Dağlıq Qarabağ münaqişəsinin həllində yeni elementlər

Şrift : |
Tarix :11-10-2011, 14:35
Bölmə : Siyasət
Kömək :    
Baxılıb : 553 dəfə
Like :
Like :

    Altı maddədən ibarət olan bu elementlər münaqişənin həllində yardımçı rolu oynaya bilər

    Həftəsonu Xorvatiyanın Dubrovnik şəhərində ATƏT Parlament Assambleyasının payız sessiyası çərçivəsində Dağlıq Qarabağ münaqişəsilə bağlı dinləmələr keçirilib. İclasda ATƏT-in Minsk Qrupunun həmsədrləri, ATƏT PA-nın Cənubi Qafqaz regionu üzrə yeni təyin edilmiş xüsusi nümayəndəsi və ATƏT sədrinin şəxsi nümayəndəsi iştirak ediblər.
    Əldə edilən məlumata görə, həmsədrlərdən Robert Bratke əldə edilmiş nəticələrlə və prosesin gedişi bağlı PA-nın üzvlərinə məlumat verərək bildirib ki, onlar münaqişənin həllini 3 prinsip əsasında görür: gücdən istifadə etməmək, dövlətlərin ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etmə hüququ.
    R.Bratke onu da vurğulayıb ki, onlar münaqişənin 6 element əsasında həllinə çalışırlar: 1) Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması; 2) Dağlıq Qarabağa keçid statusu verilməsi; 3) Ermənistanla Dağlıq Qarabağ arasında birbaşa əlaqənin təmin edilməsi; 4) Dağlıq Qarabağın hüquqi statusunun yekun həlli; 5) Köçkünlərin yurd-yuvalarına qayıtması; 6) Bölgədə beynəlxalq təhlükəsizlik və sülhməramlı əməliyyatların təmin edilməsi.
    Robert Bradtke sonda qeyd edib ki, tərəflərin bəzi prinsipləri qəbul etməməsi yekun sazişi əngəlləyir.
    Politoloq Nail Cəlil 7GÜN.AZ portalına açıqlamasında sadalanan elementlərin müzakirə predmeti kimi məqbul hesab etdiyini dedi. Onun fikrincə, əgər Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsi ilə birbaşa əlaqələrə malik olmaq hüququ əldə edirsə, onda rəsmi İrəvan da Mehri rayonu ərazisindən Naxçıvana birbaşa dəhliz verməlidir: “Bu da yeddinci element kimi qəbul olunmalıdır. Azərbaycan bu məsələdə, xüsusi olaraq, israrlı olmalıdır. Əks halda, bu şərtlər Ermənistan üçün daha əlverişli hesab oluna bilər. Burada diqqəti çəkən məqamlardan biri də Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması məsələsinin birinci, köçkünlərin öz yurdlarına qayıtmasının isə beşinci bənd kimi göstərilməsidir. Diqqət yetirsək, görərik ki, köçkünlərin öz torpaqlarına qayıtması Dağlıq Qarabağın hüquqi statusunun yekun həllindən sonraya saxlanılır. Doğrudur, xarici işlər naziri Elmar Məmmədyarov bunun Dağlıq Qarabağdan olan azərbaycanlı məcburi köçkünlərə aid olduğunu bildirir. Əgər belədirsə, bu, müvafiq elementlər sırasında açıq çəkildə öz əksini tapmalıdır. Əks halda, Ermənistanın növbəti spekulyasiyaları və diplomatik manevrləri üçün əlverişli zəmin yaranır”.

