 |
Şrift : |
|
 |
Tarix : | 20-10-2011, 13:58 |
Bölmə : |
Siyasət |
Kömək : |
|
Baxılıb :
| 1248 dəfə |
Like : |
|
Like : |
|
|
«İctimai Palatada təmsil olunun, inteqrasiyası üçün ən yaxşı model İctimai Palatadır»
“Müxalifət partiyalarının toplaşdığı yeni təşkilatın yaradılmasına ehtiyac duymuruq. Bütün müxalifət nümayəndələrini Ictimai Palataya dəvət edirik”. Bunu APA-ya AXCP sədri Əli Kərimli deyib. Ə.Kərimli bildirib ki, AXCP bir ilə yaxındır, əsasən Ictimai Palata daxilində fəaliyyət göstərir: “Bu qurum vətəndaş hərəkatıdır və hər bir şəxs ora fərdi şəkildə qəbul olunur”. IP-də AXCP-nin Müsavat Partiyasının və daha 8 partiyanın nümayəndələrinin təmsil olunduğunu diqqətə çatdıran AXCP sədrinin fikrincə, hazırkı mərhələdə müxalifət düşərgəsinin birgə müzakirələr aparması üçün adıçəkilən qurum ən yaxşı formatdır:"Biz ilk növbədə Ictimai Palatanın aprel ayından başladığı mübarizə nəticəsində tutulanların müdafiəsi ilə məşğul oluruq. Digər tərəfdən, Ictimai Palata ötən müddətdə xeyli strukturlaşıb, komissiyalarını formalaşdırıb, regionların yarıdan çoxunda artıq təşkilatlanıb. Bu fəaliyyət minlərlə insanı əhatə edir və beynəlxalq təşkilatlar tərəfindən tanınır. Azərbaycanda beynəlxalq korpusu təmsil edən 20-yə qədər diplomat iki dəfə Ictimai Palata rəhbərliyi ilə görüşlər keçirib. Beynəlxalq sənədlərdə də Ictimai Palatanın adı keçir”. Ə.Kərimli IP-in hazır və artıq qurulmuş bir təşkilat olduğunu da söyləyərək, IP-dən kənarda qalan partiyalara ismarış da göndərib: “Biz digər dostlarımızı da dəvət etmişik ki, Ictimai Palata təmsil olunsunlar. Mövqeyimiz aydındır və müxalifətdaxili inteqrasiya tərəfdarıyıq. Inteqrasiya üçün ən yaxşı model kimi isə Ictimai Palatanı görürük”. Qeyd edək ki, ADP sədri Sərdar Cəlaloğlu bildirib ki, Ictimai Palatada ictimai təşkilatlar və Yeni Azərbaycan Partiyasının üzvləri təmsil olunduğuna görə, bu təşkilatı müxalifətin güc mərkəzi kimi təqdim etmək olmaz: “Müsavat Partiyası və AXCP birgə müzakirələrdən bəhanələrlə yayınır”.
azadliq.info
|