 |
Şrift : |
|
 |
Tarix : | 14-10-2011, 12:50 |
Bölmə : |
Siyasət |
Kömək : |
|
Baxılıb :
| 470 dəfə |
Like : |
|
Like : |
|
|
Baharın maliyyə dəyəri 50 milyarda yaxındır
Geopolicity adlı beynəlxalq hüquq şirkəti Şimali Afrika və Yaxın Şərq ölkələrində baş verən inqilablarla bağlı hesabat hazırlayıb. Hesabatda “Ərəb baharı”nın baş verdiyi ölkələrə vurduğu maliyyə zərbəsinin 50 milyard dollar olduğu göstərilib. Ən böyük maliyyə itkisi Liviya, Misir və Suriyada olub. Bu ölkələr istehsal və daxili istisadiyyatda külli miqdarda maliyyə itkisi ilə üzləşiblər. Dəyən ziyanın məbləği dəqiq olmasa da, hər halda təşkilatın hazırladığı hesabatda ən böyük itkini məhz ciddi qarşıdurmalara səbəb olan ölkələr yaşayıblar. “Ərəb baharı” təkcə ölkələrə vurduğu ziyanla yadda qalmayıb. Bu bahardan faydalanan ölkələr də olub. İnqilabın baş vermədiyi və ya tez bir zamanda yatırldığı ölkələr “Ərəb Baharı”ndan qazanan ərəb ölkələrdir. Həmin ölkələr neftin bahalaşmasından istifadə edərək, külli miqdarda qazanc əldə ediblər Fevral ayından bu yana Liviyadan 700 min nəfərə yaxın insan qaçıb. Neft-qaz sektorunun ziyana uğraması da, ölkə iqtisadiyyatını çökdürdü. Amma buna baxmayaraq, Geopolicity ümumilikdə regionun baş verənlərdən çoxlu mənfəət qazandığını da qeyd edib. Təşkilat eyni zamanda Ərəb dünyasının 50-ci illlərdən bəri ən böyük gərginliyi yaşadığını və beynəlxalq yardımın gözləntilərinin altında qaldığını bildirib.
7GUN.AZ
|