 |
Şrift : |
|
 |
Tarix : | 17-10-2011, 16:58 |
Bölmə : |
Siyasət |
Kömək : |
|
Baxılıb :
| 406 dəfə |
Like : |
|
Like : |
|
|
“Fransada Nikola Sarkozinin məqsədsiz siyasətinə dözə bilməyənlər çoxdur”
Fransa müxalifətində təmsil olunan Sosialist Partiyası gələn il keçiriləcək prezident seçkilərində iştirak edəcək. Partiya Nikola Sarkozinin qarşısına Fransua Holland ilə çıxmağa qərar verib. 7GUN.AZ xəbər portalı “UPİ”yə istinadən bildirir ki, partiya daxilində aparılan ön seçimlərdə Hollandın rəqibi Martin Oubri dünən ikinci turdan sonra mübarizədən çəkilib. Hazırkı vəziyyətdə alternativsiz namizəd kimi tanınan Holland mətbuata verdiyi açıqlamada deyib ki, Fransada Nikola Sarkozinin məqsədsiz siyasətinə dözə bilməyənlər çoxdur və o, məhz bu insanların tələblərin naminə seçkiyə qatılmaq qərarı verib: “Mən bu insanların istəkləri və tələblərinə cavab vermək üçün mübarizə aparacağam”. Qeyd edək ki, ölkədə aparılan ictimai rəy sorğular da gələnilki seçkilərdə uğurlu sima kimi Hollandı göstərir. Rəqibinin müəyyənləşməsinə baxmayaraq, Sarkozi namizədliyini hələ ki, irəli sürməyib.
7GUN.AZ
|