 |
Şrift : |
|
 |
Tarix : | 10-10-2011, 14:12 |
Bölmə : |
Siyasət |
Kömək : |
|
Baxılıb :
| 293 dəfə |
Like : |
|
Like : |
|
|
Polislə müxalifətçilər arasında qarşıdurma yaranıb
Bu gün Nəsimi rayon Məhkəməsində müxalifətçi gənclərə hökm oxunub. Hökmdən sonra polislərlə müzalifətçilər arasında qarşıdurma yaranıb. Məhkəmədə iştirak edən əməkdaşımızın 7GUN.AZ-a verdiyi məlumata görə, hakim Şahin Abdullayev rəhbərliyi ilə keçən iclasda Əhəd Məmmədlinin 3, Ülvi Quliyevin 3, Rüfət Hacıbəylinin 1 və Elnur Məcidlinin 2 il müddətinə azadlıqdan məhrum edilməsi barədə yekun hökm elan olunub. Hökmdən dərhal sonra məhkəmə binasının önündə müxalifətçilər məhbuslara azadlıq tələb edən şüarlar səsləndiriblər. Ərazidə olan polis əməkdaşları onları binanın önündən uzaqlaşdırmaq istəsələr də, kütlə onlara qarşı çıxıb. Buna görə də polislər onları dəyənəklə vurmağa başlayıblar. Müsavat fəallarından Rauf Məmmədli və atasının başına zərbələr endirilib. Digər fəallar – Səxavət Soltanlı, Ramil Baxış vəAXCP funksioneri Təzəxan Mirələmli həbs edilərək Nəsimi Rayon Polis İdarəsinə aparılıblar. AXCP Qadınlar Şurasının sədri Gözəl Bayramlı da həbs olunanlar arasında olub. Ancaq sonradan onu azad ediblər.
Rövşən Ziya
|