 |
Şrift : |
|
 |
Tarix : | 16-10-2011, 20:20 |
Bölmə : |
Siyasət |
Kömək : |
|
Baxılıb :
| 1001 dəfə |
Like : |
|
Like : |
|
|
Vaşinqton bölgəyə münaqişələrın həlli üzrə aparıcı mütəxəssislərdən birini göndərir
Bu gün Birləşmiş Ştatların dövlət katibinin müavini Uilyam Börnsun Cənubi Qafqaza səfəri başlayır. Azərbaycan, Gürcüstan və Ermənistanı əhatə edəcək səfər oktyabrın 16-dan 20-dək davam edəcək. Uilyam Börnsun hər 3 ölkədə hökumət və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşəcəyi gözlənilir. Dövlət Departamentinin yaydığı məlumatda onun regional sülh və təhlükəsizlik, iqtisadi inkişaf və demokratik islahatlar məsələlərini müzakirə edəcəyi bildirilir. Azərbaycanlı siyasi şərhçilər isə Uilyam Börnsun Azərbaycanda daha çox regional təhlükəsizlik məsələlərini gündəmə gətirəcəyini düşünürlər. Bunun isə bir neçə səbəbi var. Onların arasında enerji layihələri önəmli yer tutur. Siyasi şərhçi Elxan Şahinoğlunun sözlərinə görə, Amerika Azərbaycanın enerji resurslarının Avropaya çatdırılmasında maraqlı olduğu üçün Börnsun Azərbaycana səfəri zamanı enerji layilər əsas müzakirə predmeti olacaq: “Bu günlərdə “Nabukko”, Transxəzər layihəsi yenidən gündəmə gəldi. İranın, Rusiyanın Azərbaycana təzyiqləri var. Amerika isə Azərbaycanın enerji resurslarının Avropaya nəqlində maraqlıdır. Ona görə də mən düşünürəm ki, Uilyam Börnsun Bakıya səfəri zamanı bunlar müzakirə olacaq”. Elxan Şahinoğlu həmçinin hesab edir ki, Börnsun səfəri zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi də gündəmə gələcək. Onun sözlərinə görə, tərəflərin bir neçə görüşünü təşkil edən Rusiyanın vasitəçiliyinin nəticəsiz qaldığı bir şəraitdə Börnsün səfərindən daha çox şeylər gözlənilir. “ABŞ-ın fəallaşması zəruridir. Barak Obama seçiləndən sonra Qarabağ münaqişəsinin həllində maraq olmayıb. Düşünürəm ki, bu siyasət dəyişməlidir. Ola bilsin ki, Qarabağ münaqişəsinin həllində Amerika fəallaşacaq. Hətta mümkündür ki, gələcəkdə prezidentlərin görüşü Amerikada təşkil olunsun”. Qeyd edək ki, xarici siyasət sahəsində 30 illik təcrübəyə malik Uilyam Börns münaqişələrın həlli və sülhyaratma üzrə aparıcı amerikalı mütəxəssislərdən biri hesab olunur. O, bu istiqamətdə diplomatik səylərinə görə bir sıra mükafatlar alıb. Börns 2005-2008-ci illərdə Amerikanın Rusiyadakı səfiri olub. (anspress)
7GUN.AZ
|