 |
Şrift : |
|
 |
Tarix : | 11-10-2011, 16:32 |
Bölmə : |
Siyasət |
Kömək : |
|
Baxılıb :
| 436 dəfə |
Like : |
|
Like : |
|
|
Vətəndaş və İnkişaf Partiyası (VİP) ilə Azərbaycan Liberal Partiyasının (ALP) birgə bəyanat veriblər
Hər iki partiya bildirir ki, Azərbaycan hakimiyyəti son addımları ilə ölkədə sərbəst siyasi fəaliyyətə imkan verilmədiyini bir daha bütün dünyaya nümayiş etdirib. Buna sübut kimi, Dünən Nəsimi rayon Məhkəməsinin 2 aprel aksiyasında həbs olunan gənclərə hökm çıxarmasını göstəriblər.
Bəyanatda qeyd olunur ki, bir neçə gün əvvəl müxalifət partiyalarının 4 fəalının azadlıqdan məhrum edilməsinin ardınca Nəsimi Rayon Məhkəməsi 2 aprel aksiyasının daha 4 gənc iştirakçısı - Elnur Məcidli, Əhəd Məmmədli, Ülvi Quliyev və Rüfət Hacıbəyli barəsində analoji hökm çıxarıb: “VİP-lə ALP haqqında danışılan məhkəmə qərarını ölkədə konstitusion hüquq və azadlıqların növbəti dəfə kobud şəkildə pozulması kimi qiymətləndirir. Biz hakimiyyəti ölkədə gərginlik yaradan addımlardan çəkinməyə, siyasi motivli həbslərə son qoymağa çağırır və müxalifət partiyalarının fəallarına yönəlik əsassız məhkəmə hökmlərinin ləğv olunmasını tələb edirik".
Rövşən
|