Müharibə yaxınlaşır

Şrift : |
Tarix :25-11-2011, 15:57
Bölmə : Siyasət
Kömək :    
Baxılıb : 1021 dəfə
Like :
Like :

    Svante Kornell: “Dağlıq Qarabağ münaqişəsinin həlli beynəlxalq miqyasda təxirə salınıb”

    “Yaranmış vəziyyət regionda yeni müharibəyə gətirib çıxara bilər”

    “Həmsədrlərə prezidentlərin xüsusi nümayəndəsi statusu verilməlidir”


    Vaşinqtonda Con Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz İnstitutu və İpək Yolu Tədqiqat Proqramının elmi araşdırmalar üzrə direktoru, Təhlükəsizlik və inkişaf siyasətinin öyrənilməsi üzrə Stokholm İnstitutunun həmtəsisçisi və direktoru Svante Kornellin (Svante Cornell) APA-ya müsahibəsi:

    - Prezidentlərin Kazan görüşündən sonra Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesi dalana dirəndi. Sizcə münaqişənin həlli prosesində durğunluq nə qədər davam edəcək?

    - Fikrimcə, gələcəkdə danışıqlar prosesində əhəmiyyətli dəyişiklik ediləcəyi və ya əhəmiyyətli prosesin başlanacağına heç bir işarə yoxdur. Mən Kazan görüşünün hansısa nəticə verəcəyinə inanmırdım. İndi isə münaqişənin həlli beynəlxalq miqyasda təxirə salınıb. Nə tərəflər, nə vasitəçilər, nə də başqa biri münaqişənin həlli üçün ciddi cəhd göstərir.

    - Minsk qrupunun timsalında beynəlxalq vasitəçilərin münaqişənin həlli prosesində tutduğu mövqenin yanlış olduğunu demək olarmı?

    - Fikrimcə, həmsədrlər məsələyə müxtəlif perspektivlərdən yanaşırlar. Rusiyanın münaqişədə aydın və birbaşa marağı var. Rusiya hər iki tərəfin zəifliyini istəyir, Qafqazda üstünlük qazanmağa çalışır. Azərbaycan güclü ölkə olduğu üçün, Rusiya daha çox Ermənistana meyl edir. Prinsipcə, bu, çox praqmatik siyasətdir. Fransa və ABŞ-ın siyasətinə nəzər yetirsək, məncə onların bu qədər qeyri-obyektiv olmadığını görərik. Həqiqətən, Azərbaycan obyektivliyin olmadığından şikayətlənir, Ermənistanda isə deyirlər ki, həmsədr dövlətlər Azərbaycanın ərazi bütövlüyünü müdafiə edir, buna görə də qeyri-obyektiv mövqe tuturlar. Fransa və ABŞ-da lobbi təsiri var, amma ABŞ-da bu, Konqresin məsələsidir.

    - Rusiyanın münaqişədəki rolunu Moskva ilə İrəvan arasında hərbi əməkdaşlıq perspektivi baxımından qiymətləndirmək olarmı?

    - Əlbəttə, hərbi baza və ikitərəfli saziş var. Eyni zamanda onlar Azərbaycana da silah satırlar. Mən həmişə deyirəm ki, onlar Ermənistana silahı ucuz qiymətə, Azərbaycana isə baha satırlar.

    - Regiona son səfərləri zamanı həmsədrlər hər iki tərəfə yeni variantlar təklif etmişdilər. Sizcə, bu təkliflər prosesdə yaranmış çıxılmaz vəziyyətin həllinə kömək edə bilərmi?

    - Yox, çünki həmsədrlər təcrid olunmuş vəziyyətdə işləyirlər, onların siyasi kapitalı yoxdur. Mühüm nəticənin əldə olunması və dalandan çıxmaq üçün ciddi beynəlxalq səylər lazımdır. Həmsədrlər orta səviyyəli diplomatlardır, onların heç birinin yüksək vəzifəsi yoxdur. Mən əminəm ki, onlar çox bacarıqlı diplomatlardır, amma hələ də karyeralarının orta mərhələsindədirlər. Onlar, məsələn, ABŞ-ın Yaxın Şərq, Şimali Koreya və ya Əfqanıstana göndərdiyi diplomatlar səviyyəsində deyillər. Beynəlxalq vasitəçilər ölkələrinin prezidentlərinin xüsusi nümayəndəsi statusuna malik olmalıdırlar. Diplomatın münaqişə həllində təcrübəli olması regiona bələd olmasından daha vacibdir, onun danışıqların vəziyyətini yaxşılaşdırmaqla yanaşı, həm də siyasət yürütmək səlahiyyəti olmalıdır. Yalnız bu şəraitdə əhəmiyyətli irəliləyiş əldə etmək mümkündür.

    - Bu il Azərbaycan BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçildi. Bu, münaqişənin həllinə töhfə verə bilərmi?

    - Məncə bu, münaqişənin həllinə birbaşa kömək etməyəcək. Bunun prosesə dolayısı təsiri ondan ibarət ola bilər ki, Azərbaycanın regionda və dünyada nüfuzu artır və məsələni Təhlükəsizlik Şurasına çıxarmağa imkan əldə edə bilər. Real siyasət baxımından götürdükdə, bu, hər hansı bir effektiv nəticə əldə etmək üçün istifadə oluna bilər, amma məncə vəziyyəti dəyişməz. Ən ciddi problem ondadır ki, Qərbin Cənubi Qafqazla bağlı strategiyası zəifdir.

    - Sizcə, Avropa Birliyi Qarabağ prosesində niyə aktiv deyil?

