“... Bunun yalnız bir adı var – tarixin ironiyası”

Şrift : |
Tarix :15-10-2011, 14:38
Bölmə : Siyasət
Kömək :    
Baxılıb : 395 dəfə
Like :
Like :

    İbrahim İbrahimli: “Dünyanın hər yerində bu tipli qurucu deputatlar həmin ölkələrin simvolları sayılır. Onların xüsusi imtiyazları var. Həmin adamlara xüsusi münasibət olur. Bu da həmin ölkədə qurucu deputatlara münasibəti ortaya çıxarır”


    Azərbaycanın müstəqilliyini əldə etməsinin 20-ci ildönümü yaxınlaşdıqca hakimiyyətin müstəqilliyin qazanılmasında xidmətləri olan insanlara mənfi münasibəti ortaya çıxır. Hakimiyyət təmsilçiləri, vaxtilə müstəqilliyin əleyhinə çıxan şəxslər istiqlalçı-deputatların, hətta 18 oktyabr müstəqillik gününü keçirməsinə belə, imkan vermir.
    Hakim Yeni Azərbaycan Partiyasının siyasi şurasının üzvü, deputat Aydın Mirzəzadə “Bizim yol” qəzetinə müsahibəsində deyib ki, müstəqillik haqqında Konstitusiya Aktının qəbul edilməsinə nail olan insanlara qayğı fərdi həll ediləcək məsələdir. YAP-çı deputatın sözlərinə görə, qalibiyyəti, müstəqilliyi bir qrup xidməti olan insanla bağlamaq düzgün deyil. Həmin dövrdə səs verdiklərinə görə bunlara müstəsna güzəştlərin edilməsi sovet dövrünə xas olan xüsusiyyətdir.
    A.Mirzəzadənin bu fikirləri cavabsız qalmayıb. Istiqlalçı-deputatlardan olan tanınmış siyasətçi Ibrahim Ibrahimli YAP-çı deputatın yenə öz ampluasında çıxış etdiyini deyir: “Onun bu səpkili, arqumentsiz və məntiqsiz çıxışlarını çox eşitmişik. Sadəcə, mən bu tip adamların yerinə acıyıram. Bu tip çıxışlarla haqlıların deyil, haqsızların yanında olmaqla özlərini çox pis duruma salırlar”.
    I.Ibrahimli dünyanın bütün ölkələrində istiqlalçı deputatların qurucu deputat kimi qəbul olunduqlarını deyir. Tarixdə də onların önəmli yeri olur.
    I.Ibrahimli istiqlalçı deputat kimi Azərbaycan respublikasının qurulmasında iştirak etdiyinə görə özünü xoşbəxt hiss etdiyini deyir. O, Müstəqillik Aktına səs verən insanların uzun müddət istiqlal uğrunda mübarizə apardıqlarını, təhlükələrlə üz-üzə qaldıqlarını, həyatlarını risk qarşısında qoyduqlarını qeyd etdi: “Dünyanın hər yerində bu tipli qurucu deputatlar həmin ölkələrin simvolları sayılır. Onların xüsusi imtiyazları var. Həmin adamlara xüsusi münasibət olur. Bu da həmin ölkədə qurucu deputatlara münasibəti ortaya çıxarır”.
    I.Ibrahimlinin sözlərinə görə, Aydın Mirzəzadənin və hakimiyyətdə təmsil olunan digərlərinin belə danışmasının psixoloji səbəbi var. Bu, natamamlıq kompleksindən irəli gəlir: “Bunlar Milli Azadlıq Hərəkatında iştirak etməyiblər. Ona görə də o hərəkatda iştirak edənlərə qarşı dayanıblar. Hakimiyyətdə təmsil olunanların böyük əksəriyyəti bu istiqlala qarşı olduqlarına haqq qazandırmaq üçün dəridən-qabıqdan çıxırlar. Amma heç nəyə də nail ola bilmirlər və belə gülünc vəziyyətə düşürlər. Onlar vaxtilə Azərbaycanın bu gün simvoluna çevrilən bayrağına, rəmzlərinə yuxarıdan aşağı baxıblar”.
    I.Ibrahimli haqsız mövqedə olanların haqlı olanların üstünə hücuma keçməsini tarixin ironiyası kimi qiymətləndirir: “Ölkənin müstəqilliyi uğrunda mübarizə aparıb cəfa çəkənlər bu gün səfa çəkənlər tərəfindən təhqirlərə, tənqidlərə məruz qalırlar. Bunun yalnız bir adı var - tarixin ironiyası”.
    azadlıq.info


Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed
 

Axtarış...

DİQQƏT!

Xəbər lenti

23.05.2012 ~ BAKI DƏMİRYOL XƏSTƏXANASINDA RƏZALƏT

23.05.2012 ~ NEFTÇALA YAP-çıları ACLIQ AKSİYASINA BAŞLADI

23.05.2012 ~ Azəri qızı Günelə 9 ay həbs verildi ŞOK

22.05.2012 ~ İsa Qəmbər xarici telekanala müsahibə verdi – FOTOLAR

22.05.2012 ~ Səfər Əbiyevdən növbəti məğlubiyyət

22.05.2012 ~ Təhsil şöbəsində “yaz yığımı”

22.05.2012 ~ Zeynəb Xanlarovadan önəmli açıqlamalar

22.05.2012 ~ Keçmiş “first lady“nin eşq macəraları

22.05.2012 ~ Medvedyev yeni hökumətini açıqladı

22.05.2012 ~ Azərbaycana yeni beynəlxalq aviareys açılır

22.05.2012 ~ Bu gün külək və yağış gözlənilir

22.05.2012 ~ 30 yaşlı gənc qətlə yetirilib

22.05.2012 ~ Azərbaycan prezidenti Britaniya baş naziri ilə görüşüb

22.05.2012 ~ Dünyanın aparıcı KİV-ləri rəsmi Bakının "Eurovision"la bağlı səsləndirdiyi fikirlərə geniş yer ayırıb

22.05.2012 ~ Yeni futbol mövsümü avqustda başlaya bilər

22.05.2012 ~ “Camaat “Eurovision”a yox, mənə baxır, məni gözləyir”

21.05.2012 ~ Dinozavr skeleti hərracda fantastik məbləğə satıldı

21.05.2012 ~ Qardaş bacısını ərsiz qoydu

21.05.2012 ~ “Euro” və “Vision” dovşanları

20.05.2012 ~ Vicdan məhbusunu karserə saldılar

20.05.2012 ~ Günay Musayevanın oğlunun şəkli yayıldı

20.05.2012 ~ Kürdəmirdə ağır yol qəzası baş verib

20.05.2012 ~ Azərbaycanlı iş adamı Bodrumda otel tikəcək

20.05.2012 ~ Azərbaycan tələbə kartının təqdimatı olub

20.05.2012 ~ II Yelizaveta hakimiyyətə gəlməsinin 60 illiyini qeyd edir

20.05.2012 ~ 73 yaşlı nənə Everesti fəth etdi

20.05.2012 ~ “Dağılmış evlərin sökülməsi istiqamətində artıq işlər başlayıb”

20.05.2012 ~ Avropanın ən güclüsü “Çelsi” oldu

20.05.2012 ~ Prezident İlham Əliyev Abdullah Güllə görüşüb

20.05.2012 ~ Baş redaktor oxuculardan üzr istədi

19.05.2012 ~ Yunanıstandan “Neftçi”yə məktub gəldi

19.05.2012 ~ Əcnəbi jurnalistlərin məxməri girovluğu

19.05.2012 ~ İcra başçısı Razim Məmmədov insanlara zülm edir

19.05.2012 ~ Bakıda turistlər üçün kazinolar açılıb

19.05.2012 ~ Zaqataladan zəlzələ ilə bağlı açıqlama gəldi

Təqvim

«    May 2012    »
BeÇaÇəCaŞəBa
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31