Xəzərdə müharibə ab-havası hiss olunur?

Şrift : |
Tarix :23-11-2011, 20:00
Bölmə : Siyasət
Kömək :    
Baxılıb : 1421 dəfə
Like :
Like :

    Trans-Xəzər Qaz Xətinin çəkilməsi Rusiyanı hərbi əməliyyatlara məcbur edəcək

    Xəzərdə yeni enerji müharibəsi başlaya bilər. Bununla bağlı Rusiyanın “Nezavisimaya Qazata” qəzeti məlumat yayıb. "Bizimxeber.com" qəzetin yazdığına istinadən bildirir ki, Xəzərin bölüşdürülməməsi Avropaya qaz göndərmək üstündə rəqabət münaqişəyə səbəb ola bilər. Eyni zamanda Qazaxıstan prezidenti Nursultan Nazarbayevin ötən həftə Türkmənistandan Azərbaycana qədər uzanacaq Trans-Xəzər Boru Xətti ilə bağlı verdiyi açıqlama da Rusiyanı qıcıqlandırıb. Rus ekspertlər bu məsələdə Kremlin mövqeyinin nəzərə alınmamasının 2008-ci il avqust hadisələrinə gətirib çıxaracağını bildiriblər. Qəzet yazır ki, Avropa Birliyi Rusiyanın Trans-Xəzər Boru Xəttinin inşa edilməsi məsələsində maneə yaradacağı təqdirdə Birlik buna cavab olaraq Rusiya üçün böyük əhəmiyyət daşıyan Cənub Axını qaz kəmərinin tikintisinə mane olacaq. Daha sonra qəzet yazıb: “Türkmənistan və Azərbaycan həmin boru xəttini öz sərhədləri daxilində çəkəcəklərini bildiriblər. “Xəzər kənarındakı digər ölkələr Bakı və Aşqabada öz sularında nə edib etməyəcəklərilə bağlı sifariş verə bilməz. Xəzər dənizi ilə həmsərhəd olan digər ölkələrə gəlincə, dənizin özlərinə aid olan hisslərində qaz və neft hasil edirlər. Moskva həmin ölkələrin Xəzərin statusu ilə bağlı çərçivə anlaşmasını imzalamadığı üçün, Xəzərin sahilinə boru xətti inşa edilməyəcəyi məsələsində təkid edir. Rəsmi Moskva həmçinin, ölkələrin öz sərhədləri daxilində belə, boru xətlərinin inşasına imkan verməyəcəyini bildirib”.

    Avropa Birliyinin enerji məsələləri üzrə komissarı Guenter Oettinge verdiyi açıqlamada, Rusiyanın təhdidə əl atacağı halda ciddi problemlərlə qarşılaşacağını bildirib. Oetiinq Moskvanın Trans-Xəzəri əngəllədiyi tədqdirdə, AB NABUCCO-nun rəqibi olan Cənub Axınınn çəkilməsinə icazə verməyəcəyini vurğulayıb. Müstəqil Dövlətlər Birliyi ölkələri İnstitutunun mütəxəssisi Mixail Aleksandrov qəzetə verdiyi açıqlamasında daha əvvəl AB-nin yüksək səviyyəli enerji rəsmilərinin gücdən istifadəsi haqqında bir neçə dəfə xəbərdarlıq etdiyini ifadə edərək, “Belə bir xəbərdarlıq bir dəfə AB-nin Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Pier Morelin də iştirak etdiyi Almaniyanın Moskva səfirliyində verilən bir yeməkdə olub. Qərbin, Moskvanın Xəzər ətrafında bir neft boru kəmərinin inşasını əngəlləməkdə rolunu kiçiltdiyini izah etməyə çalışdım. Bunun yalnız iqtisadi deyil, hərbi səbəbləri də var”, – deyə vurğulayıb. O Moskvanın Xəzərin balansının pozulmasına izn verməməkdə haqlı olduğunu bildirib: “İranla aparılan müzakirələr üçüncü ölkələrin hərbi bazaları da ortaya çıxmaqla bölgədə anarxiya yarada bilər. Trans-Xəzər Boru Xəttinin tikintisi Xəzərin bölünməsinin tanınması anlamına gəlir. Bu da Rusiya tərəfindən qəti şəkildə qəbul edilə bilməz”.

