Hakimiyyət rəsmisi Rafiq Tağı ilə bağlı açıqlama verdi

Şrift : |
Tarix :25-11-2011, 19:06
Bölmə : Siyasət
Kömək :    
Baxılıb : 585 dəfə
Like :
Like :

    Əli Həsənov: «Bütün versiyalar yoxlanmalıdır, araşdırılmalıdır»

    Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bu gün açıqlamasında yazıçı-publisist Rafiq Tağının ölümünə münasibət bildirib. Əli Həsənov qeyd edib ki, Rafiq Tağı Azərbaycan hakimiyyəti ilə problemi olan insan deyildi: «Rafiq Tağı istər jurnalist, istərsə də başqa fəaliyyəti ilə heç vaxt hakimiyyətlə, dövlət strukturları ilə konflikti olmayan adam idi. İndi nə olub, ona qarşı sui-qəsdi kim edib, niyə edib kimi məsələlər öyrənilməlidir, axtarılmalıdır, tapılmalıdır. Bundan sonra məsələyə qiymət vermək olar».

    - Necə hesab edirsiniz, bu, ictimai-siyasi qətldir, yoxsa sırf kriminal hadisədir?

    - Vallah, bilmək olmaz. Mən indi buna heç cür qiymət verə bilmərəm. Bu məsələ tam aydınlaşmayana, onu bıçaqlayanlar tapılmayana qədər buna qiymət vermək olmaz. Amma mən bunun siyasi, ictimai qətl olmasını düşünmürəm. Rafiq Tağı kimə qarşı ictimai-siyasi fəaliyyət göstərirdi, qəsd edirdi ki, ona qarşı da belə bir qəsd olunsun? İstənilən halda bu, bir kriminaldır. Amma bu kriminalı kimin, niyə, hansı məqsədlə etdiyi araşdırılmalıdır, aydınlaşmalıdır.

    - Rafiq Tağı yazılarında İrandakı dini rejimi ciddi tənqid edirdi. Bir neçə il əvvəl İran ayətullahlarından biri onun barəsində ölüm fitvası vermişdi. İndi bir sıra şəxslər hesab edir ki, onun qətlini İran təşkil edib. Siz Rafiq Tağının qətlində İran izinin olmasını mümkün hesab edirsinizmi və bu qətl Azərbaycanda ictimai-siyasi sabitliyin pozulmasına yönəlmiş bir addım ola bilərmi?

    - Əvvəla, el arasında belə bir məsəl var, deyərlər ümid bir yerə, güman min yerə gedir. Əlbəttə, bunun ətrafında yüzlərlə proqnoz, şərh ola bilər. Xüsusən də Rafiq Tağının özünün, yaxınlarının ayrı-ayrı açıqlamaları, ifadələri olmuşdu. Əlbəttə, bununla bağlı bütün versiyalar yoxlanmalıdır, araşdırılmalıdır.
    Bunun sabitliyin pozulmasına yönəlmiş addım olmasına gəlincə, Azərbaycanda ictimai-siyasi sabitlik o dərəcədə kövrək deyil ki, bir adamı qətlə yetirməklə, yaxud ona sui-qəsd etməklə sabitliyi pozmaq mümkün olsun. Azərbaycan hakimiyyəti, cəmiyyəti ölkədəki sabitliyi kifayət qədər möhkəm təməllər üzərində bərqərar edib, yaradıb. Rafiq Tağıya qarşı edilən sui-qəsd ayrı-ayrı şəxslərin qisas məqsədi və ya başqa məqsədlərlə etdiyi hərəkət də ola bilər. Bütün bunları istintaqın sonunda biləcəyik. Əli Həsənov deyib ki, Azərbaycan hakimiyyəti ölkədə baş verən bütün kriminal hadisələrin, xüsusən də İlham Əliyevin prezidentliyi dövründə baş verən kriminal hadisələrin açılmasına tərəfdar olub, belə işləri ciddi nəzarətə götürüb: «Hakimiyyət kimliyindən, hansı vəzifə və mövqe tutmasından asılı olmayaraq istənilən vətəndaşa qarşı törədilən qəsdin, terrorun, kiməsə qarşı edilən xuliqanlıq hərəkətinin açılmasında maraqlı olub və bunu təmin edib. Amma konkret olaraq Rafiq Tağıyla bağlı işi fərdiləşdirmirik».


Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed
 

Axtarış...

DİQQƏT!

Xəbər lenti

23.05.2012 ~ BAKI DƏMİRYOL XƏSTƏXANASINDA RƏZALƏT

23.05.2012 ~ NEFTÇALA YAP-çıları ACLIQ AKSİYASINA BAŞLADI

23.05.2012 ~ Azəri qızı Günelə 9 ay həbs verildi ŞOK

22.05.2012 ~ İsa Qəmbər xarici telekanala müsahibə verdi – FOTOLAR

22.05.2012 ~ Səfər Əbiyevdən növbəti məğlubiyyət

22.05.2012 ~ Təhsil şöbəsində “yaz yığımı”

22.05.2012 ~ Zeynəb Xanlarovadan önəmli açıqlamalar

22.05.2012 ~ Keçmiş “first lady“nin eşq macəraları

22.05.2012 ~ Medvedyev yeni hökumətini açıqladı

22.05.2012 ~ Azərbaycana yeni beynəlxalq aviareys açılır

22.05.2012 ~ Bu gün külək və yağış gözlənilir

22.05.2012 ~ 30 yaşlı gənc qətlə yetirilib

22.05.2012 ~ Azərbaycan prezidenti Britaniya baş naziri ilə görüşüb

22.05.2012 ~ Dünyanın aparıcı KİV-ləri rəsmi Bakının "Eurovision"la bağlı səsləndirdiyi fikirlərə geniş yer ayırıb

22.05.2012 ~ Yeni futbol mövsümü avqustda başlaya bilər

22.05.2012 ~ “Camaat “Eurovision”a yox, mənə baxır, məni gözləyir”

21.05.2012 ~ Dinozavr skeleti hərracda fantastik məbləğə satıldı

21.05.2012 ~ Qardaş bacısını ərsiz qoydu

21.05.2012 ~ “Euro” və “Vision” dovşanları

20.05.2012 ~ Vicdan məhbusunu karserə saldılar

20.05.2012 ~ Günay Musayevanın oğlunun şəkli yayıldı

20.05.2012 ~ Kürdəmirdə ağır yol qəzası baş verib

20.05.2012 ~ Azərbaycanlı iş adamı Bodrumda otel tikəcək

20.05.2012 ~ Azərbaycan tələbə kartının təqdimatı olub

20.05.2012 ~ II Yelizaveta hakimiyyətə gəlməsinin 60 illiyini qeyd edir

20.05.2012 ~ 73 yaşlı nənə Everesti fəth etdi

20.05.2012 ~ “Dağılmış evlərin sökülməsi istiqamətində artıq işlər başlayıb”

20.05.2012 ~ Avropanın ən güclüsü “Çelsi” oldu

20.05.2012 ~ Prezident İlham Əliyev Abdullah Güllə görüşüb

20.05.2012 ~ Baş redaktor oxuculardan üzr istədi

19.05.2012 ~ Yunanıstandan “Neftçi”yə məktub gəldi

19.05.2012 ~ Əcnəbi jurnalistlərin məxməri girovluğu

19.05.2012 ~ İcra başçısı Razim Məmmədov insanlara zülm edir

19.05.2012 ~ Bakıda turistlər üçün kazinolar açılıb

19.05.2012 ~ Zaqataladan zəlzələ ilə bağlı açıqlama gəldi

Təqvim

«    May 2012    »
BeÇaÇəCaŞəBa
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31