 |
Şrift : |
|
 |
Tarix : | 19-10-2011, 12:44 |
Bölmə : |
Siyasət |
Kömək : |
|
Baxılıb :
| 1540 dəfə |
Like : |
|
Like : |
|
|
Terrorçular eyni anda həm polis, həm də hərbi hissəyə hücum ediblər
Türkiyədə PKK terror qruplaşması fəallaşıb. Türkiyə mətbuatının verdiyi məlumata görə, PKK Hakkarinin Çukurca bölgəsindəki hərbi hissəyə hücum edib. Terrorçularla hərbçilər arasında atışma baş verib. Hərbçilərin olduğu binaların uzun məsafəli silahlardan atəşə tutması nəticəsində ilkin məlumata görə, 24 nəfər şəhid olub, daha 8 əsgər yaralanıb. Atışma 30 dəqiqəyə yaxın davam edib. Hakkaridə bütün polislərə zirehli jilet geyinmək, tam təhcizatlı hazırlıq və ehtiyatlı olmaq barədə xəbərdarlıq edilib. Hakkari valisi Muammer Türker eyni anda həm polis, həm də hərbi hissəyə hücum edildiyini bildirib. Bu arada Türkiyə prezidenti Abdullah Gül Hakkari bölgəsində PKK hücumu nəticəsində 24 əsgərin şəhid olması, 18-nin isə yaralanması barədə açıqlama verib. Gül bu hücumun intiqamının çox böyük olacağını deyib: "Bizə bu dərdi çəkdirənlərə misli ilə çəkdirəcəyik. Bu hücumun intiqamı da çox böyük olacaq". Dövlət başçısı terrora qarşı güzəşt etməyəcəklərini deyib.
7GUN.AZ
|