 |
Şrift : |
|
 |
Tarix : | 2-11-2011, 10:10 |
Bölmə : |
Siyasət |
Kömək : |
|
Baxılıb :
| 4830 dəfə |
Like : |
|
Like : |
|
|
Ekspertlər ölkədə ciddi hakimiyyət böhranın olduğunu deyirlər
Ermənistan parlamentinin spikeri Ovik Abramyan istefa verib. "Novosti-Armeniya" agentliyi xəbər verir ki, bu barədə o jurnalistlərə Ermənistan respublikaçı partiyasının (ERP) icra komitəsinin iclasından sonra bildirib. Abramyan qeyd etdi ki, partiya gələcək parlament seçkilərində ERP-nın seçki qərargahının rəisi vəzifəsinə onun namizədliyi irəli sürüb. "Mən parlamentin spikeri vəzifəsini tərk etmək və işimi seçki qərargahının formalaşmasına yönəlməyi təklif etdim", - o bildirib. Bununla yanaşı Abramyan bildirdi ki, iclasda onun spiker vəzifəsində kiminlə əvəz olunması məsələsi müzakirə olunmayıb. Hazırda işğalçı ölkədə ciddi hakimiyyət böhranı yaşanır. Ermənistanlı ekspertlər isə mövcud rejimin yaxın bir neçə ayda çökəcəyi ehatimalını da istisna etmirlər.
7GUN.AZ
|