 |
Şrift : |
|
 |
Tarix : | 10-10-2011, 19:47 |
Bölmə : |
Siyasət |
Kömək : |
|
Baxılıb :
| 324 dəfə |
Like : |
|
Like : |
|
|
Nümayişçilər İdlib və Homs şəhərlərində üstünlüyü ələ alıblar
Bu gün Suriyada 30 adam ölüb. Məlumata görə, ölənlərin yarısı hərbçilər və təhlükəsizlik qüvvələrinin əməkdaşlarıdır. Qanlı qarşıdurmalar prezident Bəsər Əsəd tərəfdarları və əleyhdarları olan hərbçilər arasında olub. Nümayişçilər diktator Bəşər Əsədin atası Hafiz Əsədin də heykəlini uçurublar. 7GUN.AZ “svobodanews.ru”ya istinadən bildirir ki, Homs şəhərində hərbçilərin bir hissəsi diktatorun əleyhdarlarına qoşulub. Müxalifət nümayəndələrinin məlumatına görə, şəhərdə baş verənlər vətəndaş müharibəsini xatırladır. Hazırda tərəflər ağır silahlardan istifadə edirlər. Bildirilir ki, qarşıdurmalar İdlib əyalətində də baş verib. BMT-nin məlumatına görə, Əsəd əleyhinə mart ayından başlayan qarşıdurmalar nəticəsində 3 minə yaxın adam həlak olub. Az öncə isə Bəşər Əsəd xarici ölkələri, xüsusən də Türkiyəni Suriyanın daxili işlərinə qarışmaqda ittiham edib.
7GUN.AZ
|