Hizbullah yenə də rəsmi Bakını hədələdi

Şrift : |
Tarix :2-11-2011, 09:46
Bölmə : Siyasət
Kömək :    
Baxılıb : 759 dəfə
Like :
Like :

    Azərbaycan Respublikasının Təbrizdəki baş konsulluğunun binası qarşısında noyabrın 4-də etiraz aksiyası keçiriləcək, konsulluğa hücum olunacaq.

    Iranın kütləvi informasiya vasitələrinin yaydığı məlumata görə, bu barədə “Hizbullah”ın Iran qolu olan “Hizbullah Ənsarı” təşkilatının Təbriz nümayəndəliyinin baş katibi Höccətülislam Ruhulla Becani bildirib.
    Becani deyib ki, Təbriz gəncləri sionizmin istiqamətilə icra olunan Azərbaycan Respublikasının antiislami siyasətlərinə etiraz olaraq, bu respublikanın Təbrizdəki baş konsulluğunun fəaliyyətini dayandıracaq, işçilərini binadan çıxaracaqlar: “Alim və böyük şəxsiyyətlər indiyə qədər bu işi qadağan etmişdilər və ümid edirdilər ki, Azərbaycan Respublikası rəsmiləri bu anti-islami hərəkətlərdən əl çəkəcək, bu addımlarından çəkinəcəklər”.
    Göründüyü kimi, Iranda mühüm dini rütbəli şəxs açıq-aşkar ölkəni təhdid edib.
    Xatırladaq ki, “Hizbullah” Iranda rəsmi dövlət orqanı hesab olunur. Belə olan halda, bu addım həm də o deməkdir ki, Iran Islam Respublikası Azərbaycana qarşı daha provokativ addımlar planlaşdırır. Bunu sübut edən daha bir fakt isə Iran Islam Respublikasının Sərhəd Qoşunları komandanı Hüseyn Zülfiqarinin açıqlamasıdır: “Azərbaycan sərhədçilərinin əli ilə şəhid olan iranlı əsgərin işi üzrə aparılan araşdırmalar göstərir ki, Azərbaycan sərhədçilərinin hərəkətini heç nə ilə izah etmək mümkün deyil. Çünki silahsız bir əsgəri, hətta sərhədi pozsa belə, qabaqdan və arxadan bir neçə güllə ilə vurmağa ehtiyac yoxdur. Mövcud şahidlərə görə, bu iş bizim nəzərimizdə adi hal sayılmır. Necə ki, vaxt olub, biz bir azərbaycanlı əsgəri Iran kəndlərində tutub onlara qaytarmışıq.
    Əlbəttə, Iranın təkidi ilə Azərbaycan tərəfi məsələni siyasi və hüquqi baxımdan araşdırır. Azərbaycanın sərhəd komandanlığı ilə Iranın sərhəd komandanlığı arasında yaxşı münasibətlərin olduğunu nəzərə alaraq, Azərbaycan tərəfindən gözlədiyimiz odur ki, bu hadisənin səbəbkarlarını tutub məhkəməyə verməklə Irana və bu əsgərin ailəsinə qənaətbəxş bir cavab versin”.
    Sərhəd komandanının açıqlamasından aydın olur ki, Tehran açıq-aşkar gərginlikdə maraqlıdır və aranı qatmaq üçün bəhanələr axtarır. Əgər bir hərbçi sərhədi keçibsə, bu daha çox mühakimə olunmalıdır, nəinki öz ölkəsinin sərhədlərini qoruyan hərbçi. Əcəba, Iran bir müddət öncə qətlə yetirdiyi azərbaycanlı sərhədçi zabitin qatillərini həbs etdimi?
    Göründüyü kimi, açıq şəkildə Iran hökuməti və bu ölkənin dini rəhbərliyi Azərbaycanı təhdid edir. Əgər Azərbaycanın Təbriz konsulluğuna qarşı planlaşdırılan hücum-provokasiya baş tutarsa, bu o deməkdir ki, Iran qəsdən Azərbaycanla gərginlik istəyir. Məqsəd isə, sadəcə, regionda demokratikləşmə dalğasını özündən uzaqlaşdırmaq, daxili diqqəti kənara yönəltməkdir.
    Xatırladaq ki, 4 noyabr Iranın dini rejimi üçün xüsusi gündür. 1979-cu ilin 4 noyabrında 300 ekstremist ABŞ-ın bu ölkədəki səfirliyini ələ keçirmiş, 9 nəfəri girov götürmüşdülər. Görünür, bu dəfə də ekstremist qüvvələr 4 noyabrı uğurlu tarix kimi seçiblər. Hər halda, bu, başlanğıc deyil, davamdır.

