyətinin üzvünün yoxlamaya müdaxilə etməsi, araşdırmanın qərəzsizliyinə və obyektivliyinə şübhə yaradır. İkincisi ofis istənilən halda şəxsi mülkdür, ora daxil olma şəxsi əmlaka müdaxilə kimi qəbul edilməlidir. Əgər vəkilin fəaliyyəti ilə bağlı hər hansı araşdırma arparmaq istəyirlərsə, o zaman məktub yazıb hər hansı sənədləri tələb edə bilərlər. Digər tərəfdən İntizam komissiyası adından da göründüyü kimi yalnız vəkilin fəaliyyətinin intizam vəziyyətini yoxlaya bilər. O ki qaldı, vəkilin fəaliyyətini mahiyyət üzrə yoxlanılması, bu, qanunsuz və məntiqi baxımdan mənasızdır. Çünki hər bir vəkilin fəaliyyətinin özəlliyini vəkillə müştəri arasındakı vəkil sirri təşkil edir və həmin məsələləri araşdırma heç Vəkillər Kollegiyasının da səlahiyyəti çatmır”.

    Məsud Ağasoy


Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed
 

Axtarış...

DİQQƏT!

Xəbər lenti

23.05.2012 ~ BAKI DƏMİRYOL XƏSTƏXANASINDA RƏZALƏT

23.05.2012 ~ NEFTÇALA YAP-çıları ACLIQ AKSİYASINA BAŞLADI

23.05.2012 ~ Azəri qızı Günelə 9 ay həbs verildi ŞOK

22.05.2012 ~ İsa Qəmbər xarici telekanala müsahibə verdi – FOTOLAR

22.05.2012 ~ Səfər Əbiyevdən növbəti məğlubiyyət

22.05.2012 ~ Təhsil şöbəsində “yaz yığımı”

22.05.2012 ~ Zeynəb Xanlarovadan önəmli açıqlamalar

22.05.2012 ~ Keçmiş “first lady“nin eşq macəraları

22.05.2012 ~ Medvedyev yeni hökumətini açıqladı

22.05.2012 ~ Azərbaycana yeni beynəlxalq aviareys açılır

22.05.2012 ~ Bu gün külək və yağış gözlənilir

22.05.2012 ~ 30 yaşlı gənc qətlə yetirilib

22.05.2012 ~ Azərbaycan prezidenti Britaniya baş naziri ilə görüşüb

22.05.2012 ~ Dünyanın aparıcı KİV-ləri rəsmi Bakının "Eurovision"la bağlı səsləndirdiyi fikirlərə geniş yer ayırıb

22.05.2012 ~ Yeni futbol mövsümü avqustda başlaya bilər

22.05.2012 ~ “Camaat “Eurovision”a yox, mənə baxır, məni gözləyir”

21.05.2012 ~ Dinozavr skeleti hərracda fantastik məbləğə satıldı

21.05.2012 ~ Qardaş bacısını ərsiz qoydu

21.05.2012 ~ “Euro” və “Vision” dovşanları

20.05.2012 ~ Vicdan məhbusunu karserə saldılar

20.05.2012 ~ Günay Musayevanın oğlunun şəkli yayıldı

20.05.2012 ~ Kürdəmirdə ağır yol qəzası baş verib

20.05.2012 ~ Azərbaycanlı iş adamı Bodrumda otel tikəcək

20.05.2012 ~ Azərbaycan tələbə kartının təqdimatı olub

20.05.2012 ~ II Yelizaveta hakimiyyətə gəlməsinin 60 illiyini qeyd edir

20.05.2012 ~ 73 yaşlı nənə Everesti fəth etdi

20.05.2012 ~ “Dağılmış evlərin sökülməsi istiqamətində artıq işlər başlayıb”

20.05.2012 ~ Avropanın ən güclüsü “Çelsi” oldu

20.05.2012 ~ Prezident İlham Əliyev Abdullah Güllə görüşüb

20.05.2012 ~ Baş redaktor oxuculardan üzr istədi

19.05.2012 ~ Yunanıstandan “Neftçi”yə məktub gəldi

19.05.2012 ~ Əcnəbi jurnalistlərin məxməri girovluğu

19.05.2012 ~ İcra başçısı Razim Məmmədov insanlara zülm edir

19.05.2012 ~ Bakıda turistlər üçün kazinolar açılıb

19.05.2012 ~ Zaqataladan zəlzələ ilə bağlı açıqlama gəldi

Təqvim

«    May 2012    »
BeÇaÇəCaŞəBa
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31