"İndiki halda Azərbaycanın hərb variantına əl atacağını gözləmirəm

Şrift : |
Tarix :23-11-2011, 15:36
Bölmə : Siyasət
Kömək :    
Baxılıb : 293 dəfə
Like :
Like :

    Elşən Manafov: “İndiki halda Azərbaycanın hərb variantına əl atacağını gözləmirəm”

    Bir müddət öncə Almaniya məşhur telekanalllarından olan “ProSieben” Qarabağ münaqişəsi ilə bağlı sensasion açıqlama yaymışdı. Açıqlamada bildiliridi ki, Sarkozi Azərbaycan prezidentinin Qarabağ məsələsində bir addım da güzəştə getmədiyindən Obamaya şikayətlənib. Telekanal Azərbaycan dövlət başçısına həsr edilmiş “Prezident” verilişində bildirib ki, İlham Əliyev Qarabağ məsələsində bir addım da güzəştə getmir və gələn il hərbi əməliyyatlar başlatmağa hazırlaşır. Məsələ ilə bağlı politoloq Elşən Manafova müraciət etdik:
    “Problemin həlli üçün Azərbaycanın müstəqil dövlət kimi beynəlxalq hüququn ona verdiyi imkanlardan istifadə etməsi labüddür. Mən burada danışıqların konkret bir səmərə verməyəcəyi təqdirdə Azərbaycanın hərbi əməliyyatlara başlamaq imkanlarından danışıram. Əlbəttə nəzərə almaq lazımdır ki, Azərbaycan özünün resurslarına və ərazi göstəricisinə görə, eləcə də iqtisadi potensialı və hərbi gücünə görə, Ermənistandan qat-qat güclüdür, yəni dünyadan təcrid olunmuş bir dövlət deyil. Təbii ki, beynəlxalq hüququn normaları bir çox hallarda beynəlxalq güclərin maraqları qarşısında bir növ arxa plana keçir. Onu da qeyd edək ki, Azərbaycan müstəqil bir ölkə olaraq münaqişənin sülh yolu ilə həll olunması ilə bağlı beynəlxalq təşkilatlar və beynəlxalq hüquq qarşısında bir sıra öhdəliklər götürüb”. Bu öhdəliklərin yerinə yetirilməsinə münasibət bildirən politoloq bildirdi ki, buna görə Azərbaycandan öz mövqeyini ortaya qoyması tələb olunacaq: “Öhdəliklərin yerinə yetirilməsi istiqamətində məhz beynəlxalq normalar çərçivəsində beynəlxalq güclər bundan sonra da Azərbaycandan münaqişənin sülh yolu ilə həll olunması üçün öz mövqeyini ortaya qoymasını tələb edəcəklər. Bu məsələnin bir tərəfindir. İkincisi, nəzərə almaq lazımdır ki, bütün hallarda problemin həlli üçün Azərbaycanın hərbi varianta əl atması Ermənistanı özünə forpost hesab edən Rusiyanın hərbi maşınının hərəkətə keçməsinə rəvac verə bilər. Çünki 2010-cu ildə Rusiya və Ermənistan arasında hərbi müqavilə imzalandı. Əgər Ermənistana Azərbaycan tərəfindən hərbi müdaxilə olacaqsa təbii ki, Rusiya Ermənistana hərbi dəstək verəcək. Baxmayaraq Azərbaycanla münasibətlərin indiki formatı Rusiya üçün strateji əhəmiyyət kəsb edir. Hələ mən onu demirəm ki, Rusiyanın patrionajı arasında fəaliyyət göstərən Kollektiv Təhlükəsizlik Təşkilatı var. Burada da türkdilli ölkələrin üstünlük təşkil etdiyini nəzərə alsaq, Qazaxıstan və Qırğızıstanın Azərbaycana qarşı həmin müharibəyə qoşulma ehtimalını mən birmənalı şəkildə istisna edirəm. Bu baxımdan əlbəttə ilk növbədə beynəlxalq güclərin bu münaqişəyə təsiri nəzərə alınmalıdır”.
    Münaqişənin qlobal xarakter daşımasına da toxunan E.Manafov bildirdi ki, xarici qüvvələr də Azərbaycanın hərb variantına əl atmasını əngəllməyə çalışacaqlar: “Bu münaqişə lokal xarakter daşımır, artıq beynəlxalq müstəvidə müzakirə obyektinə çevrilib və yetərincə qlobal mahiyyət kəsb edir. Çünki Cənubi Qafqaz Avrasiya məkanında həm nəqliyyat dəhlizləri baxımından, həm də enerji daşıyıcıları və karbohidrogen ehtiyatları baxımından Qərb üçün önəmli bölgələrdən birinə çevrilib. Ona görə də Rusiyanın və bölgə ölkələrinin seçkilərə hazırlaşdığı bir ərəfəsində, eyni zamanda sadaladığımız maraqların mövcud olduğu bir vaxtda güman etmirəm ki, Azərbaycan hərbi əməliyyatlara başlasın. Bundan əlavə, hesab edirəm ki, Azərbaycanda daxili islahatlara da ehtiyac var. İndiki halda Azərbaycanın hərb variantına əl atacağını gözləmirəm”.