    - Məncə, bunun bir neçə səbəbi var. Birincisi, Fransa digər Avropa ölkələrinə güzəştə getmək istəməyərək, ABŞ və Rusiya ilə birlikdə Minsk Qrupunda üstünlüyünü saxlamağa çalışır. Digər səbəb isə Avropa Birliyinin daxili problemləri ilə bağlıdır: maliyyə və iqtisadi çətinliklər Avropa Birliyinin mövcudluğunu sual altında qoyub, belə bir vaxtda Şərq qonşuluğu məsələləri ilə məşğul olmaq məqsədə uyğun deyil. Yaxın bir neçə ildə çox şey gözləyə bilmərik, əlbəttə ki, regionda beynəlxalq birliyi hərəkətə keçməyə məcbur edən böhran baş verməsə... Üçüncü səbəb isə budur ki, Qarabağ məsələsi yorucu xarakter alıb. Vaxt gedir, “status-kvo” isə get-gedə qəbul edilən olur. Lakin münaqişə dondurulmayıb, problem də bundadır. Son iki ildə ABŞ Azərbaycana işarə vurub ki, bu məsələ prioritet deyil və yaxın gələcəkdə prioritet olması da gözlənilmir. Azərbaycan isə seçim qarşısında qalib, ya bu vəziyyəti qəbul etməli, ya da münaqişəni gərginləşdirməlidir. Hansını ki, Bakı etdi.

    - Sizcə, bu vəziyyət regionda yeni müharibəyə gətirib çıxara bilərmi?

    - Əlbəttə. Amma müharibənin qarşısını almaq onun başlanmasına imkan verməkdən daha asan və ucuz başa gəlir. Gürcüstanda da belə oldu. Avropa Birliyi Gürcüstan iqtisadiyyatına üç milyard dollar vəsait qoymağa və böyük miqdarda siyasi kapital sərf etməyə məcbur oldu. Əgər bu vəsaitin yarısı müharibədən əvvəl sərf edilsəydi, yəqin ki, müharibənin qarşısını almaq mümkün olardı. Beynəlxalq birliyin nə etməli olduğu bir, nə etdiyi isə başqa şeydir.


Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed
 

Axtarış...

DİQQƏT!

Xəbər lenti

23.05.2012 ~ BAKI DƏMİRYOL XƏSTƏXANASINDA RƏZALƏT

23.05.2012 ~ NEFTÇALA YAP-çıları ACLIQ AKSİYASINA BAŞLADI

23.05.2012 ~ Azəri qızı Günelə 9 ay həbs verildi ŞOK

22.05.2012 ~ İsa Qəmbər xarici telekanala müsahibə verdi – FOTOLAR

22.05.2012 ~ Səfər Əbiyevdən növbəti məğlubiyyət

22.05.2012 ~ Təhsil şöbəsində “yaz yığımı”

22.05.2012 ~ Zeynəb Xanlarovadan önəmli açıqlamalar

22.05.2012 ~ Keçmiş “first lady“nin eşq macəraları

22.05.2012 ~ Medvedyev yeni hökumətini açıqladı

22.05.2012 ~ Azərbaycana yeni beynəlxalq aviareys açılır

22.05.2012 ~ Bu gün külək və yağış gözlənilir

22.05.2012 ~ 30 yaşlı gənc qətlə yetirilib

22.05.2012 ~ Azərbaycan prezidenti Britaniya baş naziri ilə görüşüb

22.05.2012 ~ Dünyanın aparıcı KİV-ləri rəsmi Bakının "Eurovision"la bağlı səsləndirdiyi fikirlərə geniş yer ayırıb

22.05.2012 ~ Yeni futbol mövsümü avqustda başlaya bilər

22.05.2012 ~ “Camaat “Eurovision”a yox, mənə baxır, məni gözləyir”

21.05.2012 ~ Dinozavr skeleti hərracda fantastik məbləğə satıldı

21.05.2012 ~ Qardaş bacısını ərsiz qoydu

21.05.2012 ~ “Euro” və “Vision” dovşanları

20.05.2012 ~ Vicdan məhbusunu karserə saldılar

20.05.2012 ~ Günay Musayevanın oğlunun şəkli yayıldı

20.05.2012 ~ Kürdəmirdə ağır yol qəzası baş verib

20.05.2012 ~ Azərbaycanlı iş adamı Bodrumda otel tikəcək

20.05.2012 ~ Azərbaycan tələbə kartının təqdimatı olub

20.05.2012 ~ II Yelizaveta hakimiyyətə gəlməsinin 60 illiyini qeyd edir

20.05.2012 ~ 73 yaşlı nənə Everesti fəth etdi

20.05.2012 ~ “Dağılmış evlərin sökülməsi istiqamətində artıq işlər başlayıb”

20.05.2012 ~ Avropanın ən güclüsü “Çelsi” oldu

20.05.2012 ~ Prezident İlham Əliyev Abdullah Güllə görüşüb

20.05.2012 ~ Baş redaktor oxuculardan üzr istədi

19.05.2012 ~ Yunanıstandan “Neftçi”yə məktub gəldi

19.05.2012 ~ Əcnəbi jurnalistlərin məxməri girovluğu

19.05.2012 ~ İcra başçısı Razim Məmmədov insanlara zülm edir

19.05.2012 ~ Bakıda turistlər üçün kazinolar açılıb

19.05.2012 ~ Zaqataladan zəlzələ ilə bağlı açıqlama gəldi

Təqvim

«    May 2012    »
BeÇaÇəCaŞəBa
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31