Prezident söz verdi

Şrift : |
Tarix :12-10-2011, 17:30
Bölmə : Siyasət
Kömək :    
Baxılıb : 2760 dəfə
Like :
Like :

    İlham Əliyev: "Yaxın vaxtlarda Azərbaycanın ərazi bütövlüyü təmin ediləcək"


    Bu gün sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan prezidenti İlham Əliyevin və Avstriya Respublikasının Federal prezidenti Haynts Fişerin mətbuat konfransı olub. Dövlət başçıları əvvəlcə bəyanatlarla çıxış edib.
    Avstriyanın dövlət başçısını ölkəmizdə görməkdən məmnun olduğunu vurğulayan prezident İlham Əliyev deyib ki, Azərbaycan tərəfi bu səfərə böyük əhəmiyyət verir, çünki bu, Avstriya Respublikasının Federal prezidentinin ölkəmizə ilk səfəridir.
    Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Avstriya dövlətinin başçısına məlumat verdiyini qeyd edən prezident İlham Əliyev deyib ki, BMT və digər beynəlxalq təşkilatların qətnamələrinə baxmayaraq, Ermənistan məsələnin həllində qeyri-konstruktivlik göstərməkdə davam edir. Dövlət başçısı ümidvar olduğunu bildirib ki, yaxın vaxtlarda münaqişə həllini tapacaq və Azərbaycanın ərazi bütövlüyü təmin ediləcək.
    Prezident İlham Əliyev vurğulayıb ki, ölkələrimiz arasında iqtisadi münasibətlər inkişaf edir və hazırda Azərbaycanda Avstriyanın 40 şirkəti fəaliyyət göstərir. Dövlət başçısı bu ilin əvvəlində Bakıda Azərbaycan ilə Avropa İttifaqı arasında “Cənub” qaz dəhlizi üzrə qəbul edilən bəyannamənin əhəmiyyətinə toxunaraq deyib ki, indi Azərbaycanın təsdiq edilən qaz ehtiyatları 2,6 trilyon kubmetrdir. Bu da həmin sahədə Avropa İttifaqı ilə əməkdaşlığa öz töhfəsini verəcək. Mədəniyyət sahəsində də əməkdaşlığı yüksək qiymətləndirən prezident İlham Əliyev bildirib ki, bu, xalqlar arasında münasibətlərə böyük töhfədir.
    Azərbaycana böyük heyətlə gəldiyini qeyd edən Avstriya Respublikasının Federal prezidenti Haynts Fişer bunun ölkəsinin Azərbaycan ilə münasibətlərə verdiyi böyük əhəmiyyətinin göstəricisi olduğunu vurğulayıb. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümü münasibətilə təbriklərini çatdıran Avstriya dövlətinin başçısı əmin olduğunu bildirib ki, Azərbaycana gələn hər bir kəs son illərdə burada əldə edilən uğurlardan məmnun olacaq.
    “Avstriya Azərbaycan ilə diplomatik münasibətlər yaradan ilk ölkələrdəndir” deyən Haynts Fişer ölkələrimizin enerji sahəsində əməkdaşlığına toxunub. Avstriya dövlətinin başçısı qeyd edib ki, Avropanın enerji təhlükəsizliyi etibarlı əllərdədir. Bu sahədə müxtəlif layihələrin həyata keçirilməsi gözəl bazadır və bugünkü danışıqlar bir daha onu göstərib ki, Azərbaycan bu sahədə münasibətlərə böyük töhfə verir.
    Ölkələrimizin bir çox sahələrdə iqtisadi əməkdaşlığının inkişaf etdiyini deyən Avstriya Respublikasının Federal prezidenti Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vacibliyini vurğulayıb. Sonda dövlət başçıları jurnalistlərin suallarını cavablandırıblar.

    7GUN.AZ


Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed
 

Axtarış...

DİQQƏT!

Xəbər lenti

23.05.2012 ~ BAKI DƏMİRYOL XƏSTƏXANASINDA RƏZALƏT

23.05.2012 ~ NEFTÇALA YAP-çıları ACLIQ AKSİYASINA BAŞLADI

23.05.2012 ~ Azəri qızı Günelə 9 ay həbs verildi ŞOK

22.05.2012 ~ İsa Qəmbər xarici telekanala müsahibə verdi – FOTOLAR

22.05.2012 ~ Səfər Əbiyevdən növbəti məğlubiyyət

22.05.2012 ~ Təhsil şöbəsində “yaz yığımı”

22.05.2012 ~ Zeynəb Xanlarovadan önəmli açıqlamalar

22.05.2012 ~ Keçmiş “first lady“nin eşq macəraları

22.05.2012 ~ Medvedyev yeni hökumətini açıqladı

22.05.2012 ~ Azərbaycana yeni beynəlxalq aviareys açılır

22.05.2012 ~ Bu gün külək və yağış gözlənilir

22.05.2012 ~ 30 yaşlı gənc qətlə yetirilib

22.05.2012 ~ Azərbaycan prezidenti Britaniya baş naziri ilə görüşüb

22.05.2012 ~ Dünyanın aparıcı KİV-ləri rəsmi Bakının "Eurovision"la bağlı səsləndirdiyi fikirlərə geniş yer ayırıb

22.05.2012 ~ Yeni futbol mövsümü avqustda başlaya bilər

22.05.2012 ~ “Camaat “Eurovision”a yox, mənə baxır, məni gözləyir”

21.05.2012 ~ Dinozavr skeleti hərracda fantastik məbləğə satıldı

21.05.2012 ~ Qardaş bacısını ərsiz qoydu

21.05.2012 ~ “Euro” və “Vision” dovşanları

20.05.2012 ~ Vicdan məhbusunu karserə saldılar

20.05.2012 ~ Günay Musayevanın oğlunun şəkli yayıldı

20.05.2012 ~ Kürdəmirdə ağır yol qəzası baş verib

20.05.2012 ~ Azərbaycanlı iş adamı Bodrumda otel tikəcək

20.05.2012 ~ Azərbaycan tələbə kartının təqdimatı olub

20.05.2012 ~ II Yelizaveta hakimiyyətə gəlməsinin 60 illiyini qeyd edir

20.05.2012 ~ 73 yaşlı nənə Everesti fəth etdi

20.05.2012 ~ “Dağılmış evlərin sökülməsi istiqamətində artıq işlər başlayıb”

20.05.2012 ~ Avropanın ən güclüsü “Çelsi” oldu

20.05.2012 ~ Prezident İlham Əliyev Abdullah Güllə görüşüb

20.05.2012 ~ Baş redaktor oxuculardan üzr istədi

19.05.2012 ~ Yunanıstandan “Neftçi”yə məktub gəldi

19.05.2012 ~ Əcnəbi jurnalistlərin məxməri girovluğu

19.05.2012 ~ İcra başçısı Razim Məmmədov insanlara zülm edir

19.05.2012 ~ Bakıda turistlər üçün kazinolar açılıb

19.05.2012 ~ Zaqataladan zəlzələ ilə bağlı açıqlama gəldi

Təqvim

«    May 2012    »
BeÇaÇəCaŞəBa
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31