 |
Şrift : |
|
 |
Tarix : | 26-10-2011, 16:43 |
Bölmə : |
Siyasət |
Kömək : |
|
Baxılıb :
| 1211 dəfə |
Like : |
|
Like : |
|
|
"Rəsul Quliyevin 2013-cü ildə müxalifətin vahid lideri ola biləcəyi tamamilə absurd fikirdir"
“Mən Açıq Cəmiyyət Partiyasının fəallaşması ilə bağlı cəmiyyətdə hər hansı bir işartı görmürəm. Partiyanın fəaliyyəti ilə bağlı konkret məlumatım yoxdur. Amma irəli sürdükləri iddiaları sübut etmək üçün bu partiya daha ağır və ciddi iş görməli olacaq”. Bu fikirləri Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Açıq Cəmiyyət Partiyası barədə teleqraf.az saytına açıqlamasında deyib. Məlumatlara görə, Açıq Cəmiyyət Partiyası yaxın aylarda konfrans keçirib yeni fəaliyyət proqramı qəbul etməyə, müxalifəti birliyə çağırmağa hazırlaşır. Hətta 2013-cü il prezident seçkilərində müxalifətin Rəsul Quliyevin liderliyi altında seçkiyə getməsinin təklif olunacağına dair ehtimallar da səslənir. S.Cəlaloğlu isə hesab edir ki, Rəsul Quliyevin Azərbaycan siyasətində ən perspektivli dövrü Azərbaycan Milli Məclisindən sonrakı birinci onilliyə aid idi: “Həmin dövrdə ADP sədri kimi ondan böyük gözləntilər var idi, o, siyasi potensialını tam aşkarlamamışdı. Digər tərəfdən, o vaxtkı durum da indikinə nisbətən siyasi dəyişikliklər üçün qat-qat əlverişli idi. Amma aradan 10 il vaxt keçib. Azərbaycanda siyasi vəziyyət də pisdir. Həm də Rəsul Quliyevin tərəfdarlarının əksəriyyəti xəyal qırıqlığına məruz qalıb dağıldılar. Bu templə işləməklə nəyəsə nail olmaq çətin olacaq”. Səradar Cəlaəloğlu hesab edir ki, Rəsul Quliyevin 2013-cü ildə müxalifətin vahid lideri kimi prezident seçkilərinə getmək ehtimalı yoxdur: “Bu, tamamilə absurd bir fikirdir. Onun hətta ADP sədrliyi zamanı, çox yüksək reytinqi olduğu bir dövrdə vahid lider kimi namizədliyi dəstəklənmədi. Əgər favorit olduğu bir dövrdə bu şansı yaxalaya bilmədisə, siyasi liderlər onu vahid namizəd kimi tanımadılarsa, indi bunun baş tutacağına inanmıram”.
7GUN.AZ
|