    Bizimxeber.com


Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed
 

Axtarış...

DİQQƏT!

Xəbər lenti

23.05.2012 ~ BAKI DƏMİRYOL XƏSTƏXANASINDA RƏZALƏT

23.05.2012 ~ NEFTÇALA YAP-çıları ACLIQ AKSİYASINA BAŞLADI

23.05.2012 ~ Azəri qızı Günelə 9 ay həbs verildi ŞOK

22.05.2012 ~ İsa Qəmbər xarici telekanala müsahibə verdi – FOTOLAR

22.05.2012 ~ Səfər Əbiyevdən növbəti məğlubiyyət

22.05.2012 ~ Təhsil şöbəsində “yaz yığımı”

22.05.2012 ~ Zeynəb Xanlarovadan önəmli açıqlamalar

22.05.2012 ~ Keçmiş “first lady“nin eşq macəraları

22.05.2012 ~ Medvedyev yeni hökumətini açıqladı

22.05.2012 ~ Azərbaycana yeni beynəlxalq aviareys açılır

22.05.2012 ~ Bu gün külək və yağış gözlənilir

22.05.2012 ~ 30 yaşlı gənc qətlə yetirilib

22.05.2012 ~ Azərbaycan prezidenti Britaniya baş naziri ilə görüşüb

22.05.2012 ~ Dünyanın aparıcı KİV-ləri rəsmi Bakının "Eurovision"la bağlı səsləndirdiyi fikirlərə geniş yer ayırıb

22.05.2012 ~ Yeni futbol mövsümü avqustda başlaya bilər

22.05.2012 ~ “Camaat “Eurovision”a yox, mənə baxır, məni gözləyir”

21.05.2012 ~ Dinozavr skeleti hərracda fantastik məbləğə satıldı

21.05.2012 ~ Qardaş bacısını ərsiz qoydu

21.05.2012 ~ “Euro” və “Vision” dovşanları

20.05.2012 ~ Vicdan məhbusunu karserə saldılar

20.05.2012 ~ Günay Musayevanın oğlunun şəkli yayıldı

20.05.2012 ~ Kürdəmirdə ağır yol qəzası baş verib

20.05.2012 ~ Azərbaycanlı iş adamı Bodrumda otel tikəcək

20.05.2012 ~ Azərbaycan tələbə kartının təqdimatı olub

20.05.2012 ~ II Yelizaveta hakimiyyətə gəlməsinin 60 illiyini qeyd edir

20.05.2012 ~ 73 yaşlı nənə Everesti fəth etdi

20.05.2012 ~ “Dağılmış evlərin sökülməsi istiqamətində artıq işlər başlayıb”

20.05.2012 ~ Avropanın ən güclüsü “Çelsi” oldu

20.05.2012 ~ Prezident İlham Əliyev Abdullah Güllə görüşüb

20.05.2012 ~ Baş redaktor oxuculardan üzr istədi

19.05.2012 ~ Yunanıstandan “Neftçi”yə məktub gəldi

19.05.2012 ~ Əcnəbi jurnalistlərin məxməri girovluğu

19.05.2012 ~ İcra başçısı Razim Məmmədov insanlara zülm edir

19.05.2012 ~ Bakıda turistlər üçün kazinolar açılıb

19.05.2012 ~ Zaqataladan zəlzələ ilə bağlı açıqlama gəldi

Təqvim

«    May 2012    »
BeÇaÇəCaŞəBa
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31