 |
Şrift : |
|
 |
Tarix : | 10-10-2011, 13:19 |
Bölmə : |
Siyasət |
Kömək : |
|
Baxılıb :
| 285 dəfə |
Like : |
|
Like : |
|
|
Məlumatda 200-dən artıq adamın yaralandığı bildirilir
Misirin paytaxtı Qahirədə xristian koptlarla polislər arasında baş verən qarşıdurma nəticəsində 24 nəfər ölüb, 200-dən artıq adam yaralanıb. 7GUN.AZ “İTAR TASS” agentliyinə istinadən xəbər verir ki, minlərlə xristian kopt dövlət televiziyasının binası qarşısına yığışaraq Asuan əyalətindəki kilsəyə hücuma etiraz ediblər. Etirazçılar polisə daş və yandırıcı butulkalar atıblar. Bir neçə maşını yandırıblar. Asuan əyalətinin qubernatoru Mustafa əl-Səidin şəklini yandırıblar. Misirin rəsmi dairələri bunun yeni bir üsyan olduğunu vurğulayıblar. Qeyd edək ki, Qubernator Marinap kəndindəki kilsənin qanunsuz tikildiyini bildirib. Üsyançılar isə onun istefa verməsini, kilsənin bərpa olunmasını tələb ediblər. Xristian koptlar 80 milyon əhalisi olan Misirin 10 faizini təşkil edirlər.
7GUN.AZ
|