    Bu tip bəyənatların hansı amillərə hesablanaraq verilməsinə gəlincə, ekspert bildirdi ki, burada münaqişənin 3 əsas prinsip - güc tətbiq etməmək, ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etmək hüququ zəminində həllinin zəruri olmasını vurğulanması həm Azərbaycan, həm də Ermənistan üçün real kompromisli variant kimi dəyərləndirilə bilər: “İstənilən halda, Dağlıq Qarabağ ətrafındakı 7 rayonun boşaldılması və 1 milyona yaxın köçkünün bu ərazilərə qayıtması məsələsi Dağlıq Qarabağın hüquqi statusu məsələsindən öncə həll edilməlidir. Ümumilikdə, Azərbaycanın dövlət rəsmilərinin məsələyə -keçirilən dinləmələrə çevik reaksiyası və fəal münasibət bildirməsi təqdirəlayiqdir. Çalışmaq lazımdır ki, anlaşma - münaqişənin həlli şərtləri Azərbaycan üçün kifayət qədər əlverişli, qəbuledilən, məqbul olsun. Təbii ki, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında dialoqun yaranması vacibdir. Lakin bu, dialoq xətrinə dialoq olmamalıdır, münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağa geniş özünü-idarə hüququ verilməsi, hər iki icmanın Dağlıq Qarabağda təhlükəsiz və qarşılıqlı anlaşma şəraitində yaşaması ilə tamamlanmalıdır”.
    N.Cəlil onu da vurğuladı ki, bütün bunların fonunda AŞ PA-nın payız sessiyasında erməni deputatların "Dağlıq Qarabağın müstəqilliyinin" vurğulandığı bəyanatı yayması xoşagəlməzdir və Ermənistanın münaqişənin ədalətli şəkildə, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə hazır olmadığını göstərir: “Belə aydın olur ki, forpost Ermənistan hələ də münaqişənin həllində fəal, konstruktiv mövqe sərgiləmək niyyətindən uzaqdir. Əslində, Ermənistanın bu cəfəng təbliğatı müəyyən mənada danışıqlar prosesinə təsir göstərmək və problemin həllində rəsmi İrəvan üçün daha məqbul şərtləri təmin etmək niyyəti güdür. Ermənistanın Dağlıq Qarabağın statusu ilə bağlı danışıqlar apardığı, bu qondarma qurumu tanımağa cəsarət etmədiyi bir vaxtda, AŞ PA-da erməni deputatların belə bir bəyanat yayması həddən artıq qeyri-ciddi, qeyri-konstruktiv addım kimi görünür. Bu, heç də Ermənistanın xeyrinə deyil, onun işğalçı ölkə olduğunu bir daha təsdiqləyir”.

    Rövşən Ziya


Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed
 

Axtarış...

DİQQƏT!

Xəbər lenti

23.05.2012 ~ BAKI DƏMİRYOL XƏSTƏXANASINDA RƏZALƏT

23.05.2012 ~ NEFTÇALA YAP-çıları ACLIQ AKSİYASINA BAŞLADI

23.05.2012 ~ Azəri qızı Günelə 9 ay həbs verildi ŞOK

22.05.2012 ~ İsa Qəmbər xarici telekanala müsahibə verdi – FOTOLAR

22.05.2012 ~ Səfər Əbiyevdən növbəti məğlubiyyət

22.05.2012 ~ Təhsil şöbəsində “yaz yığımı”

22.05.2012 ~ Zeynəb Xanlarovadan önəmli açıqlamalar

22.05.2012 ~ Keçmiş “first lady“nin eşq macəraları

22.05.2012 ~ Medvedyev yeni hökumətini açıqladı

22.05.2012 ~ Azərbaycana yeni beynəlxalq aviareys açılır

22.05.2012 ~ Bu gün külək və yağış gözlənilir

22.05.2012 ~ 30 yaşlı gənc qətlə yetirilib

22.05.2012 ~ Azərbaycan prezidenti Britaniya baş naziri ilə görüşüb

22.05.2012 ~ Dünyanın aparıcı KİV-ləri rəsmi Bakının "Eurovision"la bağlı səsləndirdiyi fikirlərə geniş yer ayırıb

22.05.2012 ~ Yeni futbol mövsümü avqustda başlaya bilər

22.05.2012 ~ “Camaat “Eurovision”a yox, mənə baxır, məni gözləyir”

21.05.2012 ~ Dinozavr skeleti hərracda fantastik məbləğə satıldı

21.05.2012 ~ Qardaş bacısını ərsiz qoydu

21.05.2012 ~ “Euro” və “Vision” dovşanları

20.05.2012 ~ Vicdan məhbusunu karserə saldılar

20.05.2012 ~ Günay Musayevanın oğlunun şəkli yayıldı

20.05.2012 ~ Kürdəmirdə ağır yol qəzası baş verib

20.05.2012 ~ Azərbaycanlı iş adamı Bodrumda otel tikəcək

20.05.2012 ~ Azərbaycan tələbə kartının təqdimatı olub

20.05.2012 ~ II Yelizaveta hakimiyyətə gəlməsinin 60 illiyini qeyd edir

20.05.2012 ~ 73 yaşlı nənə Everesti fəth etdi

20.05.2012 ~ “Dağılmış evlərin sökülməsi istiqamətində artıq işlər başlayıb”

20.05.2012 ~ Avropanın ən güclüsü “Çelsi” oldu

20.05.2012 ~ Prezident İlham Əliyev Abdullah Güllə görüşüb

20.05.2012 ~ Baş redaktor oxuculardan üzr istədi

19.05.2012 ~ Yunanıstandan “Neftçi”yə məktub gəldi

19.05.2012 ~ Əcnəbi jurnalistlərin məxməri girovluğu

19.05.2012 ~ İcra başçısı Razim Məmmədov insanlara zülm edir

19.05.2012 ~ Bakıda turistlər üçün kazinolar açılıb

19.05.2012 ~ Zaqataladan zəlzələ ilə bağlı açıqlama gəldi

Təqvim

«    May 2012    »
BeÇaÇəCaŞəBa
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31