Obama: “Liviya xalqının uzun və ağır dövrü bitdi”
ABŞ prezidenti Barak Obama, Müəmmar Qəzzafinin ölümü ilə bağlı deyib ki, Liviya xalqının “uzun və acı dövrü sona çatıb”. Qəzzafi rejiminin sona çatdığını qeyd edən Obama bildirib ki, bu, Liviya tarixinin çox mühüm günüdür. “Tiranlığın qara kölgəsi Liviya üzərindən qalxdı”, - deyə o bildirib.
Obama əlavə edib ki, indi Liviyanın qarşısında ”uzun və fırtınalı demokratiya yolu” durur. ABŞ prezidenti bu yolda Liviya rəsmilərinə kömək edəcəklərinə söz verib. O, liviyalılara müraciət edərək, ölkədə təhlükəsizliyin təmin olunmasının və insan haqlarına sayğı göstərilməsinin vacibliyini bildirib.