 |
Şrift : |
|
 |
Tarix : | 26-10-2011, 12:25 |
Bölmə : |
Siyasət |
Kömək : |
|
Baxılıb :
| 966 dəfə |
Like : |
|
Like : |
|
|
Bu ölkənin Xarici İşlər Nazirliyi BAET-ni reaktorla bağlı məlumatın İrana sızdırılmasına görə ciddi tənqid edib
İranın nüvə proqramı ilə bağlı yeni planlar hazırlaması beynəlxalq aləmdə böyük narahatçılıqla qarşılanmağa başlayıb. Bəllidir ki, Tehran bu proqramdan yeni nüvə reaktorları hazırlamaq üçün istifadə etməyə çalışsa da, Beynəlxalq Atom Enerjisi Təşkilatı bir neçə dəfə bu ölkəyə xəbərdarlıq edib.
Rusiya da bundan narahat olaraq BMT-yə İranın nüvə proqramı ilə bağlı növbəti dəfə xəbərdarlıq etdi. Kreml hökuməti belə iddia səsləndirir ki, İranın bu məsələ ilə bağlı konkret qərar qəbul etməməsi bu proqramla bağlı narahatçılığın yaranmasına və bununla bağlı diplomatik səylərin dalana dirənməsinə səbəb ola bilər. Rusiya Xarici İşlər Nazirliyindən verilən açıqlamalarda isə bildirilir ki, Beynəlxalq Atom Enerjisi Təşkilatının (BAET) gələn ay üçün hazırladığı hesabatla bağlı görüşlərin keçirilməsi üçün vaxt müəyyənləşdirilməsi üçün maneçilik törədəcək amil yoxdur. Bu da onu göstərir ki, Putin hökuməti İranın tərəddüt etməməsini və yaxın vaxtlara qədər müəyyən qərar qəbul etməsini istəyir. Çünki, bu olmasa, beynəlxalq təşkilatlar İrana növbəti sanksiyalar tətbiq edə bilərlər. Ancaq İranın qərarsızlığı, yaxud bu proqramdan başqa məqsədlər üçün istifadə etmək istəyi onu göstərir ki, Mahmud Əhmədinejat artıq heç kəsi, heç bir beynəlxalq təşkilatı saya almaq istəmir. Baxmayaraq ki, bu günə qədər Qərb vaxztaşırı sanksiyalarla İran dövlətinə külli miqdarda maliyyə itkisi verir. ...Hesabatda bir qədər diqqətli olmağı tələb edən nazirlik, həm də BAET-ni reaktorla bağlı məlumatın İrana sızdırılması və hesabatdakı tonun həddən artıq göstərilməsinə görə ciddi tənqid edib. Bu da onu göstərir ki, Rusiya tənqidə əl atmaqla mövcud atmosferi daha da çətinliyə salacaq və ciddi müzakirələrin başlanmasına mane olacaq. Bu açıqlamadan isə görünür ki, bu həssas məsələni tərəfsiz, həssas və məsul bir şəkildə diqqətə almaq lazımdır. Digər tərəfdən də BAET-in açıqlayacağı hesabatda İranın keçən ay atom bombası hazırlamağa cəhd etməsi ilə bağlı məsələlərə aydınlıq gətirməsi gözlənilir.
Rövşən Ziya
|