 |
Şrift : |
|
 |
Tarix : | 17-10-2011, 12:17 |
Bölmə : |
Siyasət |
Kömək : |
|
Baxılıb :
| 916 dəfə |
Like : |
|
Like : |
|
|
“Putinsiz Moskvada heç bir siyasi karyera əldə edə bilməzdim”
Rusiya prezidenti bir hüquqşünas olaraq idarəetmə sisteminin yaxşı anladığını düşünməkdə səhv etdiyini deyib. Dövlətin idarə edilməsinin kompromat, bəzən də çox qorxunc olduğunu söyləyən prezident hökumət sisteminin həqiqi dəyişikliyə ehtiyacı olduğunu bildirib. Medvedyev siyasətdən ayrılmamaq qərarını qabiliyyətlərindən hələ də yetərincə istifadə etmədiyinə görə verdiyini də qeyd edib. Moskvada tərəfdarları ilə görüşən prezident keçmişdə qarşılaşdığı çətinlikləri və gələcək hədəfləri haqda danışıb. Sabit və səbrli şəkildə dəyişikliyin aparılmasının vacib olduğunu söyləyən Medvedyev, “Burada daha böyük, ya da genişləndirilmiş hökumət strukturunu düşünməliyik. Bu hökumətdə Vahid Rusiyadan başqa ictimai təşkilatlar, ekspertlər təmsil olunmalıdır” deyib. Medvedev Vahid Rusiya Partiyasının dekabrda keçiriləcək seçkilərdə qələbə qazanacağı təqdirdə yeni simalardan ibarət hökumət quracaqlarını, hətta yeni hökumətdə onlara səs verməyənlərin belə yer veriləcəyini bildirib. Baş nazir Putinlə olan münasibətlərinə də toxunan prezident onun rəqib deyil, bir dost olduqlarını vurğulayıb: “Bilmirəm, çox az insan buna inanır. Biz 20 ildir gündəlik həyatımızda bir rəqib deyil yaxın dostuq. Əks təqdirdə mən Moskvada heç bir siyasi karyera əldə edə bilməzdim” Hazırki şərtləri diqqətə almanın vacibliyini vurğulayan Medvedev Putinin reytinqinin ondan çox olduğunu təsdiq edib.
7GUN.AZ
|