    azadliq.info


Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed
 

Axtarış...

DİQQƏT!

Xəbər lenti

23.05.2012 ~ BAKI DƏMİRYOL XƏSTƏXANASINDA RƏZALƏT

23.05.2012 ~ NEFTÇALA YAP-çıları ACLIQ AKSİYASINA BAŞLADI

23.05.2012 ~ Azəri qızı Günelə 9 ay həbs verildi ŞOK

22.05.2012 ~ İsa Qəmbər xarici telekanala müsahibə verdi – FOTOLAR

22.05.2012 ~ Səfər Əbiyevdən növbəti məğlubiyyət

22.05.2012 ~ Təhsil şöbəsində “yaz yığımı”

22.05.2012 ~ Zeynəb Xanlarovadan önəmli açıqlamalar

22.05.2012 ~ Keçmiş “first lady“nin eşq macəraları

22.05.2012 ~ Medvedyev yeni hökumətini açıqladı

22.05.2012 ~ Azərbaycana yeni beynəlxalq aviareys açılır

22.05.2012 ~ Bu gün külək və yağış gözlənilir

22.05.2012 ~ 30 yaşlı gənc qətlə yetirilib

22.05.2012 ~ Azərbaycan prezidenti Britaniya baş naziri ilə görüşüb

22.05.2012 ~ Dünyanın aparıcı KİV-ləri rəsmi Bakının "Eurovision"la bağlı səsləndirdiyi fikirlərə geniş yer ayırıb

22.05.2012 ~ Yeni futbol mövsümü avqustda başlaya bilər

22.05.2012 ~ “Camaat “Eurovision”a yox, mənə baxır, məni gözləyir”

21.05.2012 ~ Dinozavr skeleti hərracda fantastik məbləğə satıldı

21.05.2012 ~ Qardaş bacısını ərsiz qoydu

21.05.2012 ~ “Euro” və “Vision” dovşanları

20.05.2012 ~ Vicdan məhbusunu karserə saldılar

20.05.2012 ~ Günay Musayevanın oğlunun şəkli yayıldı

20.05.2012 ~ Kürdəmirdə ağır yol qəzası baş verib

20.05.2012 ~ Azərbaycanlı iş adamı Bodrumda otel tikəcək

20.05.2012 ~ Azərbaycan tələbə kartının təqdimatı olub

20.05.2012 ~ II Yelizaveta hakimiyyətə gəlməsinin 60 illiyini qeyd edir

20.05.2012 ~ 73 yaşlı nənə Everesti fəth etdi

20.05.2012 ~ “Dağılmış evlərin sökülməsi istiqamətində artıq işlər başlayıb”

20.05.2012 ~ Avropanın ən güclüsü “Çelsi” oldu

20.05.2012 ~ Prezident İlham Əliyev Abdullah Güllə görüşüb

20.05.2012 ~ Baş redaktor oxuculardan üzr istədi

19.05.2012 ~ Yunanıstandan “Neftçi”yə məktub gəldi

19.05.2012 ~ Əcnəbi jurnalistlərin məxməri girovluğu

19.05.2012 ~ İcra başçısı Razim Məmmədov insanlara zülm edir

19.05.2012 ~ Bakıda turistlər üçün kazinolar açılıb

19.05.2012 ~ Zaqataladan zəlzələ ilə bağlı açıqlama gəldi

Təqvim

«    May 2012    »
BeÇaÇəCaŞəBa
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31