 |
Şrift : |
|
 |
Tarix : | 12-10-2011, 11:50 |
Bölmə : |
Siyasət |
Kömək : |
|
Baxılıb :
| 989 dəfə |
Like : |
|
Like : |
|
|
“Mən həqiqətən də özəl həyata dönmək istəyirəm”
ABŞ dövlət katibi Hillari Klinton 2012-ci ildə - ABŞ prezidenti Barak Obamanın prezidentliyi başa çatdıqdan sonra öz postunu tərk etmək niyyətindədir. Dövlət katibi “Assoşieyted Press”ə müsahibəsində bildirib ki, adi həyata qayıtmaq niyyətindədir. O, Barak Obamanın təkrarən prezident seçiləcəyinə əmin olsa da ürəyinin başqa yerdə olduğunu vurğulayıb. “Mən həqiqətən də özəl həyata dönmək istəyirəm”,- deyə o, bildirib. Qeyd edək ki, 63 yaşlı H.Klinton ABŞ-ın 42-ci prezidenti olmuş Bill Klintonun həyat yoldaşıdır. Hillari 2009-cu ilin yanvarından dövlət katibi işləyir.
7GUN.AZ
|