 |
Şrift : |
|
 |
Tarix : | 4-11-2011, 15:25 |
Bölmə : |
Siyasət |
Kömək : |
|
Baxılıb :
| 902 dəfə |
Like : |
|
Like : |
|
|
ETTELAAT Təbrizdə Güney Azərbaycan Tələbə Hərəkatının üç üzvünü həbs edib
Dünən Təbriz şəhərində İran İnformasiya və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları Güney Azərbaycan Tələbə Hərəkatının bir neçə fəalını həbs ediblər. 7GUN.AZ portalının APA-ya istinadən məlumatına görə, Bəhruz Fəridi, Araş Məhəmmədi və Siyavuş Məhəmmədinin evinə basqın edən təhlükəsizlik xidmətinin əməkdaşları onları döyüblər. Daha sonra evdə axtarış aparılıb, onlara məxsus kitablar, kompyuterlər və əlyazmalar müsadirə edilib. Hazırda milli fəallar ETTELAAT-ın Təbriz şöbəsində saxlanılır. Qeyd edək ki, Güney Azərbaycanda həbsdə olan siyasi məhbusların əksəriyyəti ya universitet tələbəsidir, ya da siyasi fəaliyyətlərinə tələbəlikdən başlamış fəallardır.
7GUN.AZ
|