 |
Şrift : |
|
 |
Tarix : | 24-10-2011, 12:45 |
Bölmə : |
Siyasət |
Kömək : |
|
Baxılıb :
| 3878 dəfə |
Like : |
|
Like : |
|
|
Türkiyədə Azərbaycan Milli Məclisinin çox nüfuzlu deputatlarından birinə qarşı cinayət işi açılıb
Azərbaycan Milli Məclisinin çox nüfuzlu deputatlarından birinə qarşı Türkiyədə cinayət işi açılıb. Və həmin cinayət işindən millət vəkilimizin adı rəsmi Bakının müdaxiləsinin ardından dərhal çıxarılıb. Mənbə bildirir ki, bu ilin avqust ayında Türkiyənin məşhur istirahət yerlərindən olan Bodrumdakı otellərin birində qardaş ölkənin hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən ənənəvi reyd keçirilib və reyd nəticəsində Rusiyadan, Ukraynadan, Çindən və Braziliyadan olan 26 qadın fahişəliyə görə saxlanılıb. Xatırladaq ki, bununla bağlı o ərəfədə Türkiyə mətbuatında da dolğun məlumatlar yer aldı və bildirildi ki, fahişələrlə bağlı qalmaqala görə, otelin sahibinə qarşı da cinayət işi açılıb. Lakin maraqlı olanı odur ki, sözügedən cinayət işində bir neçə tanınmış simanın adı da keçir. Mötəbər mənbənin bildirdiyinə görə, həmin tanınmışların adları fahişələrin xidmətlərindən yararlanan müştərilər qismində cinayət matriallarına əlavə edilib. Və onların arasında Azərbaycan Milli Məclisinin deputatlarından biri də var. Bu məsələ ilə bağlı digər mənbələrimiz də təsdiqləyici məlumatlar verdilər. Belə ki, mənbəmiz həmin deputata hətta jurnalistlər tərəfindən bir neçə dəfə zəng də olunduğunu bildirdi və məlumatın dəqiqliyi araşdırılıb. Deputat hədə metodundan istifadə edərək Siz məni deyəsən, yaxşı tanımırsınız, yaya bilirsinizsə yayın sözlərini işlədib.
QAZETA.AİM
|