 |
Şrift : |
|
 |
Tarix : | 14-10-2011, 15:23 |
Bölmə : |
Siyasət |
Kömək : |
|
Baxılıb :
| 2316 dəfə |
Like : |
|
Like : |
|
|
Ölkədə fəaliyyətlərinin ciddi araşdırılmağa ehtiyacı olan nazir müavinləri var
Ölkədaxili məmur qruplaşmalarının varlığı və lazım gəldiyi zaman onların bir-birlərinə qarşı çıxması faktları barədə mətbuatda dəfələrlə yazılıb. Bu günlərdə isə «Bizimxeber.com»a daha maraqlı bir məlumat daxil olub. Əldə etdiyimiz məlumata görə, sən demə ölkənin bir neçə güc nazirliklərində ayrı-ayrı qruplaşma fəaliyyət göstərir. Məlumatda qeyd olunur ki, nazir müavinlərinin və daima nazirin yanında olan mətbuat xidməti rəhbərlərinin də qruplaşması və öz «iş» prinsipləri var. Daha doğrusu bəzi nazirlərin müavinləri və mətbuat xidmətlərinin rəhbərlərinin nazirdən xəbərsiz tamam başqa kanallarla əlaqələrdə bulunması və hətta müəyyən kompromat məlumatlar hazırlayaraq müxalifət mətbuatına və daha kənara ötürdyü ehtimal olunur. Nəticədə isə nazirin və nazirliyin fəaliyyətinə çətinlik yaradır, təmsil etdiyi qrupun və qüvvənin Azərbaycanda istəyini reallaşdırmağa çalışırlar. Məlumatda həmçinin qeyd olunur ki, bəzi nazir müavinlərinin və nazirlərə daha yaxın olan mətbuat xidməti rəhbərlərinin bu əməlləri barədə nazirlər xəbərdardır və onlara qarşı müəyyən tədbirlər görülməsi planlaşdırılır. Ehtmal ki, yaxın zamanlarda bir neçə nazirlikdə müavinlərin dəyişdirilməsi prosessi davam etdiriləcək. Qeyd edək ki, «Bizimxeber.com»a daxil olan məlumatda həmin şəxslərin adları göstərilsə də, sayt araşdırılma aparılmadan bu şəxslərin adlarını qeyd etməyi lazım bilməyib. Lakin yaxın zamanlarda bu mövzu ətrafında araşdırma apararaq geniş məlumat dərc ediləcək. (bizimxeber.com)
7GUN.AZ
|