 |
Şrift : |
|
 |
Tarix : | 27-10-2011, 11:01 |
Bölmə : |
Siyasət |
Kömək : |
|
Baxılıb :
| 2572 dəfə |
Like : |
|
Like : |
|
|
Rusiya Baş Prokurorluğu Türkiyə hökumətinə ölkəsində olan terroristlərin öldüyü barədə sənədi təsdiqləməsini istəyib
Rusiyanın İstintaq komitəsi və Baş Prokurorluğu Türkiyə hökumətinə ölkəsində olan terroristlərin öldüyü barədə sənədi təsdiqləməsini istəyib. Belə ki, Rusiyanın Domodevo aeroprtunda terror aktı həyata keçirən iki şübhəli - Çeçenistan sakini Rüstəm Altemirov və Zaurbek Əmriyev 2011-ci ilin sentyabrın 26-da İstambulda güllələnmişdilər. İndi də onlar barədə qaldırılmış istintaq işini dayandırmaq üçün bu arayış vacibdir. İstintaqa görə, adıçəkilən şəxslər aeroportda partlayışı həyata keçirmiş kamikadze Maqomed Yevolyevin hazırlanmasında iştirak ediblərmiş. Qeyd edək ki, Türkiyə mətbuatı iddia edir ki, yerli polis çeçenlərin Rusiyanın xüsusi xidmət orqanları tərəfindən məhv edildiyini bildirib. Altemirov və Əmriyevlə birliydə Doku Umarovun ətrafından olan komandirlərdən Berq Hacı Musayev də öldürülmüşdü. İstambulda üçqat ölümlə əlaqədar heç kəs beynəlxalq axtarışa verilməyib.
7GUN.AZ
|