    Moskvanın belə bir vəziyyətdə 2008-ci ildə Gürcüstana qarşı atdığı addımdan istifadə etmək məcburiyyətində qalacağını da istisna etməyib: “Rusiya birinci dəfə Bakı və Aşqabadı beynəlxalq hüquqa riayət etməyə çağıracaq. Əgər başa düşməsələr, ehtimal ki, hava əməliyyatlarından istifadə edəcək. NATO-nun Yuqoslaviya, Afqanıstan, İraq və Liviyada etdiklərini xatırlasaq, Rusiyanın Xəzər dənizində gücdən istifadə etməsinin heç bir hüquqi maneəsi də yoxdur”. Rusiya Milli Enerji Vəqfinin rəhbəri Konstantin Simonov da qəzetə verdiyi açıqlamasında Rusiyanın hüquq baxımından haqlı olduğunu deyərək, “İran da eyni mövqe sərgiləyəcək. Qazaxıstan tək qalacaq, çünki önəmli bir qaz ixracatçısı olmayacaq. Ortada əslində yaddan çıxarılan bir oyunçu da Çindir. Pekinin Trans-Xəzər Qaz Xəttinə ehtiyacı yoxdur. Hazırda Türkməınistandan ucuz qaz alır. Amma qazın Avropaya göndərilməsi planı baş tutarsa, o zaman Türkmənistan da qazın qiymətini artırmağa başlayacaq. Bu da Çinə qəti sərf etmir”, deyə bildirib.

    Aygül


Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed
 

Axtarış...

DİQQƏT!

Xəbər lenti

23.05.2012 ~ BAKI DƏMİRYOL XƏSTƏXANASINDA RƏZALƏT

23.05.2012 ~ NEFTÇALA YAP-çıları ACLIQ AKSİYASINA BAŞLADI

23.05.2012 ~ Azəri qızı Günelə 9 ay həbs verildi ŞOK

22.05.2012 ~ İsa Qəmbər xarici telekanala müsahibə verdi – FOTOLAR

22.05.2012 ~ Səfər Əbiyevdən növbəti məğlubiyyət

22.05.2012 ~ Təhsil şöbəsində “yaz yığımı”

22.05.2012 ~ Zeynəb Xanlarovadan önəmli açıqlamalar

22.05.2012 ~ Keçmiş “first lady“nin eşq macəraları

22.05.2012 ~ Medvedyev yeni hökumətini açıqladı

22.05.2012 ~ Azərbaycana yeni beynəlxalq aviareys açılır

22.05.2012 ~ Bu gün külək və yağış gözlənilir

22.05.2012 ~ 30 yaşlı gənc qətlə yetirilib

22.05.2012 ~ Azərbaycan prezidenti Britaniya baş naziri ilə görüşüb

22.05.2012 ~ Dünyanın aparıcı KİV-ləri rəsmi Bakının "Eurovision"la bağlı səsləndirdiyi fikirlərə geniş yer ayırıb

22.05.2012 ~ Yeni futbol mövsümü avqustda başlaya bilər

22.05.2012 ~ “Camaat “Eurovision”a yox, mənə baxır, məni gözləyir”

21.05.2012 ~ Dinozavr skeleti hərracda fantastik məbləğə satıldı

21.05.2012 ~ Qardaş bacısını ərsiz qoydu

21.05.2012 ~ “Euro” və “Vision” dovşanları

20.05.2012 ~ Vicdan məhbusunu karserə saldılar

20.05.2012 ~ Günay Musayevanın oğlunun şəkli yayıldı

20.05.2012 ~ Kürdəmirdə ağır yol qəzası baş verib

20.05.2012 ~ Azərbaycanlı iş adamı Bodrumda otel tikəcək

20.05.2012 ~ Azərbaycan tələbə kartının təqdimatı olub

20.05.2012 ~ II Yelizaveta hakimiyyətə gəlməsinin 60 illiyini qeyd edir

20.05.2012 ~ 73 yaşlı nənə Everesti fəth etdi

20.05.2012 ~ “Dağılmış evlərin sökülməsi istiqamətində artıq işlər başlayıb”

20.05.2012 ~ Avropanın ən güclüsü “Çelsi” oldu

20.05.2012 ~ Prezident İlham Əliyev Abdullah Güllə görüşüb

20.05.2012 ~ Baş redaktor oxuculardan üzr istədi

19.05.2012 ~ Yunanıstandan “Neftçi”yə məktub gəldi

19.05.2012 ~ Əcnəbi jurnalistlərin məxməri girovluğu

19.05.2012 ~ İcra başçısı Razim Məmmədov insanlara zülm edir

19.05.2012 ~ Bakıda turistlər üçün kazinolar açılıb

19.05.2012 ~ Zaqataladan zəlzələ ilə bağlı açıqlama gəldi

Təqvim

«    May 2012    »
BeÇaÇəCaŞəBa
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31