 |
Şrift : |
|
 |
Tarix : | 19-10-2011, 16:11 |
Bölmə : |
Siyasət |
Kömək : |
|
Baxılıb :
| 628 dəfə |
Like : |
|
Like : |
|
|
Azərbaycan Qərb üçün təkcə Əfqanıstan və İraq məsələsində strateji əhəmiyyət daşımır
NATO Azərbaycan münasibətləri 1992-ci ildə Azərbaycanın Şimali Atlantik Əməkdaşlıq Şurasına (sonradan 1997-ci ildə adı Avro-atlantik Tərəfdaşlıq Şurasına dəyişilmişdir) qoşulmasından sonra başlayıb. Həmin əməkdaşlıq əlaqələri Azərbaycanın 1994-cü ildə Sülh Naminə Tərəfdaşlıq proqramına qoşulmasından və 1997-ci ildə SNT Planlaşdırılma və Analiz Prosesində iştirakından sonra daha böyük vüsətlə inkişaf etməyə başlamışdır. 2005-ci ildə NATO ilə Azərbaycanın ilk FTƏP-in hazırlanmasından sonra Azərbaycanda aparılan yerli islahatlar prosesinə verilən dəstək daha da gücləndirilib. Azərbaycanın NATO-ya ehtiyacı varmı? Bu gün ölkəmiz Ermənistanla müharibə şəraitində yaşayır. Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın bütün diqqətini problemin həll edilməsinə yönəldib. Düzdür münaqişənin sülh yolu ilə həllinə üstünlük verilsə də, hərb yolu hər zaman qaçılmazdır. Bunu prezident İlham Əliyev dəfələrlə öz çıxışında da vurğulayıb. Belə olan təqdirdə, Azərbaycanın güclü bir tərəfdaşa ehtiyacının olması mütləqdir. Həmçinin, Ermənistanın bir forpost kimi Rusiyanın yanında yer alması rəsmi Bakını güclü müttəfiq axtarmağa məcbur edir. Bu gün Azərbaycanın NATO ilə münasibətləri normaldır. Rəsmi Bakı Alyansın terrora qarşı mübarizəsində onunla birgə hərəkət edir. Əfqanıstan, İraq, Kosovo da sülhməramlıların iştirakı NATO rəsmiləri tərəfindən təqdir olunub. Hətta Şimal İttifaqının rəsmiləri də Azərbaycanla münasibətlərin daha da inkişaf etdirilməsinin tərəfdarı olduqlarını dəfələrlə bəyan ediblər. Misal üçün bu ilin iyulunda NATO baş katibinin müavini Gabor İklodi Bakıya səfəri zamanı verdiyi açıqlamasında Azərbaycanın NATO-nun etibarlı tərədaşı və bu əlaqələrin gələcəkdə genişləndirilməsində maraqlı olduqlarını bayan etmişdi. Göründüyü kimi, NATO rəsmi Bakı ilə münasibətlərinin normallaşmasında maraqlı olduğu qədər, öz təsir dairəsini də Cənubi Qafqazda yaymaq niyyətindədir. Artıq Gürcüstanla bu münasibətlər bir müttəfiqliyə çevrilib. İttifaq rəsmilərinin zaman-zaman verdikləri bəyanatlarda da Gürcüstanın təhlükəsizliyini öz təhlükəsizliyi kimi qəbul etdiklərini bildiriblər. Ermənistana gəlincə, bu ölkə yuxarıda qeyd olunduğu kimi rəsmən Rusiyanın forpostudur. Baxmayaraq ki, NATO-nun hərbi təlimlərində, terrorizmə qarşı mübarizəsində iştirak edir. Bütün bunlar İrəvan üçün sadəcə görüntü xarakteri daşıyır. Ən başlıcası onun Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olması bütün bu deyilənləri bir daha təsdiqləyir. Bunu Alyans rəsmiləri də yaxşı anlayır. Azərbaycan isə NATO üçün mühüm strateji əhəmiyyət kəsb edən bir dövlətə çevrilib. Yeritdiyi müstəqil xarici siyasət böyük güclərin ona bir forpost kimi deyil, müttəfiq kimi yanaşmağa məcbur edir. Üstəgəl, NATO üzvü olan Türkiyə ilə müttəfiqlik də Azərbaycanın bu ittifaqla münasibətlərinə təsir göstərir. Bundan başqa, Türkiyənin Cənubi Qafqaz bölgəsində hadisələrə təsir imkanlarını artırmaq, geosiyasi mövqelərini gücləndirmək niyyətlərini nəzərə alsaq, rəsmi Ankara yürütdüyü siyasətdə mütləq Azərbaycanın maraqlarını nəzərə almaq niyyətindədir. İşğal olunmuş ərazilərin geri qaytarılması istiqamətində NATO-nun Azərbaycana dəstəyi olduqca mühümdür. Amma tərəflər arasındakı normal münasibətlərə baxmayaraq, NATO da münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olduğunu dəfələrələ deyib. Düzdür, sabah Azərbaycanın hərbi yola baş vuracağı təqdirdə NATO-nun hansı mövqedə olacağı bəlli deyil. Amma bir məsələ də var ki, Azərbaycan Qərb üçün təkcə Əfqanıstan və İraq məsələsində strateji əhəmiyyət daşımır, həm də onun enerji təhlükəsizliyində mühüm əhəmiyyət kəsb edir. Sözsüz ki, hazırda Rusiyanın enerji asılılğından qurtulmaq yolarını axtaran Qərb Azərbaycanı istər diplomatik, istərsə də hərbi sahədə dəstəkləməyə məcburdur.
Ramin ƏLİYEV
|